Deputat Rasim Musabəyovun anti-türk açıqlaması etirazlara səbəb oldu

04 dekabr, 2020 15:56

Milli Məclisin İntizam Komissiyası millət vəkili Rasim Musabəyovun Rusiyanın "NTV" telekanalına qalmaqallı müsahibəsinə münasibət bildirib.

Xatırladaq ki, sözügedən müsahibədə Rasim Musabəyov türk sülhməramlılarının Dağlıq Qarabağda olmasına qarşı çıxış edərək, bunun bölgədəki təhlükəsizliyə zərər verə biləcəyini qeyd edib. Həmin açıqlama ictimai narazılığa səbəb olub və sosial şəbəkə istifadəçiləri kütləvi şəkildə millət vəkilini Azərbaycanın milli maraqlarına xəyanət etməkdə günahlandırıblar.

Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov jurnalistlərə Rasim Musabəyovun ifadələrinin ona peşmanlıq hissi keçirtdiyini bildirib və sözlərinə xüsusi əhəmiyyət verməməyə çağırıb.

“O deputatdır. Düşündüklərini söyləyir. Heç nə onun sözlərindən asılı deyil. Təəssüf edirəm ki, o, belə bir düşüncə səsləndirib. Türk sülhməramlıları gəlməlidir. Bu qərar artıq verilib. Gələcəkdə Rusiya və Türkiyə sülhməramlıları bölgədəki sülhün qorunmasını birlikdə izləyəcəklər. Rasim Musabəyov təcrübəli bir siyasətçidir. Başa düşmürəm, necə belə bir müsahibə verə bilərdi”, - Eldar İbrahimov deyib.

Onu da xatırladaq ki, bu,  deputat Rasim Musabəyvun açıqlamalarının Azərbaycan cəmiyyətində çoxsaylı narazılığa səbəb olduğu ilk hadisə deyil. Bundan əvvəl Rasim Musabəyov yeraltı keçiddə popkorn sataraq pul qazanmağa çalışan yeniyetməyə qarşı çıxışı ilə yadda qalmışdı. Deputat dövlət orqanlarına oğlanın küçə ticarəti etməsinin qadağan edilməsi tələbi ilə müraciət etdi və bu da bütün sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olmuşdu.

28 yanvar

01:43 - Rusiya ABŞ-a NOTA VERDİ 01:35 - Gürcüstan prezidenti: - "Qarabağ müharibəsi əsrlər boyu mövcud olan həqiqəti təsdiqlədi"01:31 - Bill Qeyts: "Növbəti pandemiya on qat daha ağır ola bilər"01:25 - Erməni hərbçilər Qarabağdan çıxarılır  - Erməni analitik DETALLARI AÇDI

27 yanvar

19:45 - Mikayıl Cabbarovdan SOCAR-la bağlı AÇIQLAMA17:42 - İranın XİN rəhbəri: "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir"17:28 - ABŞ Dövlət katibi: "Ankaranı Rusiyadan uzaq tutmalıyıq..."15:47 - "Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına..." - Prezident15:43 - "Xalqa kiçik də olsa, siqnal verirdim ki, hər şey yaxşı olacaq" - Prezident14:01 - "Azərbaycanda Rusiya, İran və Qərbin gizli agenturası var" - Partiya sədri13:43 - "Qarabağ klanı" DİRÇƏLİR - Koçaryanla Sarkisyan illər sonra görüşəcək13:17 - Mədəniyyət Nazirliyində "Köhnə hamam, köhnə tas" problemi... - Yeni Nazirdən gözləntilər böyükdür13:09 - Prezident onu Şuşaya xüsusi nümayəndə təyin etdi11:32 - Qarabağda rus muzdluları - - gürcü ekspertin sensasion iddiasına reaksiyalar11:27 - Qaradağda dəfn olunan şəhidlərin məzarları köçürüləcək? - Deputatdan açıqlama00:43 - Ermənilər Qaregin Njdeyə Xocavənddə heykəl qoydu - Gözləyək, yoxsa hərəkətə keçək? 00:39 - "Rusiyada sarsıntılara rəvac vermək üçün Qərbin Navalnıya ehtiyacı var" - Nikolay Patruşev

26 yanvar

21:24 - Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ21:15 - Ermənistan Qarabağdan təkcə kənd təsərrüfatı hesabına ildə 100 milyon dollar talayırmış17:49 - "Paşinyanın məqsədi budur ki, Şuşanı..." - Erməni nəşrindən şok iddia: VİDEO17:33 - Geri qayıtmayan məcburi köçkünlərin evləri əllərindən alınacaq?  - AÇIQLAMA15:36 - Tağı Əhmədovun ayaqları tutuldu, xəstəxanaya yerləşdirildi14:58 - Ramin Quluzadəyə PA-da yüksək vəzifə verildi14:12 - Korrupsioner necə "Əməkdar həkim" olub? - Masallıdan Bakıya uzanan qara əllər...13:48 - Azərbaycan hərbi əməliyyatları niyə dayandırdı? - Hikmət Hacıyev açıqladı: VİDEO 13:42 - Ramin Quluzadə işdən çıxarıldı - Yerinə bu şəxs nazir təyin edildi 12:01 - Türkiyə gəmisinə quldur hücumunun videokadrları - "Çox pis döydülər..."11:51 - İrəvan bu yoldan istifadə üçün Bakıdan icazə istəyir10:16 - Ermənilərin Şuşaya "İsgəndər" atmaq planı haqda açıqlama10:11 - Bakıda tikinti şirkətinin heyrətamiz dələduzluğu