"Azərxalça" sədrinin həbsi ilə bağlı yeni iddia: Dövlətin 50 milyonluq proyektini batırıb

14 yanvar, 2021 10:43

“Azərxalça”nın rəhbəri Vidadi Muradovun qurumda baş verən korrupsiyaya görə həbsindən sonra onun digər qanunsuz əməllərinə dair də informasiyalar, iddialar yayılmaqda davam edir.

Muradovun adı Sumqayıtda tikilən yeni fabriklə bağlı qanunsuzluqlarda da hallanır.

Bildirilir ki, Sumqayıtda inşa olunan Yunəyirici-Boyaq Fabrikinin tikintisi zamanı böyük yeyintilərə yol verilib. Nəticədə fabrikin fəaliyyəti iflic duruma düşüb.

Azsiyasət.com musavat.com-a istinadən xəbər verir ki, fabrikdə bu sahədə dünyaca məşhur olan şirkətlərin son dərəcə qabaqcıl avadanlıqları deyil, daha çox geridəqalmış avadanlıqlar quraşdırılıb. Rəsmiləşmə zamanı isə avadanlıqların qiymətləri “şişirdilib”. Maraqlı məqamlardan biri də “Azərxalça” sədrinin ASC-yə auditorları buraxmaması ilə bağlıdır. Bildirilir ki, Vidadi Muradov 2016-2017 və 2018-ci illərdə ASC-də auditin keçirilməsinə razılıq versə də, sonradan bundan yayınıb. Sumqayıtdakı fabrikin tikintisi də 2019-cu ildə başlanıb və auditdən kənar qalıb.

Dövlət büdcəsindən fabrikin tikintisinə və oradakı avadanlığın quraşdırılmasına 50 milyon manata yaxın vəsaitin xərcləndiyi də gələn məlumatlar sırasındadır. Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Yunəyirici Boyaq Fabriki hazırda iflic durumdadır. Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Bir neçə ay yun tədarük edilib. Vidadi Muradovun ittiham üzrə “yediyi” vəsait Azərbaycan gerçəkliyində elə də böyük məbləğ sayılmır.

Baş Prokurorluğun mətbuat xidmətinin Vidadi Muradovun həbsi ilə bağlı yaydığı rəsmi məlumatda qeyd olunur ki, 9 dekabr 2016-cı ildən 31 dekabr 2019-cu ilədək olan müddətdə o, digər şəxslərlə qabaqcadan əlbir olub və “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul köçürüb. 

Həmin məbləğin 1 milyon 149 min manat olan hissəsini nağdlaşdırılmaqla mənimsəyib. Bundan başqa, Vidadi Muradov “Azərxalça” ASC-də toxunmuş xalçaları “Azər-İlmə” MMC-yə ucuz qiymətə satmaqla 339 min 427 manat əldə etməkdə ittiham edilir. Vidadi Muradovun ittiham edildiyi digər epizod isə belə görünür ki, onun həbsində həlledici rol oynayıb. İttihama görə, 28 mart 2019-cu ildə xarici bazarlarda qiyməti 800 min ABŞ dolları olan yun təmizləmə xəttinin alınması mümkün olsa da, Vidadi Muradov qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan Almaniyadakı şirkətlərdən biri 5 milyon 314 min avro olan podrat müqaviləsi bağlayıb. Yun təmizləmə xəttinin alınması üçün ilkin olaraq 1 milyon 800 min avro məbləğində pulu “Azərxalça” ASC-nin bank hesabından Almaniyadakı şirkətin bank hesabına ödəyib. “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf edib.

9 yanvar 2021-ci il tarixdə Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda “Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Şöhrət” ordenli Vidadi Muradov xalçaçı-ekspert, tarix elmləri doktorudur. O, 2016-cı ildə “Azərxalça” ASC-yə sədr təyin edilənə qədər ölkədə tanınan iş adamlarından olub. Xalça istehsalı və satışı ilə məşğul olan Vidadi Muradov “Azər-İlmə” Xalçaçılıq şirkətinin sahibidir. Eyni zamanda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komporativ tədqiqatlar kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvüdür. O, 5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1974-1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində “İqtisadiyyatın təşkili” ixtisası üzrə təhsil alıb. 1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərib. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan “Azər-ilmə” elmi tədqiqat və istehsalat mərkəzini təsis edib. “Azərxalça” ASC yaradılandan sonra qurumun idarə heyətinin sədri vəzifəsinə gətirilib.

17 yanvar

12:18 - Azərbaycanda dələduzlar bank kartlarındakı məlumatları necə ələ keçirirlər?11:43 - "Rusiya sülhməramlıları Azərbaycanın suverenliyini pozurlar" - Narazılıq artır05:52 - "Qarabağın bərpası üçün Bakının vəsaiti bəs edəcək, İrəvanın revanş cəhdi isə..."05:46 - "Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?" - Manukyan05:41 - Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı AÇIQLAMA

16 yanvar

20:01 - "Laçın dəhlizi terrorçuların, silahlı şəxslərin nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır" - KOROTÇENKO 18:24 - Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi15:44 - KİVDF və "Azərxalça" ASC-də korrupsiya mexanizmi - Müşahidə Şuralarının üzvləri hara baxıb?13:58 - "Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim?" - Bayram Səfərov13:47 - "Ermənistan Azərbaycanla bacara bilməz, yeganə yol Rusiyanın..." - Erməni jurnalistdən SENSASİON ETİRAF11:43 - "Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz" - Xalq artisti Şeyx Əbdül10:43 - Fransada daha doqquz məscid BAĞLANDI 10:41 - Kafe-restoranlar açılır10:20 - Paşinyanın arvadının sirli Moskva səfəri - Nikol Rusiyayamı sığınır?10:13 - Azərbaycanda sərtləşdirilmiş karantin rejimi ləğv olunur? 00:08 - "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan

15 yanvar

19:32 - Prezident Cıdır düzündə çay içdi - VİDEO 16:59 - “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər" - ŞOK AÇIQLAMA16:04 - Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? - I HİSSƏ - TƏHLİL 15:03 - Yerevan supermarketində "Azərbaycan hərbçiləri"? - Ermənistanda panika14:57 - Prezident Şuşada nəyə əsəbləşdi - VİDEO 13:15 - Azərbaycanlı və erməni ziyalıları görüşsün - Moskvadan TƏKLİF12:44 - “Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR 11:58 - Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - FOTOLAR 11:27 - Prezidentlə xanımı azad edilmiş torpaqlarda - VİDEO 01:51 - Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir - Toylar başlayır?01:48 - ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi00:48 - "Həmsədrlərdən imtina bizə lazım deyil" - "Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək..."00:43 - Rəsmi Bakıdan sərt XƏBƏRDARLIQ: "İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə..."

14 yanvar

16:37 - KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib