Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı

14 aprel, 2021 17:58

İşğaldan azad edilmiş ərazilərlə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəz Qubadlıda sökülən məscidə dair məlumat yayıb.

Azsiyasət.com xəbər verir ki, Mərkəzin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir.

Yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVIII əsrə aid məscidin söküldüyü müəyyən edilib.

Məsələ barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunub, dövlət başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib.

Məlumatda qeyd olunub ki, məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscidin yarıuçurulmuş vəziyyətdə olduğu və heyvanların saxlanıldığı yer kimi istifadə edilərək vandalizmə məruz qaldığı müəyyən edilib.

Uzunluğu 66 kilometr təşkil edəcək Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Artıq yolun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilib.

Qubadlı rayonunun Yusifbəyli kəndində tikinti işləri aparılarkən tikilinin təyinatı barədə İdarələrarası Mərkəzə və aidiyyəti dövlət orqanlarına müraciət edilməyib və dəqiqləşdirmə aparılmadan onun söküntüsü həyata keçirilib.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və subpodraçı şirkətin yolun tikintisinə məsul olan və ciddi səhlənkarlığa yol vermiş əməkdaşları barədə cəza tədbirləri görüləcək.

Həmçinin, Əlaqələndirmə Qərargahının rəhbərliyi tərəfindən müvafiq dövlət orqanlarına işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və dini abidələrə nəzarətin daha da gücləndirilməsi, bərpa və yenidənqurma işləri zamanı ərazidəki tikililərin təyinatının aidiyyəti üzrə dəqiqləşdirilməsi ilə bağlı müvafiq göstəriş verilib.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar