Ramiz Rzayev vəkillərdən narazıdır - "Düzgün şikayət yaza bilmirlər"

11 yanvar, 2021 13:02

Ali Məhkəməsinin sədri Ramiz Rzayev Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məktub göndərərkən vəkillərin fəaliyyətindən narazılığını bildirib.

Azsiyasət.com xəbər verir ki, R.Rzayev məktubunda qeyd edib ki, vəkillər əsassız və düzgün tərtib edilməyən kassasiya şikayətləri ilə Ali Məhkəmənin kollegiyalarında mövcud iş yükünü artırırlar.

Sədr bildirib ki, aparılmış təhlil nəticəsində vəkillər tərəfindən kassasiya şikayətlərinin tərtibatı zamanı prosessual qanunvericiliyin tələblərinə riayət edilməməsi, qanunda nəzərdə tutulmayan əsaslarla əlavə kassasiya şikayətlərinin verilməsi müəyyən olunub.

Ramiz Rzayev bu pozuntuları sübut edən vəkil şikayətlərindən ibarət nümunələri də Kollegiyaya göndərib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Ali Məhkəmə sədri Ramiz Rzayevin məktubu və göndərdiyi nümunələri analiz edərək belə qərara gəlib ki, vəkillər tərəfindən kassasiya və əlavə kassasiya şikayətləri tərtib edilərkən prosessual qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilib.

Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov bunun əsasında vəkil qurumlarına və fərdi vəkillərə tövsiyə xarakterli məktub göndərib.

A.Bağırov bildirib ki, şikayətlər verilərkən məhkəmənin adı və ünvanı, şikayət verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri düzgün yazılmalıdır.

A.Bağırov qeyd edib ki, Ali Məhkəmə tərəfindən təqdim olunmuş bəzi kassasiya şikayətlərinin məzmunundan görünür ki, vəkillər tərəfindən sadəcə olaraq qanunvericiliyin müddəaları sadalanıb, lakin həmin müddəaların barəsində şikayət olunan məhkəmə qərarı ilə əlaqəsi əsaslandırılmayıb.

VK sədri bildirib ki, vəkillər kassasiya şikayətləri tərtib edərkən qanunvericiliyin müddəalarına formal olaraq istinad edilməsinə yol verməməlidirlər.

Ali Məhkəmənin məktubunda göstərilib ki, bəzi kassasiya şikayətlərində tələbin nədən ibarət olmasını müəyyən etmək mümkün olmur. Bəzi hallarda, məhkəmə aktının şikayət verənin xeyrinə aid olan hissədə də tam ləğvi və iş üzrə yeni qərarın qəbulu xahiş edilir.

VK sədri vəkillərdən xahiş edib ki, şikayətin nəticə hissəsində mübahisələndirilən məhkəmə aktının hansı hissədə dəyişdirilməli və ya ləğv edilməli olması dəqiq göstərilməli və bununla bağlı yol verilən xətalar aradan qaldırılmalıdır.

VK-ya təqdim edilən nümunələrdən aşkar olunub ki, cinayət işləri üzrə vəkillər tərəfindən tərtib olunmuş kassasiya şikayətlərində məhkuma bəraət verilməsi ilə bağlı bəraət hökmünün çıxarılmasını xahiş edirlər.

Ali Məhkəmə tərəfindən hökm deyil, yalnız qərar qəbul edilməsi nəzərdə tutulduğu vəkillərin diqqətinə çatdırılıb.

Ramiz Rzayev məktubunda qeyd edib ki, bəzi vəkillər tərəfindən əlavə kassasiya şikayətinin bir dəfə geri qaytarılmasına baxmayaraq, eyni əsaslarla təkrarən verilməsi hallarına rast gəlinir.

Həmçinin, vəkillərə tövsiyə olunur ki, qanunda müəyyən olunmuş konkret əsaslar mövcud olmadığı təqdirdə aidiyyəti olmayan, formal şikayətlərin verilməsindən çəkinsinlər.

Anar Bağırov sonda qeyd edib ki, göstərilən nöqsanlar üzrə vəkillərin iştirakı ilə videokonfrans formatda iclaslar keçirilməli və istinad olunan nöqsanlar və tövsiyələr qurumda olan bütün vəkillərin iştirakı ilə müzakirə edilməlidir.

Anar Bağırov bununla bağlı Azadlıq Radiosuna açıqlamasında bildirib ki, bütün peşələrdə olduğu kimi, vəkillər arasında da istisnalar ola bilər: “Tək vəkillər yox, bəzən hakimlər də məhkəmə qərarlarında səhv edirlər. Əks halda, heç bir məhkəmə qərarı yuxarı instansiya tərəfindən ləğv olunmazdı”.

17 yanvar

12:18 - Azərbaycanda dələduzlar bank kartlarındakı məlumatları necə ələ keçirirlər?11:43 - "Rusiya sülhməramlıları Azərbaycanın suverenliyini pozurlar" - Narazılıq artır05:52 - "Qarabağın bərpası üçün Bakının vəsaiti bəs edəcək, İrəvanın revanş cəhdi isə..."05:46 - "Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?" - Manukyan05:41 - Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı AÇIQLAMA

16 yanvar

20:01 - "Laçın dəhlizi terrorçuların, silahlı şəxslərin nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır" - KOROTÇENKO 18:24 - Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi15:44 - KİVDF və "Azərxalça" ASC-də korrupsiya mexanizmi - Müşahidə Şuralarının üzvləri hara baxıb?13:58 - "Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim?" - Bayram Səfərov13:47 - "Ermənistan Azərbaycanla bacara bilməz, yeganə yol Rusiyanın..." - Erməni jurnalistdən SENSASİON ETİRAF11:43 - "Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz" - Xalq artisti Şeyx Əbdül10:43 - Fransada daha doqquz məscid BAĞLANDI 10:41 - Kafe-restoranlar açılır10:20 - Paşinyanın arvadının sirli Moskva səfəri - Nikol Rusiyayamı sığınır?10:13 - Azərbaycanda sərtləşdirilmiş karantin rejimi ləğv olunur? 00:08 - "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan

15 yanvar

19:32 - Prezident Cıdır düzündə çay içdi - VİDEO 16:59 - “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər" - ŞOK AÇIQLAMA16:04 - Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? - I HİSSƏ - TƏHLİL 15:03 - Yerevan supermarketində "Azərbaycan hərbçiləri"? - Ermənistanda panika14:57 - Prezident Şuşada nəyə əsəbləşdi - VİDEO 13:15 - Azərbaycanlı və erməni ziyalıları görüşsün - Moskvadan TƏKLİF12:44 - “Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR 11:58 - Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - FOTOLAR 11:27 - Prezidentlə xanımı azad edilmiş torpaqlarda - VİDEO 01:51 - Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir - Toylar başlayır?01:48 - ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi00:48 - "Həmsədrlərdən imtina bizə lazım deyil" - "Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək..."00:43 - Rəsmi Bakıdan sərt XƏBƏRDARLIQ: "İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə..."

14 yanvar

16:37 - KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib