Sabunçu icra başçısı tənqid edildi - Eldar Əzizov müşavirədə son xəbərdarlığını etdi

04 may, 2021 11:53

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtdakı istirahət parkları, bağlar və “Abad məhəllə”lərin hazırki vəziyyəti ilə bağlı video konfrans formatında müşavirə keçirilib.

BŞİH-dən verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son illərdə Prezident İlham Əliyevin səyləri nəticəsində Bakı şəhəri parklar şəhərinə çevrilib və bu prosses davam etməkdədir. Praktiki olaraq şəhərin bütün rayonlarında çoxsaylı parklar, bağlar və isirahət guşələri yaradılıb. İDEA İctimai Birliyi və şəxsən təşkilatın rəhbəri Leyla xanım Əliyevanın fəaliyyətinin nəticəsi olaraq məhəllələrarası parklar yaradılıb və bu proses inkişaf etməkdədir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, paytaxtda parkların sayı çoxaldıqca onlara göstərilən qulluğun səviyyəsi də atrmalıdır. Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Məsələn Sabunçu rayonunda yerləşən EKO park yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşmüşdü. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlar tutulub. Hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu ərazidə müvafiq tədbirlər həyata keçirilir.

Müşavirədə ölkə başçısınin Bakı şəhərindəki park, bağ və istirahət guşələrində müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri rayon İcra Hakimiyyətləri başçılarının nəzərinə çatdırılıb. Qeyd edilib ki, hər bir rayon İcra Hakimiyyətinin başçısı ərazisindəki parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır. Əgər ərazidəki park şəhər və ya rayon İcra Hakimiyyətinin balansında deyildirsə, bu zaman rayon rəhbəri məsələdən kənarlaşmamalı, koordinator kimi çıxış edərək mövcud problemləri həll etməlidir. Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, son vaxtlarda bəzi məmurlar problemləri həll etmək əvəzinə bir sıra bəhanələr gətirirlər ki, bu da yolverilməzdir.

Daha sonra Eldar Əzizov bildirib ki, dünyada mövcud iqtisadi vəziyyətə baxmayaraq ölkə başçısının həyata keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycanda iqtisadi inkişaf templəri nəinki qorunub saxlanılıb, həm də yeni imkanlar yaranıb. İşğaldan azad edilmiş Qarabağda genişmiqyaslı quruculuq işlərinə başlanılıb.

"Biz isə dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərində abadlıq işlərinin templərini qorumağa və həm də əvvəl yaradılanların saxlanılmasına çalışmalı, həmçinin vətəndaşların müraciətlərinə diqqətli olmalıyıq", o, əlavə edib..

Qeyd edilib ki, may ayının 20-dən sonra görülən işlərlə bağlı paytaxt rayonlarının İcra Hakimiyyətləri başçılarının hesabatları dinləniləcək.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar