Dilqəm Əsgərov: Şahbaz erməni agentidir, bu da sübutları...

16 aprel, 2021 12:25

Xəbər verdiyimiz kimi, bir neçə gündür erməni girovluğundan azad edilən Dilqəm Əsgərovla Şahbaz Quliyevin mübahisəsi davam edir. Onlarla birlikdə olan Həsən Həsənovun öldürülməsində Dilqəm Əsəgərovun Ş.Quliyevi suçlaması bu mübahisələri daha da qızışdırıb.

Azsiyasət.com xəbər verir ki, Dilqəm Əsgərov moderator.az-a açıqlamasında Şahbaz Quliyevin onları ermənilərə satdığını bildirib:

“Məndə bizim məhkəmələrin qərarı var. Şahbazın danışdıqları, tutulması, bizi satması, erməni agenti olması orda yazılıb. Mən indiyə qədər susurdum, istəmirdim bu məsələni açıqlayam. Mən indi bu dəfə istəyirəm ki, Şahbazı xalqın öhdəsinə verim. Qoy camaat görsün ki, Bakıda olan ermənilər bu ermənini öyrədib orda məni tutdurdular, Həsəni öldürtdürdülər. İndi də burdakı ermənilər Şahbazı müdafiə edib, onun işlərinin üstünü ört-basdır edir. Amma onlar bilmir ki, üç məhkəmə sənədinin qərarı məndədir. Burda bir məsələ var.

Şahbaz fermaya ermənilərin yanına gedib və orda Yutub səhifəsinə girərək mənim şəklimi çıxartdırıb, bütün Ermənistana yaydırıb. Yalandan deyir ki, mən Əsgərovu arxamca çəkib vurdum. Düzdü, o, məni bir neçə dəfə vurub və bu əmri də ermənilər verib.

Burda Həsənin ölüm məsələsi var. İndi hər şeyi sizə açıqlayacam. Həsən ayın 9-da tutulmayıb. Burda əlimdə məhkəmənin sənədləri var. Şahbaz ayın 8-də tutulub, Həsən ayın 11-də öldürülüb, mən isə ayın 14-də tutulmuşam. Bütün bu sənədlərin hamısı məndədir. Mənim haqqımda yazılan kitab da Şahbazın həyat yoldaşı Albinanın əliylə Qarabağa göndərilib. İndi Bakıdakı erməni agentləri ki var, həmin o adamlar istəyirlər ki, Şahbazın işlərinin üstü açılmasın. Mən indi bu məhkəmə sənədlərini gətirib Həsənin qardaşlarına verəcəm. Qoy, Həsənin ölümünə görə cavab versin.

Həsənin başına baxmışam, onun başına tapançayla atəş açıblar. Həsən öz-özünü vurmayıb. Həsənin qıçından iki güllə dəyib.

Şahbaz məni öldürmək istəyirdi. İki dəfə “dubinka”yla başımdan vurdu və mən paralic keçirdim. Bir tərəfim işləmədi. Qırmızı Xaç Komitəsinin həkimləri ayaqlarımı güclə bərpa etdi. Ondan soruşdum ki, sən məni niyə vurursan? Dedi ki, çünki günahını boynuna almırsan, günahını boynuna al. Amma indi mətbuata açıqlama verib deyir ki, mən Əsgərovu belimdə daşımışam. Sən məni haçan belində daşımısan? Mən onun haqqında Şuşa türməsində ayaqyolunun böyründəki boruya bütün bu məlumatları yazıb qoymuşam. Çünki Bakıdakı ermənilər Şahbaz Quliyev kimi ermənini müdafiə edir. Düşünürdüm ki, ola bilər başıma nəsə gəlsin, ona görə o məlumatları borunun içinə qoydum ki, nə vaxtsa torpaqlar işğaldan azad ediləndən sonra azərbaycanlılar bu məlumatı bilsinlər. Qırmızı Xaç Komitəsinə ərizə yazıb bildirdim ki, bu agent olduğuna görə onunla bir otaqda qalmıram. Bakıda bəzi erməni təşkilatlarının üzvləri var və Şahbaz da onların adamıdır. Çalışırlar ki, onu müdafiə etsinlər, amma bu da mümkün deyil. Utanmaz-utanmaz Azərbaycan bayrağını çiyninə taxıb, amma sən o bayrağı məhkəmədə təhqir elədin. İndi gəlib bayraq belində gəzirsən. İyirmi dəfə getmişdim Qarabağa. Bir dəfə Şahbazı apardım və onda da bizi satdı, Həsən də öldürüldü”.

Şahbaz Quliyev isə bu ittihamlarla razılaşmayıb:

“Sizin işiniz-gücünüz yoxdur? İki aydır ki, bu mübahisə gedir. O adam dəlidi, xəstəxanaya yerləşdirmək lazımdır. O, dəlidi və məni də əsəb xəstəliyinə salıb. Onu tutdururdumsa, elə orda tutdurardım da. Səkkiz gündən sonra həbs etdirdim?”

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar