Bakıda əhalisinin sayı nə qədərdir? - ARAŞDIRMA

29 aprel, 2021 14:43

Paytaxt Bakı illərdir ki, Azərbaycanda ən sıx məskunlaşmış şəhər hesab olunur. İş, təhsil, yaşamaq üçün paytaxta üz tutanlarla birlikdə şəhərin qeyri-rəsmi əhali sayının 4 milyona yaxın olduğu bildirilir. Bu isə ölkə əhalisinin təxminən 40 faizi deməkdir.

Azsiyasət.com xəbər verir ki, Modern.az-ın statistik gösətiriclərlə bağlı kiçik araşdırması zamanı məlum olub ki, 2021-ci ilin əvvəlinə Bakı əhalisinin rəsmi sayı 2 milyon 300 min 500 nəfərdir. Bu ilin əvvəlinə paytaxtda 25075 nəfər doğulub, 17329 nəfər isə vəfat edib, təbii artım 7746 nəfər təşkil edib.

Bu ilin əvvəlinə Bakı əhalisinin sayı (min nəfər) rayonlar üzrə isə şağıdakı kimi olub:

Binəqədi rayonu - 268.4;

Qaradağ rayonu - 127.9;

Xəzər rayonu - 168.4;

Səbail rayonu - 102.6;

Sabunçu rayonu - 247.2;

Suraxanı rayonu - 222.0;

Nərimanov rayonu - 179.8;

Nəsimi rayonu - 222.6;

Nizami rayonu - 201.8;

Pirallahı rayonu - 20.6;

Xətai rayonu - 289.9;

Yasamal rayonu - 249.3.

Mövcud olan son statistikaya görə, 2020-ci ildə Bakı əhalisinin 1 milyon 140 min 900 nəfərini kişilər, 1 milyon 153 min 200 nəfərini qadınlar təşkil edib.

Bakı şəhərinin Baş Planına görə, gələcək əhali sayı proqnozunun verilməsi üçün milli və beynəlxalq tendensiyalar nəzərə alınıb, gələcək illərdə şəhər əhalisinin artmağa davam edəcəyi, lakin artım tempinin nisbətən aşağı olacağı gözlənilir.

Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə, hesabat dövrü üçün şəhər əhalisinin  2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib.

Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülüb və 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizə yaxın bir neçə ildə qayıdışın Bakıda əhali sayının azalmasına təsir edəcək amil kimi qiymətləndirilməlidir.

Tarixə nəzərə yetirsək, rəsmi məlumatlarda 1990-cı ildə Bakı şəhərində 1 milyon 807 min 800 nəfər əhali qeydiyyatı olub. 1999-cu ilə qədər əhali sayı azalan xətt üzrə inkişaf edib və həmin ildə paytaxt əhalisinin sayı 1 milyon 788 min nəfər olub.
Rəsmi statistikaya görə, 2000-ci ildə əhali sayı 1 milyon 806 min 400 nəfər təşkil edib.

Daha sonra paytaxt əhalisi aşağıdakı kimi ilbəil artmağa başlayıb:

2001-ci ildə əhali sayı 1 milyon 826 min 900 nəfər;
2002-ci ildə 1 milyon 847 min 500 nəfər;
2003-cü ildə 1 milyon 868 min 200 nəfər;
2004-cü ildə 1 milyon 889 min nəfər;
2005-ci ildə 1 milyon 914 min 400 nəfər;
2006-cı ildə 1 milyon 942 min 500 nəfər;
 2007-ci ildə 1 milyon 972 min nəfər;
2008-ci ildə 2 milyon 5 min 600 nəfər;
2009-cu ildə 2 milyon 39 min 400 nəfər;
2010-cu ildə 2 milyon 64 min 600 nəfər;
2011-ci ildə 2 milyon 92 min 400 nəfər;
2012-ci ildə 2 milyon 122 min 300 nəfər;
2013-cü ildə 2 milyon 150 min 800 nəfər;
2014-cü ildə 2 milyon 181 min 800 nəfər;
2015-ci ildə 2 milyon 204 min 200 nəfər;
2016-cı ildə 2 milyon 225 min 800 nəfər;
2017-ci ildə 2 milyon 245 min 800 nəfər;
2018-ci ildə 2 milyon 262 min 600 nəfər;
2019-cu ildə 2 milyon 277 min 500 nəfər;
2020-ci ildə 2 milyon 294 min 100 nəfər;
2021-ci ildə 2 milyon 300 min 500 nəfər.

11 may

21:34 - Prezidentin Naxçıvan səfərinin əhəmiyyəti nədən ibarətdir? - Deputat şərh edir... 19:20 - Paşinyanın təyyarəsi ilə növbəti pirat əməliyyatı: - Qanunsuz hərbi yük İrəvana necə çatdırıldı? 19:13 - Rusiya daha bir ölkənin diplomatını ölkədən çıxarr14:32 - "Minalanmış ərazilərin xəritələrinin verilməsi Yerevanda müzakirə edilib" - Rusiya XİN rəhbəri 13:58 - "Ermənistan sülh prosesini pozur" - Azərbaycan XİN başçısı13:55 - İlham Əliyev xalqı təbrik etdi13:52 - "Normallaşma üçün 10 noyabr bəyanatının şərtlərinə əməl edilməlidir" - Sergey Lavrov 11:06 - Zaxarovanın Bakı paylaşımı marağa səbəb oldu - FOTO10:29 - Prezidentin Naxçıvan səfərinin mühüm mesajları... 01:05 - Qəzzadan dəhşətli görüntülər: İsrail HƏMAS-ın mövqelərini vurdu - VİDEO 01:02 - Lavrov İlham Əliyevlə görüşdə: - "Qorxuram nəyisə unudum"01:00 - "Bizdə olan bütün hərbi əsirləri vermişik" - İlham Əliyev00:52 - Mübarizi öldürmək üçün deputatın otelinə gətirilən Quli niyə qətlə yetirildi? - VİDEO

10 may

22:16 - İlham Əliyev Lavrovla görüşdü - FOTOLAR19:38 - Dövlət başçısı Naxçıvanla bağlı təəssüratlarını bölüşdü17:59 - İran Qarabağa yük daşıyıbmı? - Səid Xətibzadə açıqlama yaydı 17:02 - Əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular - VİDEO 16:59 - "Tarixi Zəfərdən sonra mütləq ulu öndərin Vətənində olmalı idim" - İlham Əliyev16:50 - "Space"in yeni rəhbəri istefa verib?16:47 - "Yapı Kredi Bank Azərbaycan” zərərlə işləyir - Bağlana bilərmi?16:35 - 98 yaşlı Heydər Əliyev irsi və gənclər siyasətinin ideoloji konturları - "DAVAM" sədri yazır...16:29 - Davamçılar Fəxri xiyabanda və "Şöhrət" muzeyində olub - FOTOLAR 15:59 - Qüdrətli Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin sayəsində dünyada öz layiqli yerini tutur14:57 - Lukaşenko terror nəticəsində ölərsə, Belarus prezidenti kim olacaq? 14:50 - Lavrov Bakıya niyə gəlir? - Detallar açıqlandı 13:39 - Heydər Əliyev niyə ümummilli liderdir?   - Xalqın yaddaş kitabı...12:57 - "Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun müqəddəs arzusu reallaşıb" - Mehriban Əliyeva 12:55 - ""Tərtər işi” ilə bağlı əsassız hay-küy yaratmaq absurddur" - Baş prokuror11:42 - Rusiya SSRİ kimi dağılacaq - Aleksey Venediktov11:29 - Prezident Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət etdi