Nigar Aslanova "DAVAM" Gənclər Hərəkatına baş katib təyin olundu

13 yanvar, 2021 18:13

"DavamGənclər Hərəkatının sədrinin müvafiq əmri ilə Nigar Aslanova hərəkatın katibliyinə rəhbər - baş katib təyin edilib katibliyin formalaşdırılması işi ona həvalə edilib.

Azsiyasət.com xəbər verir ki, Nigar Aslanova 19 avqust 1988-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Nizami rayonu Kamil Əyyubov adına 12 saylı tam orta məktəbdə, ali təhsilini isə 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetinin Roman-German filologiyası fakültəsində ingilis dili filologiyası ixtisası üzrə alıb. 

N.Aslanova ictimai fəaliyyətə təhsil aldığı Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavini olaraq başlayıb. Universitet illərində "Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun artırılması” Beynəlxalq Forumu, IV Dünya Gənclərinin Məşğulluq Sammiti və Azərbaycan Qılıncoynatma Federasiyasının ev sahibliyi etdiyi yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatında könüllü korpusuna rəhbərlik edib. 

Avropa Parlamentində təmsil olunan bütün siyasi partiya qruplarının katibliklərinin iştirak etdiyi Avropa Parlamenti Əhali və İnkişaf Forumunda Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsi olub. 2012-2017-ci illərdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında baş təlimatçı vəzifəsində çalışıb. 2015-2019-cu illərdə YAP Nəsimi rayon Gənclər Birliyinin sədr müavini olub. 10 oktyabr 2013-cü il Prezident seçkiləri, 23 dekabr 2014-cü il Bələdiyyə seçkiləri, 1 noyabr 2015-ci il Milli Məclisə seçkilər, 26 sentyabr 2016-cı il Ümumxalq səsverməsi və 9 fevral 2020-ci il Milli Məclisə seçkilər prosesində beynəlxalq müşahidəçilərin müşahidə missiyasının təşkilində aktiv rol alıb.

2017-ci ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, 2018-2019-cu il tarixlərində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində sədr müavini vəzifəsində çalışıb. 2020-ci il noyabr-dekabr aylarında "Qaradağ Gənclər Evi” sosial xidmət müəssisəsində direktor vəzifəsini müvəqqəti icra edib.

N.Aslanova Türkiyə, Rusiya, Misir, İtaliya, Macarıstan, Hindistan, Moldova, Rumıniya və Malta kimi dünyanın müxtəlif ölkələrində sosial layihələrdə iştirak edib.

17 yanvar

14:10 - Türkiyə və Azərbaycan birgə təlimlərə hazırlaşır12:18 - Azərbaycanda dələduzlar bank kartlarındakı məlumatları necə ələ keçirirlər?11:43 - "Rusiya sülhməramlıları Azərbaycanın suverenliyini pozurlar" - Narazılıq artır05:52 - "Qarabağın bərpası üçün Bakının vəsaiti bəs edəcək, İrəvanın revanş cəhdi isə..."05:46 - "Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?" - Manukyan05:41 - Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı AÇIQLAMA

16 yanvar

20:01 - "Laçın dəhlizi terrorçuların, silahlı şəxslərin nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır" - KOROTÇENKO 18:24 - Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi15:44 - KİVDF və "Azərxalça" ASC-də korrupsiya mexanizmi - Müşahidə Şuralarının üzvləri hara baxıb?13:58 - "Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim?" - Bayram Səfərov13:47 - "Ermənistan Azərbaycanla bacara bilməz, yeganə yol Rusiyanın..." - Erməni jurnalistdən SENSASİON ETİRAF11:43 - "Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz" - Xalq artisti Şeyx Əbdül10:43 - Fransada daha doqquz məscid BAĞLANDI 10:41 - Kafe-restoranlar açılır10:20 - Paşinyanın arvadının sirli Moskva səfəri - Nikol Rusiyayamı sığınır?10:13 - Azərbaycanda sərtləşdirilmiş karantin rejimi ləğv olunur? 00:08 - "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan

15 yanvar

19:32 - Prezident Cıdır düzündə çay içdi - VİDEO 16:59 - “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər" - ŞOK AÇIQLAMA16:04 - Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? - I HİSSƏ - TƏHLİL 15:03 - Yerevan supermarketində "Azərbaycan hərbçiləri"? - Ermənistanda panika14:57 - Prezident Şuşada nəyə əsəbləşdi - VİDEO 13:15 - Azərbaycanlı və erməni ziyalıları görüşsün - Moskvadan TƏKLİF12:44 - “Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR 11:58 - Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - FOTOLAR 11:27 - Prezidentlə xanımı azad edilmiş torpaqlarda - VİDEO 01:51 - Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir - Toylar başlayır?01:48 - ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi00:48 - "Həmsədrlərdən imtina bizə lazım deyil" - "Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək..."00:43 - Rəsmi Bakıdan sərt XƏBƏRDARLIQ: "İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə..."