Ramiz Mehdiyev AMEA əməkdaşlarının bağ evlərini əlindən alır - ŞOK QƏRAR

23 fevral, 2021 10:02

Ramiz Mehdiyev AMEA-nın 500-dən çox əməkdaşına verilmiş bağ sahələrinin əllərindən alınması ilə bağlı göstəriş verib.

Azsiyasət.com xəbər verir ki, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi institutlara məktub göndərərək, bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib. Əməkdaşlara ötən gün bu barədə məlumat verilib.

Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli bildirib. Məlumatda qeyd olunur ki, onlar bağ sahələrinin əllərindən alınması tapşırığı birbaşa Ramiz Mehdiyevdən gəlib və AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov (Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlı olduqlarını bildirirlər.

Eyni zamanda bu işdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifə icra edən akademik Qərib Məmmədov, İşlər idarəsinin müdirinin keçmiş müavini Sərdar Əliyev və “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin direktoru Vəliyəddin İbrahimov xüsusi rol oynayırlar.

Oranı satacaqlarmı, villalarmı tikəcəklər, yoxsa hansısa keçmiş məmurun heyvandarlıq təsərrüfatı üçün örüşəmi çevirəcəklər, bəlli deyil. İstənilən halda əməkdaşlar bağlarının əlindən alınmasının qanunsuz göstəriş olduğu, uzağagedən məqsədlər güddüyü qənaətindədirlər. Onların fikrincə, Ramiz Mehdiyev və onun akademiyadakı dəstəsi hər addımda dövlətə, xalqa ziyan vurmağa çalışır.

Məlumat üçün qeyd edək ki, AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə ayrılıb.

İki bölgü üzrə Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə təkminən 523 sahə verilib, müqavilələr bağlanılıb. AMEA-nın balansında olan həmin ərazinin sahəsi ümumilikdə 1800 hektardan çoxdur.

Müqaviləyə əsasən, ötən müddət ərzində AMEA əməkdaşlarının maaşından hər ay 15 manat çıxılıb. Yolların çəkilməsi üçün adambaşına 50 manat yığılıb. Sahələrin hasarlanması üçün hər bir əməkdaş təxminən 300-700 manat xərcləyib. Hətta 1000-1500 manat pul xərcləyən də var. Əməkdaşların əksəriyyəti bağ sahələrində ağac əkıb və ya əkin işləri görüblər.

Pandemiya ilə mübarizə dövründə Bakı və Abşeron sakinlərinin paytaxtdan çıxmasına qadağa qoyulduğuna görə, yəni obyektiv səbəblər ucbatından bağçılıq təsərrüfatlarında daha çox işlər görmək mümkün olmayıb.

Bağ sahələrinin hasarlanması, ağacların əkilməsi və s. işlərin görülməsi isə məhz AMEA Rəyasət Heyətinin İşlər İdarəsi, AMEA Azad Həmkarlar Təşkilatı tərəfindən təşviq edilib, təşəbbüs göstərilib. İndi isə Ramiz Mehdiyevin göstərişi əsasında bağ sahələri əllərindən alınır.

Hüquqları pozulan AMEA əməkdaşları kütləvi şəkildə məhkəmələrə müraciət etməyə, ölkə rəhbərliyinə müraciət ünvanlamağa hazırlaşırlar.

AMEA Azad Həmkarlar İttifaqı əməkdaşların hüquqlarının pozulmasına reaksiya verməyib.

28 fevral

11:27 - Cahangir Əsgərov işçilərin maaşını vermir - AZAL-a qarşı etirazlar başladı 11:24 - Bu gün Şuşa fatehi Hikmət Mirzəyevin DOĞUM GÜNÜDÜR11:18 - "Bakı" kafesində silahlı "razborka" - VİDEO 11:13 - Əhali banklardakı pulları geri çəkir: Nə baş verir?02:21 - İlkin Rüstəmzadə Xədicə İsmayıla: "Bütün həyatımı sındırdı..." - SKANDAL02:16 - "Qarabağda razılaşma pozulur və görünür ki..." - Sabiq XİN rəhbəri 01:19 - Həbsdə olan iş adamı 841 minlik vergidən yayınma ittihamından bəraət aldı - TƏFƏRRÜAT01:14 - Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyır - VİDEO

27 fevral

21:22 - "Nəcməddin Sadıkovun sabah hansı qiyafədə peyda olacağı bəlli deyil" - Sabiq nazir müavini21:16 - Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı - VİDEO 15:10 - Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI 14:32 - Prezident İlham Əliyevdən sensasiyalı açıqlama - VİDEO 13:07 - Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ12:03 - Yunanıstan Türkiyə sərhədindəki ərazini işğal etdi - FOTOLAR 11:59 - Bakı metrosu nə vaxt açılır? - Sərnişinləri hər an qarşılamağa hazırıq10:46 - Rusiyanın işğal planı - Turçinov şok faktlar açıqladı10:39 - Heydər Əsədov kirvəsinin həbsindən qorxuya düşüb - SƏBƏB10:36 - "Krımı təcili surətdə qaytarın!" - ABŞ dövlət katibi Rusiyadan tələb edib10:33 - ABŞ kəşfiyyatı "Putinin aşbazı"-nı axtarır - 250 min dollar mükafat təyin edib...10:30 - Narın hansı faydaları var? 10:27 - Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində dəyişiklik - FOTO09:13 - Hakimiyyət böyük əfvə hazırlaşır - GÖZLƏNTİ08:29 - "ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq" - Co Bayden08:20 - "Ermənistanı zorla Rusiyaya birləşdirməliyik" - Jirinovski08:18 - "Şuşanın alınması ayrıca dastandır" - Prezident XTQ-dən danışdı

26 fevral

19:38 - Rusiya hərbçiləri Qarabağı tərk edəcək 13:38 - İranlı jurnalistin təxribatçı sualına Prezident sərt cavab verdi 12:34 - "Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur" - İlham Əliyev12:18 - Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi - VİDEO 12:07 - "Bəs vəsaiti olmayanlar nə etməlidir? Ölməlidirlər?" - İlham Əliyevdən sərt tənqid