Həbsdəki həmkarlarının aqibətindən dərs götürməyən icra başçısı - Suraxanıda köhnə hamam məsələsidir...

26 noyabr, 2020 12:43

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ötən il və bu ilin birinci yarısında keçirdiyi 5 əməliyyatla iflasa uğradığı sübut olunan icra hakimiyyəti sistemi Azərbaycanın daxili idarəçiliyində əsas problemlərdən biri kimi qalır. İcra başçılarının korrupsiya, rüşvət üstündə həbs olunması bu institutun tamamilə deqradasiya olunduğu barədə geniş ictimai müzakirələrə səbəb olub. Millət vəkilləri, ekspertlər ölkədə yeni inzibati idarəçilik sisteminin yaradılması ilə bağlı təkliflər səsləndiriblər. Əks təqdirdə, dövlətin həyata keçirdiyi proqramların, layihələrin səmərəliliyi aşağı olacaq, vətəndaşların sosial-iqtisadi məsələlərinin operativ həlli ləngiyəcək, nəticədə dövlət siyasəti sabotaj olunacaq. Xüsusən, qalibiyyətli Vətən Müharibəsindən sonra şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu bir vaxtda bu siyasətin korrupsiyadan uzaq, şəffaf qurumlar və idarəçilər tərəfindən həyata keçirilməsi zəruridir.

Bu günlərdə Bakının Suraxanı rayonundan gələn şikayətlər bu sahədə geniş islahatların nə qədər vacib olmasından bir daha xəbər verir. Rayondakı mənbələrdən azpolitika.info-ya daxil olan məlumata görə, icra başçısı Əziz Əzizov həbsdə olan həmkarlarının əməllərini davam etdirir. Onun əsas idarəçilik prinsipi əvvəl işlədiyi Cəlilabad və Yasamal rayonlarında olduğu kimi, qohumbazlığa, korrupsiyaya əsaslanır. Vətəndaşların şikayətlərinə zamanında baxılmır, süründürməçilik baş alıb gedir.

Mənbə bildirir ki, Ə.Əzizov yan-yörəsinə etibarlı qohumlarını yerləşdirib, bütün "qara işləri" onların vasitəsi ilə həyata keçirir. Məsələn, icra başçısı "Dövlət qulluğu haqqında" Qanunun tələblərinə zidd olaraq bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin edib. Ə.Əzizov Cəlilabada rəhbərlik edərkən sürücüsü olan M.Ağayev, onun Yasamal rayonuna təyinatından sonra köməkçi karyerasına başlayıb və hazırda Suraxanıda davam etdirir. İcra başçsının yaxın adamlarından biri Eldəniz müəllim isə qurumda şöbə müdiri vəzifəsini tutur. O, Əziz Əziovun ən yaxın kadrlarından biri sayılır və Suraxanı sakinləri onu başçının "haqq-hesab" işinə baxan adamı hesab edirlər.

İcra başçısı qardaşı Şirin Əzizova da "yağlı" iş tapşırıb. Suraxanıda ən gəlirli yerlərdən sayılan bütün söküntü-tikinti işlərinə Şirin müəllim baxır. Qeyd edək ki, rayon son illərdə Bakıda dövlət dotasiyası ilə ən çox tikinti-abadlıq işləri aparılan rayonlardan biridir. Əziz Əzizovun yaxınlarından Qulam müəllim Zığ qəsəbəsinin icra nümayəndəsidir, "qara kassa" Mehman müəllim isə Suraxanı Rayon İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiridir.

Mənbə bildirir ki, Əziz Əzizovun yarıtmaz fəaliyyəti haqda bu tip məlumatların sayını sonsuzluğa qədər uzatmaq mümkündür. Acınacaqlı hal odur ki, onun əməllərindən şəhid ailələri, qazilər, müharibədə olan hərbçilərin ailə üzvləri də əziyyət çəkir. Bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan videoda məhz bu barədə məlumat verilirdi. Qeyd olunur ki, döyüşlərə könüllü yollanan İlman Qurbanovun evi Əziz Əzizovun göstərişi ilə sökülüb. "İ.Qurbanov bu evi hərbi xidmətə getməzdən əvəl tikməyə başlayıb. Müharibə günlərində tikinti dayandırılsa da, bu günlərdə onun ailə üzvləri yarımçıq qalan işlərini davam etdirməyə başlayıblar. Amma icra başçısı tikintiyə imkan verməyib və tikili sökülüb", - deyə videomüraciətdə bildirilir. Hadisəni ictimailəşdirən bloqerlər dövlət qurumlarının diqqətini Ə. Əzizovun özbaşınalığına cəlb etməklə bərabər, onun ictimai qınaqla əməllərini dayandıracağına ümid ediblər.

Mənbə bildirir ki, Suraxanıda bütün tikinti işləri üçün mütləq icra hakimiyyətinə haqq verilməlidir. Məbləğ isə yerə və tikintinin ölçüsünə, təyinatına görə dəyişir. Bu tələbə əməl etmək istəməyənlərə qarşı xüsusi amansızlıq nümayiş etdirilir, polis qüvvələri səfərbər edilməklə buldozerlərlə tikililər sökülür, etiraz edənlər isə həbs edilir.

Şübhəsiz ki, vəzifə cinayətlərinə görə DTX tərəfindən ifşa olunan icra başçılarının aqibətindən dərs çıxarmayan həmkarları bəzi rayonlarda hələ də at oynadırlar. Dövlətin diqqətinin müharibəyə yönəlməsi isə onlar üçün münbit şərait yaradıb, Əziz Əziov kimi nəzarət, qorxu hiss etmədən ənənəvi fəaliyyətlərini davam etdirirlər. Bu şəxslərin cəzalandırılması ilə yanaşı icra hakimiyyəti sisteminin ləğv olunması olduqca aktualdır. Yəqin ki, Azərbaycanda davam etdirlən struktur və kadr islahtları bu sahələri də əhatə edəcək, vətəndaşların canı, nəhayət, korrupsioner, harın məmurlardan qurtaracaq. 

28 yanvar

01:43 - Rusiya ABŞ-a NOTA VERDİ 01:35 - Gürcüstan prezidenti: - "Qarabağ müharibəsi əsrlər boyu mövcud olan həqiqəti təsdiqlədi"01:31 - Bill Qeyts: "Növbəti pandemiya on qat daha ağır ola bilər"01:25 - Erməni hərbçilər Qarabağdan çıxarılır  - Erməni analitik DETALLARI AÇDI

27 yanvar

19:45 - Mikayıl Cabbarovdan SOCAR-la bağlı AÇIQLAMA17:42 - İranın XİN rəhbəri: "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir"17:28 - ABŞ Dövlət katibi: "Ankaranı Rusiyadan uzaq tutmalıyıq..."15:47 - "Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına..." - Prezident15:43 - "Xalqa kiçik də olsa, siqnal verirdim ki, hər şey yaxşı olacaq" - Prezident14:01 - "Azərbaycanda Rusiya, İran və Qərbin gizli agenturası var" - Partiya sədri13:43 - "Qarabağ klanı" DİRÇƏLİR - Koçaryanla Sarkisyan illər sonra görüşəcək13:17 - Mədəniyyət Nazirliyində "Köhnə hamam, köhnə tas" problemi... - Yeni Nazirdən gözləntilər böyükdür13:09 - Prezident onu Şuşaya xüsusi nümayəndə təyin etdi11:32 - Qarabağda rus muzdluları - - gürcü ekspertin sensasion iddiasına reaksiyalar11:27 - Qaradağda dəfn olunan şəhidlərin məzarları köçürüləcək? - Deputatdan açıqlama00:43 - Ermənilər Qaregin Njdeyə Xocavənddə heykəl qoydu - Gözləyək, yoxsa hərəkətə keçək? 00:39 - "Rusiyada sarsıntılara rəvac vermək üçün Qərbin Navalnıya ehtiyacı var" - Nikolay Patruşev

26 yanvar

21:24 - Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ21:15 - Ermənistan Qarabağdan təkcə kənd təsərrüfatı hesabına ildə 100 milyon dollar talayırmış17:49 - "Paşinyanın məqsədi budur ki, Şuşanı..." - Erməni nəşrindən şok iddia: VİDEO17:33 - Geri qayıtmayan məcburi köçkünlərin evləri əllərindən alınacaq?  - AÇIQLAMA15:36 - Tağı Əhmədovun ayaqları tutuldu, xəstəxanaya yerləşdirildi14:58 - Ramin Quluzadəyə PA-da yüksək vəzifə verildi14:12 - Korrupsioner necə "Əməkdar həkim" olub? - Masallıdan Bakıya uzanan qara əllər...13:48 - Azərbaycan hərbi əməliyyatları niyə dayandırdı? - Hikmət Hacıyev açıqladı: VİDEO 13:42 - Ramin Quluzadə işdən çıxarıldı - Yerinə bu şəxs nazir təyin edildi 12:01 - Türkiyə gəmisinə quldur hücumunun videokadrları - "Çox pis döydülər..."11:51 - İrəvan bu yoldan istifadə üçün Bakıdan icazə istəyir10:16 - Ermənilərin Şuşaya "İsgəndər" atmaq planı haqda açıqlama10:11 - Bakıda tikinti şirkətinin heyrətamiz dələduzluğu