"Gizli toy edənlər düz edirlər!" - Deputat

10 aprel, 2021 11:08

Son günlər ölkəmizdə gizli keçirilən toylarla bağlı narazılıqlar səngimək bilmir. Bəzi vətəndaşlar karantin rejimi olmasına baxmayaraq ölkədə gizli toy məclisləri keçirməyə davam edirlər.

Maraqlısı isə odur ki, bu məsələyə münasibətdə fikirlər haçalanır. Gizli toy edənləri qınayanlarla yanaşı, onlara haqq verənlər də var. Milli Məcliisn deputatı Fazil Mustafa ikincilərin təmsil edir.

Azsiyasət.com xəbər verir ki, yenisabah.az-a danışan deputat iaşə məkanlarına kütləvi axın olduğu halda toylara qoyulan qadağanın anlaşılan olmadığını bildirib:

“Vaxtilə keçmiş SSRİ-də Cinayət Məcəlləsində möhtəkirlik adlanan bir maddə var idi. Bu maddə hər hansı şəkildə gizli alver edən, ticarətlə məşğul olan insanlara şamil olunurdu. Amma faktiki olaraq cəmiyyətdə bu var idi, alver gedirdi. Cinayət Məcəlləsində bu maddənin olduğu, cərimələr tətbiq olduğu hər kəsə məlum idi, buna baxmayaraq hamı bilirdi ki, ticarət davam edir. İndi toy məsələsi də onun kimidir. Toy məsələsi var, bu reallıqdır və qaçınılmazdır. İnsanlar bunu etməlidir".

Fazil Mustafa deyib ki, vaxtında bu məsələni tənzimləməmək insanların günahı deyil. Onun sözlərinə görə, müvafiq qurumlar vaxtında məsələni tənzimləməli idi ki, sonralar “gizli toy” problemi yaranmasın: 

"Çox təəssüf ki, qadağa ilə bunu ötüşdürdülər və əhali də öz addımını atdı. Məncə, doğru etdilər. Vətəndaşların qaydalara əməl etmək və müəyyən dərəcədə özlərini qorumaqla gizli şəkildə də olsa, toy keçirməklərini normal qəbul etmək lazımdır. Çünki bu bir reallıqdır, insan həyatıdır. İnsanlarının həyatının elə bir mərhələsi ola bilər ki, toyu indi keçirməsə gələcəkdə həyatı alt-üst ola bilər, münasibətləri pozular və s. Ona görə də mən buna normal yanaşıram, hər hansı şəkildə əndazəni aşarlarsa, bu zaman cəzalandırma ola bilər, amma normal şəkildə, həyətində, sosial məsafəni qorumaq və az adam dəvət etməklə bunu edirlərsə, mane olmağı doğru hesab etmirəm. Qanun müəyyən dərəcədə bunu tələb etsə belə, toy insanların həyatında ən vacib məsələlərdəın biridir. Bu məsələdə vətəndaşların üzərinə bu dərəcədə gedilməsi doğru deyil. Sadəcə tənzimləmək lazımdır ki, məsələn filan sayda adamla etmək olar. Sayı aşarlarsa cəzalandırılsınlar. Amma ümumiyyətlə qadağa qoyanda insanlar təbii ki, bunu gizli şəkildə edəcəklər. Bu məsələdə kimisə qınamağın adı yoxdur”.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar