"Ya rəhbərlik dəyişəcək, ya da idarəetmə Müşahidə Şurasına keçəcək" - Rövnəq Abdullayev erası bitdi

24 yanvar, 2021 11:21

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib və İqtisadiyyat Naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin olunub. Rəhbərlik etdiyi bütün sahələrdə müsbət nəticələr verən yeniliklər etdiyi nəzərə alınsa, o zaman Mikayıl Cabbarovdan bu sahədə də böyük gözləntilər var.

SOCAR-da nələr dəyişəcək?

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, son zamanlar dövlət şirkətlərinin qeyri-effektiv çalışması ilə bağlı rəsmi səviyyədə açıqlamalar olub:

“Son zamanlar dövlət şirkətlərinin, o cümlədən SOCAR-ın qeyri-effektiv çalışması, problemlərin olması, xərclərin şişirdilməsi ilə bağlı rəsmi səviyyədə açıqlamalar olmuşdu. Hətta Prezident səviyyəsində də dövlət şirkətlərinin işi ilə bağlı ciddi iradlar bildirilmişdir. Habulki, illərdir müstəqil ekspertlər bununla bağlı danışıblar. Amma, həmin zamanlar bu məsələ çox da müzakirə olunmurdu.

Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradıldı və SOCAR-ın idarəedilməsi bu holdinqin tərkibinə daxil edildi.

Növbəti addım kimi də Müşahidə Şurası yaradılır. Müşahidə Şurası SOCAR-ın fəaliyyəti ilə bağlı məsələlərin həll olunmasında iştirak edəcək və nəzarət mexanizmini həyata keçirəcək”.

Maraqlıdır, bəs SOCAR-ın rəhbərliyinin işi nədən ibarət olacaq?

Ya rəhbərlik dəyişəcək, ya da idarəetmə Müşahidə Şurasına keçəcək

Həmsöhbətimiz deyir ki, əsas məqsəd SOCAR-ın qeyri-effektiv xərcləmələrinin qarşısının alınması, rentabelli çalışmasına şəraitin yaradılmasıdır.

“Çünki SOCAR çox qəribə bir şirkətdir. Həm ən çox vergi ödəyən, həm də dövlət büdcəsindən ən çox dotasiya alan şirkətlərdən biridir.

Ümumiyyətlə, neft, qaz, enerjidən başqa bir çox sahələrdə də SOCAR-ın törəmə şirkətləri, xəstəxanadan tutmuş idman meydancalarına qurumları var. Yəqin ki, bunların da təmizlənməsi, aktivlərin normal idarə olunan hala gətirilməsi prosesi baş verəcək.

Qeyd etmək istəyirəm ki, bir məsələ açıq qalır. Əgər SOCAR İnvestisiya Holdinqin tərkibindədirsə və idarəetməni Müşahidə Şurası yerinə yetirəcəksə, o zaman SOCAR-ın birbaşa rəhbərliyi, yəni prezident və vitse-prezidentlərin işi nədən ibarət olacaqdır?”

N.Cəfərli bildirir ki, Mikayıl Cabbarov işlək sistemin qurulması üçün məsul şəxs təyin edilib:

“Mən düşünürəm ki, növbəti addım kimi SOCAR-ın çoxpilləli idarə etmə mexanizmi dəyişdiriləcək. Yəni ya SOCAR-ın rəhbərliyində dəyişiklik olacaq, ya da ümumiyyətlə idarə etmə funksiyaları Müşahidə Şurasına ötürülməsi prosesi baş verəcək.

Mikayıl Cabbarovun və ümumilikdə Müşahidə Şurasının rolu işlək bir sistemin qurulmasından və ona nəzarət etməkdən ibarətdir.

Növbəti addım kimi yaxın gələcəkdə həm Müşahidə Şurasının, həm də İnvestisiya Holdinqin yol xəritəsini görmək yaxşı olardı. Yəni gələcəkdə hansı addımların atılmasının gözlənilməsi ilə bağlı hələki ipucları yoxdur.

Yəqin ki, Mikayıl Cabbarovun rolu işlək bir sistemin qurulmasından ibarətdir. SOCAR-ın idarəetməsinin effektivliyi artırılandan sonra Müşahidə Şurası da öz missiyasını bitirmiş olacaq. Müşahidə Şurası ya SOCAR-ın birbaşa idarəetməsini həyata keçirməlidir, ya da keçid dövrü üçün nəzərdə tutulmuş orqana çevrilməlidir. Bu, gələcəkdə atılacaq addımlardan ibarətdir. Mikayıl Cabbarov bura işlək bir sistemin qurulması üçün məsul şəxs kimi təyin edilib”.

 

09 mart

00:31 - Azərbaycanı bu təşkilatdan niyə qovurdular? - Qubad İbadoğludan ittihamlar00:25 - "Qarabağda yeni müharibə başlaya bilər" - Amerikalı hərbi ekspert00:22 - Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi

08 mart

20:47 - Rusiyalı hərbçilər Qazaxla sərhəddə nə edir? - FOTO17:28 - "Azərbaycanda maksimum 6 partiya olmalıdır" - "Mojaritar seçki sistemi ləğv etməliyik"17:26 - Kreml Ermənistanda qərbyönümlü siyasi vektorun formalaşmasına imkan verməyəcək - ŞƏRH16:44 - Məşhur siyasətçi Anna Akopyanı öpdü, qalmaqal yarandı - VİDEO 16:36 - Ucar Gənclər Evindən nümunəvi addım... - FOTOLAR 16:29 - Bakıda feministlər aksiya keçirməyə cəhd etdi - VİDEO/FOTOLAR14:04 - Paşinyan bu gün istefa verə bilər - İrəvanda sular durulmur11:21 - 5-ci kolonla mübarizədə Ukrayna nümunəsi: Moskvaya bağlı olan telekanallar bağlandı 11:14 - "Bizimlə kimsə təkəbbürlə danışa bilməz" - Türkiyə prezidentinin sözçüsü10:41 - "Şəhid analarının qarşısında baş əyirəm" - Mehriban Əliyeva10:39 - Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır - Yeravanda GƏRGİNLİK10:34 - Erməni silahlı birləşmələri Qarabağda hərbi təlimlərə başladı?00:50 - Azərbaycan neftinin qiyməti artıq 70 dollara yaxınlaşır00:45 - Qazaxın 7 kəndi qayıdır? - Son məlumatlar00:42 - Prezidentin ayaqqabısı narazılığa səbəb oldu - FOTOLAR 00:34 - "Laçın dəhlizinin Ermənistan-Azərbaycan sərhədinə baxan ağzını bağlamalıyıq" - Sülhəddin Əkbər00:27 - "Torpaqlarımızı azad etməyə hazırıq" - Ukrayna DİN00:21 - Azərbaycan əsgəri Qafanda - Ermənilər panikaya düşdü - VİDEO 00:18 - Gürcüstanda səsyazısı qalmaqalı - Baş nazirin istefası tələb olunur

07 mart

18:32 - Paşinyan ABŞ Dövlət katibi ilə nə danışıb? - Vaşinqtondan Bakıya zəng gələ bilər10:20 - Rusiya və Ukrayna arasındakı razılaşma əngəlləndi - Kiyev müharibəyə hazırlaşır02:03 - Timsah 8 yaşlı qızı belə uddu - ANBAAN VİDEO02:01 - Rusiya və Fransa arasında gərginlik - Gizli proses üzə çıxdı01:55 - "Ermənistanın türkləşdirilməsi başladı" - Ovannisyan01:47 - "Qurultay sosial məsafə saxlanmaqla, maska taxmaqla keçirildi" - YAP-çı deputatdan ittihamlara cavab01:41 - Ermənilər Qubadlıda ekoloji terror törədiblər - FOTOLAR

06 mart

18:42 - Qarabağın işğaldan azad edilməsi ilə bağlı Ərdoğandan daha bir AÇIQLAMA