"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTOLAR

12 aprel, 2021 18:02

Bildiyiniz kimi, 11 aprel 2018-ci il tarixində Azərbaycanda ilk dəfə növbədənkənar Prezident seçkiləri baş tutub. Bu növbədənkənar seçkilərdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev yenidən Azərbaycan xalqının etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azsiyasət.com xəbər verir ki, 12 aprel 2018-ci il tarixində isə İlham Əliyevin bu inamlı qələbəni qazanması münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda möhtəşəm konsert proqramı təşkil olunub. Bu tədbirdə cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak edib.

İlk dəfə "İlhamla davam" sloqanı da məhz bu tədbir zamanı səsləndirilib. Bu səbəbdən, “Davam” Gənclər Hərəkatı bu günü həm də ideoloji doğum günü kimi qeyd edir. Bu görə də 12 aprel tarixində “Davam”ın İdarə heyətinin üzvləri və bir qrup davamçı gənc Bakı Dayaq Mərkəzində bir araya gəlib.

Tədbirdə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, İdarə heyətinin üzvləri Natiq Mehdiyev, Məhəmməd Türkmən, Sabir Rüstəmov, Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev, Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili və davamçı gənclər iştirak edib.

Nihad Allahyarlı gəncləri salamlayaraq tədbiri açıq elan edib. O bildirib ki, 3 il əvvəl Azərbaycan xalqı “İlhamla davam” deyərək stabilliyə, müsbətyönümlü dəyişikliklərə, Qarabağ probleminin həlli istiqamətində atılan addımlara da “davam” demiş oldu. Bu gün biz bu siyasətin əməli nəticələrinin təzahürünü həm ölkənin xarici siyasətində, həm də ölkədaxili islahatlar prosesinin gedişatında görürük. Artıq Qarabağ problemi arxada qalıb, Azərbaycanın qüdrətli ordusunun rəşadəti nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Korrupsioner məmurlara qarşı mübarizə gücləndirilib, gənc kadrların önə çəkilməsi, islahatlar prosesi daha da dərinləşib.

Tədbirdə çıxış edən Toğrul Allahverdili diasporla işin təşkilindəki mövcud vəziyyət, Azərbaycan diasporunun fəaliyyətindəki mənfi və müsbət məqamlar, qarşıda duran hədəflər barəsində söhbət açıb. O, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən azərbaycanlılarla, əsasən gənclərlə daimi əlaqələrin qurulması üçün “Davam” Gənclər Hərəkatı nəzdində Diasporla İş Mərkəzinin yaradılması ilə bağlı təklif irəli sürüb. Öz çıxışının sonunda vurğulayıb ki, dünya azərbaycanlıları da  “İlhamla davam” deyir və hər zaman İlham Əliyevin uğurlu siyasətinə olan dəstəklərini ifadə ediblər.

Tədbirin gedişatında İdarə heyətinin üzvləri də çıxış ediblər. Natiq Mehdiyev  “Davam” ailəsini bu gün münasibətilə təbrik edərək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, gənclik hər zaman vətənpərvər olmalı və vətənpərvərlik ruhunda yetişdirilməlidir.

Məhəmməd Türkmən “Davam” Gənclər Hərəkatı tərəfindən media ilə bağlı atılacaq addımlar barəsində danışaraq gəncləri ictimai fəal olmağa çağırıb.

Anar İrzaquluyev regionlarda yaşayan gənclərin problemləri, istəkləri və arzularını dilə gətirib və onların “Davam”a olan maraq və tələbatını xüsusi vurğulayaraq hərəkatın şəbəkələşməsini təqdirəlayiq hesab edib.

Sonda davamçı gənclər də öz fikir və təkliflərini bildirərək xoş arzularını ifadə ediblər. Onlar “Davam Gənclər Hərəkatı tərəfindən gənclərin inkişafına göstərilən diqqətə görə təşəkkür ediblər.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar