Vüqar Səfərli həbs edildi

14 yanvar, 2021 15:19

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna  (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək  xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib,  işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə  “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub. 

Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəyib, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd edilən korrupsiya şəbəkəsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri və dövlətə vurulan ziyanın bərpa olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

17 yanvar

12:18 - Azərbaycanda dələduzlar bank kartlarındakı məlumatları necə ələ keçirirlər?11:43 - "Rusiya sülhməramlıları Azərbaycanın suverenliyini pozurlar" - Narazılıq artır05:52 - "Qarabağın bərpası üçün Bakının vəsaiti bəs edəcək, İrəvanın revanş cəhdi isə..."05:46 - "Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?" - Manukyan05:41 - Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı AÇIQLAMA

16 yanvar

20:01 - "Laçın dəhlizi terrorçuların, silahlı şəxslərin nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır" - KOROTÇENKO 18:24 - Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi15:44 - KİVDF və "Azərxalça" ASC-də korrupsiya mexanizmi - Müşahidə Şuralarının üzvləri hara baxıb?13:58 - "Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim?" - Bayram Səfərov13:47 - "Ermənistan Azərbaycanla bacara bilməz, yeganə yol Rusiyanın..." - Erməni jurnalistdən SENSASİON ETİRAF11:43 - "Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz" - Xalq artisti Şeyx Əbdül10:43 - Fransada daha doqquz məscid BAĞLANDI 10:41 - Kafe-restoranlar açılır10:20 - Paşinyanın arvadının sirli Moskva səfəri - Nikol Rusiyayamı sığınır?10:13 - Azərbaycanda sərtləşdirilmiş karantin rejimi ləğv olunur? 00:08 - "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan

15 yanvar

19:32 - Prezident Cıdır düzündə çay içdi - VİDEO 16:59 - “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər" - ŞOK AÇIQLAMA16:04 - Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? - I HİSSƏ - TƏHLİL 15:03 - Yerevan supermarketində "Azərbaycan hərbçiləri"? - Ermənistanda panika14:57 - Prezident Şuşada nəyə əsəbləşdi - VİDEO 13:15 - Azərbaycanlı və erməni ziyalıları görüşsün - Moskvadan TƏKLİF12:44 - “Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR 11:58 - Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - FOTOLAR 11:27 - Prezidentlə xanımı azad edilmiş torpaqlarda - VİDEO 01:51 - Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir - Toylar başlayır?01:48 - ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi00:48 - "Həmsədrlərdən imtina bizə lazım deyil" - "Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək..."00:43 - Rəsmi Bakıdan sərt XƏBƏRDARLIQ: "İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə..."

14 yanvar

16:37 - KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib