"Pullar nazir müavini Əli Abdullayevdədir" - Dələduzluqda ittiham olunan sabiq hakimdən etiraf - EKSKLÜZİV

16 aprel, 2021 16:19

İki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən sabiq hakimin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir. Sahil hakim məhkəmədə pulları indiki nazir müavininə verdiyini iddia edir.

Azsiyasət.com musavat.com-a istinadla xəbər verir ki, uzun müddət Bakı Apelyasiya Məhkəməsinin və son olaraq Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Ədil oğlu Nəbiyev külli miqdarda dələduzluqda ittiham edilir.

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.

L.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə; Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə ittiham edilir.

Sonuncu məhkəmə iclasında L.Nəbiyev pulları indiki nazir müavinlərindən birinə verdiyini deyib.

Daha əvvəl günahını etiraf etməyən və özünü qətiyyən təqsirli bilməyən L.Nəbiyev sonuncu məhkəmə iclasında Azad İbrahimovdan alınan 250 min dollara yaxın pulu Rabitə və yüksək texnologiyalar nazirinin I müavin Əli Abdullayevə verdiyini deyib.

L.Nəbiyev qeyd edib ki, pulu verən zaman Əli Abdullayev Əmlak Məsələləri Dövlət Komitəsində çalışırmış.

Bildirək ki, L.Nəbiyev zərərçəkmiş Azad İbrahimovla qohumdur. L.Nəbiyev bu günə qədər iddia edir ki, Azad Ibrahimovdan pul almayıb.

Amma sonuncu məhkəmədə 75 min dolları sürücüsü vasitəsi ilə aldığını, qalan məbləğdən də xəbərinin olduğunu deyib. Bildirib ki, pulların hamısı o zaman yaxın münasibəti olduğu Əli Abdullayevə çatdırılıb.

L.Nəbiyev ondan tələb edilən pulların Əli Abdullayevdə olduğunu söyləyib.

Qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

Açılan cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri olan Azad İbrahimova 247 min 500 dollar Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər dəydiyi müəyyən edilib.

Lətif Nəbiyev Rüstəm Abdullayevdən iş qurmaq adı ilə pul alıb.

Digər zərərçəkmiş Azad İbrahimovla qohum olan Lətif Nəbiyev ondan 247 min 500 dolları Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alıb.

“Mən Türkiyədə olanda pul göndərdim ki, torpaq alsın. Buzovnada, Bilgəhdə dəniz kənarında torpaq alacaqdı. Lətif Nəbiyev qardaşımın bacanağıdır. Dəfələrlə onun özü ilə danışmışıq. Amma istintaqda deyir ki, guya pulu ona yox, rəhmətlik qardaşım Abbasa göndərmişəm. Amma yalan deyir. Aramızda telefon danışıqları var. Lətif mənə deyirdi ki, narahat olma”- deyə Azad İbrahimov açıqlamasında bildirib.

Azad İbrahimov söyləyir ki, Lətif Nəbiyev ondan pul alanda Bakı Apelyasiya Məhkəməsində hakim olub. Daha sonra isə Suraxanı Rayon Məhkəməsinə hakim təyin olunub.

“Mənə deyirdi ki, həm də Şuşa şəhər Məhkəməsinin sədridir. Mən 2018-ci ildə şikayət etdim. 2020-ci ilin noyabr ayında isə cianyət işi açıldı”- deyə A.İbrahimov söyləyib.

Qeyd edək ki, sabiq hakim Lətif Nəbiyev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar