Xocalı soyqırımından 29 il ötür

26 fevral, 2021 01:15

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 29 il ötür.

Azsiyasət.com xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Qeyd edək ki, artıq dünyanın 16 ölkəsinin parlamenti və eləcə də İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan qərar qəbul edib.

12 aprel

18:02 - "Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTOLAR17:40 - İrəvanı verdik Ermənistana, ingilis generallar burada meydan sulayırdı”14:33 - Həbs edilən generalla bağlı tükürpədici açıqlama: - "İşgəncə verdiyi adam öldü"13:34 - "Bu işin başında da Putin durub" - "Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar və..." 12:58 - Xocalı sakinləri doğma yurda qayıdır? - Qarabağdan sensasiyalı xəbər 12:15 - İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi10:58 - "Respublika" qəzetinə yeni baş redaktor təyin edildi - FOTO10:51 - Onlar yenə separatçıların yanında peyda oldu... - Qan iyinə gediblər? 09:52 - Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib - Saxlanılanlar var09:44 - Putin ordunu sərhəddə niyə yığır? - Alman nəşri şərh edir...09:37 - Rusiyanın ölü sükutu: "İsgəndər"in pultu kimin əlində olub?00:07 - "Ukraynanın fəaliyyəti Rusiya üçün potensial təhlükəlidir" - Peskov

11 aprel

22:12 - Azərbaycanlı səfir 250 min manata maşın aldı - FOTOLAR 22:10 - Ermənistanda rus generalın qızının meyiti tapıldı22:07 - Xankəndidə mənzillərin qiyməti ucuzlaşdı - YENİ QİYMƏTLƏR11:44 - Ərdoğan-Zelenski görüşünün nəticələri - 20 MADDƏ00:14 - Erməni məmur general Rüstəm Muradovu təhqir etdi - FOTO00:09 - Ermənilər qaçqınların Qarabağa qayıtmasının qarşısını necə alır? - Səfir şərh edir...00:06 - Türkiyə üçün çətin seçim: Rusiya, yoxsa ABŞ?00:01 - Lavrovu kimin əvəz edəcəyi bilindi - Putin komandasında nə baş verir?

10 aprel

23:06 - Azərbaycan snayperi erməni zabitini belə məhv etdi - VİDEO 21:59 - Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi 19:02 - "Müharibə Rusiya üçün ağır nəticələrə səbəb olacaq:.." - "Ukrayna ilə Rusiya arasındakı müharibənin nəzarətdən çıxması riski var"18:26 - Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir? - "Bu, məni çox qəzəbləndirir"16:58 - Kim Çen In təhsil nazirini edam etdirdi 16:20 - Erməni deputat Naira Zöhrabyan: - "Mən Polad Həşimov küçəsində yaşayıram" 15:10 - "Həqiqətlərin çatdırılmasında Türkiyə mediası bizimlə birgə oldu" - Prezidentin köməkçisi 14:33 - Ukrayna ABŞ-dan 100 F-15 alsın, yoxsa Azərbaycanın taktikasından istifadə etsin?14:30 - Fuad Mayılov "fenomeni", YPX-dən günlük tələblər - BDYP-dən açıqlama verdi - YENİLƏNİB 13:47 - Neftçala ekoloji fəlakət astanasında - Xəzər dənizinin suyu Kür çayında 40 kilometr irəlilədi