Ağsuda polisin təhqir etdiyi Bakı sakini nazirə müraciət etdi

13 aprel, 2021 13:39

Azərbaycan vətəndaşı artıq hüquqlarının qorunması üçün qanuni yollardan istifadə edir. Əslində bu hüquq müstəvisində atılan müsbət addımların nəticəsidir. 

Azsiyasət.com xəbər verir ki, bizimxeber.az-ın redaksiyasına əslən Ağsu rayonundan olan, hazırda Bakı şəhəri Xətai rayonunda yaşayan Samir İsmayılzadə adlı vətəndaşın Azərbayсan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova ünvanladğı müraciəti daxil olub. 

Vətəndaş Samir İsmayılzadə müraciətində qonaq getdiyi Ağsu rayonunda tanımadığı polis nəfəri tərəfindən heç bir əsas olmadan təhqir və təhdid edildiyini yazır, nazir Vilayət Eyvazovdan ona qarşı səbəbsiz olaraq sərgilənən bu sərt münasibətin araşdırılmasını, polisin qanunla tənbeh olunmasını xahiş edir.

S.İsmayılzadənin müraciətini olduğunu kimi təqdim edirik: 

Azərbayсan Respublikasının Daxili İşlər naziri,
general-polkovnik Vilayət Eyvazov cənablarına

Azərbaycan Respublikasının vətəndaşı, 
Xətai rayon sakini Samir İsmayılzadə tərəfindən 

MÜRACİƏT: 

Çox hörmətli Vilayət Eyvazov! 

Sizə müstəqil Azərbaycan Respublikasının qanunlarına hörmət edən, Azərbaycan polisinin dövlətimizin və vətəndaşlarının keşiyində şərəflə dayanmasına səmimiyyəti ilə inanan Azərbaycan vətəndaşı kimi müraciət edirəm. 

Cənab Nazir!

Mən, Samir İsmayılzadə Ağsu rayonunda doğulmuşam. Tale elə gətirib ki, 10 yaşımda ailəmlə birlikdə Bakıya köçməli olmuşam. Amma doğulub boya-başa çatdığım el-obamı unutmamışam, tez-tez rayondakı qohum əqrəbalarıma baş çəkirəm, el-obamın xeyir-şərində iştirak edirəm.

Amma bu günlərdə 11 aprel 2021-ci ildə doğulduğum, sevə-sevə gedib-gəldiyim Ağsu rayonunda raslaşdığım hadisə mənə çox pis təsir etdi, özümü ölkəmdə aşağılanmış, təhqir edilmiş hesab etdim. 

Vaxtınızı çox almadan qısaca deyim ki, rayonda olarkən, heç bir artıq hərəkət etmədiyim, qanunun tələblərini pozmadığım halda, günün- günortasında rayonun post-patrul xidmətinin polis nəfəri tərəfindən təhqir edildim, aqressiv münasibətlə rastlaşdım, hətta təhdidə məruz qaldım.

Sonradan öyrəndim ki, məni heç bir əsas olmadan təhqir və təhdid edən Anar Həmidov adlı şəxs Agsu rayon Polis Şöbəsinin çavuşudur. 

Polis nəfəri A.Həmidovun patrul avtomobilindən düşmədən, özünü təqdim etmədən, sadəcə avtomobilin pəncərəsindən mənə qarşı yazmağa belə utandığım ifadələrlə olan davranışının şahidi oldum. 

A.Həmidovun vətəndaşa və polisə yaraşmayan ifadələrlə olan münasibətinin ardınca əsassız olaraq - “Səni basıb maşına apararam”, “Mən səni bilirəm neynəyərəm” kimi ifadələrlə hədələməyə başladı. 

Təbii ki, mən Azərbaycan polisinə və qanunlara hörmət çərçivəsində nə baş verdiyini soruşmağa, vətəndaş olaraq heç bir səhv addım atmadığım üçün hansı səbədən belə davranışla üzləşdiyimi soruşmağa çalışdım. Cavabında isə “Görüşərik”, ”Bu nə suallardır verirsən, sən kimsən?” kimi təhdilərini eşitdim. Mən isə polisə hörmət əlaməti olaraq, qismən susmaqla davranış nümayiş etdirdim. 

Çox hörmətli Nazir!

Baş verən bu hadisə mənə olduqca pis təsir edib. Öz rayonumda, vətənimdə günahsız olduğum halda heç bir səbəb olmadan təhqir, təhdid olunmağım anlaşılan deyil.

Həmçinin polis çavuşu A.Həmidovun dediyi - “Səni biləcəm neyniyəcəm”, “Görüşərik” kimi  təhdidi artıq Ağsu rayonunda özümün və ailə üzvlərimin təhlükəsizliyi sual altında qoyur. 

Sizin uzun illər Azərbaycanda polis sisteminin formalaşmasında yorulmadan gördüyünüz uğurlu fəaliyyət göz önündədir və vətəndaş olaraq, Sizin rəhbərliyiniz altında çalışan polislərə güvənirik. 

Bəzən isə A.Həmidov kimi polislərin vətəndaşla etinasız və təhqiredici davranışları Sizə müraciət etmək məcburiyyəti yaradır.

Çox hörmətli General-polkovnik!

Sizdən xahiş edirəm ki, Ağsu rayonunda məni təhqir edən, vətəndaş olaraq mənə göstərdiyi aqressiv münasibətinə, polisə yaraşmayan hərəkətlərinə, ifadələrinə görə A.Həmidovun əməllərinə qanunların imkan verdiyi şəkildə qiymət verilməsinə göstəriş verəsiniz. 

Vətəndaş olaraq, gecə-gündüz dövlətimizin və millətimizin keşiyində dayanan polisin adına belə hallarla ləkə gətirilməsini istəməzdim. Amma belə polislərə adi davranış qaydalarının öyrədilməsi də vacib məqamlardandır.

Biz demokratik və qanunların var olduğu bir ölkədə yaşayırıq. Hesab edirəm ki, şərəfli Azərbaycan polisi olan yerdə vətəndaşlar incidilə, təhqir edilə, özünü təhlükədə hiss edə bilməz.

Onu da bildirim ki, polis çavuşu A.Həmidov tərəfindən təhqir və aqressiv təzyiqə məruz qaldığım gün (11.04.2021) baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinə elektron ünvan vasitəsi ilə məlumat vermişəm.

Mən, Sizin bu hadisənin qanun çərçivəsində araşdıracağınıza və A.Həmidov aidiyyatı üzrə tənbeh tədbirlərinin görüləcəyinə inanıram.

Öncədən təşəkkür edirəm. 

Hörmətlə, müstəqil  Azərbaycan Respublikasının vətəndaşı Samir İsmayılzadə.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar