Vəzifədə olan zaman vəfat edən azərbaycanlı məmurlar - SİYAHI/FOTOLAR

02 may, 2021 00:28

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov vəfat edib.

Azsiyasət.com xəbər verir ki, Azad Rəhimov son illər vəzifədə olduğu zaman vəfat edən sayca 3-cü nazir olub.

Qeyd edək ki, daha əvvəl - 2017-ci ildə energetika naziri Natiq Əliyev, 2018-ci ildə isə müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib.

Onu da bildirək ki, vəfat edən məmurlar təkcə nazirlər olmayıb. Son illər vəzifədə olduğu müddətdə vəfat edən məmurların bəzilərini təqdim edirik.

2014-cü ildə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

2018-ci ilin aprel ayının 8-də Azərbaycan səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, fevral ayının 18-də isə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov vəfat edib.

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov 2017-ci ildə ürək tutmasından dünyasını dəyişib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mərhum prezidenti, akademik Mahmud Kərimov 2013-cü il fevral ayının 10-da vəfat edən zaman həmin vəzifədə işləyirdi.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov, "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi Harun Vahabov,  Maliyyə Nazirliyinin şöbə müdirləri Ülfət Göyüşov və Mərdan Mərdanov,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" MMC-nin baş direktor müavini Həsənəli Qədimov, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Baba Azakov, Bakı Apellyasiya Məhkəməsinin hakimi  Mehdi Əsədov,  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi Emin Hüseynov,  Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Abbas Salmanov,  Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Şəfahət Əsgərov, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Sabirabad rayon suvarma idarəsinin rəisi Əflan Aslanov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov da vəzifədə olan zaman vəfat ediblər.

Sabiq gənclər və idman naziri Azad Rəhimov

Sabiq energetika naziri Natiq Əliyev

Keçmiş müdafiə sənayesi naziri Yavər Camalov

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Abbas Ələsgərov

Yeniavaz.com

11 may

21:34 - Prezidentin Naxçıvan səfərinin əhəmiyyəti nədən ibarətdir? - Deputat şərh edir... 19:20 - Paşinyanın təyyarəsi ilə növbəti pirat əməliyyatı: - Qanunsuz hərbi yük İrəvana necə çatdırıldı? 19:13 - Rusiya daha bir ölkənin diplomatını ölkədən çıxarr14:32 - "Minalanmış ərazilərin xəritələrinin verilməsi Yerevanda müzakirə edilib" - Rusiya XİN rəhbəri 13:58 - "Ermənistan sülh prosesini pozur" - Azərbaycan XİN başçısı13:55 - İlham Əliyev xalqı təbrik etdi13:52 - "Normallaşma üçün 10 noyabr bəyanatının şərtlərinə əməl edilməlidir" - Sergey Lavrov 11:06 - Zaxarovanın Bakı paylaşımı marağa səbəb oldu - FOTO10:29 - Prezidentin Naxçıvan səfərinin mühüm mesajları... 01:05 - Qəzzadan dəhşətli görüntülər: İsrail HƏMAS-ın mövqelərini vurdu - VİDEO 01:02 - Lavrov İlham Əliyevlə görüşdə: - "Qorxuram nəyisə unudum"01:00 - "Bizdə olan bütün hərbi əsirləri vermişik" - İlham Əliyev00:52 - Mübarizi öldürmək üçün deputatın otelinə gətirilən Quli niyə qətlə yetirildi? - VİDEO

10 may

22:16 - İlham Əliyev Lavrovla görüşdü - FOTOLAR19:38 - Dövlət başçısı Naxçıvanla bağlı təəssüratlarını bölüşdü17:59 - İran Qarabağa yük daşıyıbmı? - Səid Xətibzadə açıqlama yaydı 17:02 - Əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular - VİDEO 16:59 - "Tarixi Zəfərdən sonra mütləq ulu öndərin Vətənində olmalı idim" - İlham Əliyev16:50 - "Space"in yeni rəhbəri istefa verib?16:47 - "Yapı Kredi Bank Azərbaycan” zərərlə işləyir - Bağlana bilərmi?16:35 - 98 yaşlı Heydər Əliyev irsi və gənclər siyasətinin ideoloji konturları - "DAVAM" sədri yazır...16:29 - Davamçılar Fəxri xiyabanda və "Şöhrət" muzeyində olub - FOTOLAR 15:59 - Qüdrətli Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin sayəsində dünyada öz layiqli yerini tutur14:57 - Lukaşenko terror nəticəsində ölərsə, Belarus prezidenti kim olacaq? 14:50 - Lavrov Bakıya niyə gəlir? - Detallar açıqlandı 13:39 - Heydər Əliyev niyə ümummilli liderdir?   - Xalqın yaddaş kitabı...12:57 - "Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun müqəddəs arzusu reallaşıb" - Mehriban Əliyeva 12:55 - ""Tərtər işi” ilə bağlı əsassız hay-küy yaratmaq absurddur" - Baş prokuror11:42 - Rusiya SSRİ kimi dağılacaq - Aleksey Venediktov11:29 - Prezident Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət etdi