Fuad Mayılov "fenomeni", YPX-dən günlük tələblər - BDYP-dən açıqlama verdi - YENİLƏNİB

10 aprel, 2021 14:30

Azərbaycan yeni, məsuliyyətli mərhələyə qədəm qoyub. Təsadüfi deyil ki, ölkədə bütün sahələr üzrə köklü islahatlar, sağlamlaşdırma tədbirləri həyata keçirilir. Heç şübhəsiz, DİN-in “vitrin” orqanlarından olan Dövlət Yol Polisində də islahatların aparılması, şəffaflığın təmin edilməsi əsas gözləntilərdən biri kimi daim müzakirə predmetinə çevrilib.

Bəs digər sahələrdə - iqtsiadi və siyasi bloklar üzrə əldə olunan müsbət nəticələr DYP-də də əldə olunubmu? Təəssüf ki, Dövlət Yol Polisi islahatlar kursunda vacib element kimi çıxış edə bilmir, ona görə də bu qurum haqqında müsbət fikirlər söyləmək hələ çox tezdir. DYP-dəki problemlər daha da dərinləşir, narazılıqlar artmaqda davam edir.

Öncəliklə qeyd edək ki, Azsiyaset.com saytı olaraq, DİN orqanlarının müsbət addımlarını daim təqdir etmiş və işıqlandırmışıq. Yəni bu yazıda da heç bir qərəzdən, qeyri-obyektivlikdən söhbət gedə bilməz.

Azsiyasət.com saytına daxil olan məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri Fuad Mayılov bu vəzifəyə təyin olunduğu gündən qurumda “inqilabi” dəyişikliklərə imza atıb. Təbii ki, bu dəyişiklər müsbət keyfiyyətləri özündə ehtiva etmir. Bildirilir ki, hazırda hər bir Yol Patrul maşınlarına günlük tələb qoyulub. Belə ki, YPX maşınlarının hər biri gündəlik ona 300 manat pul çatdırmalıdır. Məsələnin ciddiliyini nəzərə alaraq, kiçik bir araşdırma apardıq, axı F.Mayılovdan da əvvəl belə bir rüşvət sistemi mövcud olub. Ancaq tələb 300 manat yox, 150-200 manat olub. YPX əməkdaşlarının üzərinə birdən-birə qoyulan bu tələb onları da çıxılmaz durumda qoyub. Şübhəsiz ki, YPX əməkdaşları da bu pulu vətəndaşlardan çıxarmalı olurlar. Qeyd edək ki, polkovnik-leytenant F.Mayılov 2020-ci ilij aprelində bu vəzifəyə təyin olunub və belə bir rüşvət sistemi məhz onun dönəmində daha da şişərək pik həddə çatıb.

Məsələ ilə bağlı BDYP-nin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev Azsiyasət.com-a açıqlamasında bildirib ki, yol polisi əməkdaşları bütün dövrlərdə öz fəaliyyətini şəffaflıq prinsipi əsasında qurub:

"Yayılan məlumatların isə heç bir əsası yoxdur, həqiqəti əks etdirmir. Yol polisi əməkdaşlarının qarşısında xidməti məsələlərdən kənar heç bir tələb qoyulmayıb, qoyula da bilməz". 

Azsiyasət.com

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar