Türkiyə Ordusunun Qarabağa gəlməsi nəyi dəyişəcək? - “Hər hansı təxribat olarsa...“

21 noyabr, 2020 12:27

Ötən gün Türkiyə Silahlı Qüvvələrinə məxsus A-400M  hərbi təyyarəsi Lənkəran hava limanına enib. Bu isə Türk Ordusunun Azərbaycanda olmasından xəbər verir. Həmçinin Türkiyənin Milli müdafiə naziri Hulusi Akar bu gün mətbuata açıqlamasında qeyd edib ki, quru qoşunların Azərbaycana göndərilməsi üçün bütün işlər tamamlanıb. Nazir ən tez zamanda Dağlıq Qarabağa əsgər göndəriləcəyini vurğulayıb.

Sözügedən məsələ ətrafında danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bir-birinə tamamilə inteqrasiya olunub:

“Türk Ordusu ilə biz sıx əməkdaşlıq içərisindəyik. Onlar demək olar ki, 1992-ci ildən daima bizimlə bir yerdə olublar. Birinci Qarabağ müharibəsində, silahlı qüvvələrimizin ilk formalaşmağa başlayanda, tədris müəssisələri yaradılanda, həmçinin NATO-ya inteqrasiya zamanı biz Türkiyəni dəstəkçi kimi yanımızda görmüşük. Türk Silahlı Qüvvələri ilə tez-tez müştərək təlimlərimiz baş tutur. Onlar bizim ordunun daxilində, bizim nümayəndələr isə Türkiyədəki hərbi təlimlərdə iştirak ediblər. 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” saziş imzalanıb. Bu müqavilədə əsas yeri hərbi məsələlər tutur, sazişə əsasən, Türkiyə strateji tərəfdaş kimi təhlükəsizlik məsələlərində daima Azərbaycanın yanındadır. Həmçinin qanunda türk əsgərlərinin Azərbaycana gəlməsi də öz əksini tapır”.

Həmsöhbətimiz hesab edir ki, Vətən müharibəsi zamanı Türkiyə kimi güclü dövlətin Azərbaycanın arxasında olması bizi böyük risklərdən qorudu:

“Hazırda qələbə çalan Azərbaycan Ordusu artıq yeni bir mərhələyə qədəm qoyub. Bu atəşkəs mərhələsində Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisində yerləşdirildi. Bu səbəblə də Türkiyənin həmişəki kimi Azərbaycanın yanında olması təbii haldır. Hazırkı həssas məqam nəzərə alınaraq Rusiya sülhməramlılarının burada olması və Türkiyənin monitorinq qrupunda yer alması ola biləcək hansısa təxribatın beynəlxalq səviyyədə də qarşısının alınmasında mühüm rol oynayır. Bu, lazımi bir addımdır”.

Hərbi ekspert bildirib ki, hansı ordu ilə təmasda olmaq, kimlə hansı səviyyədə əlaqə qurmaq Azərbaycanın suveren hüququdur:

“Məlumdur ki, Türkiyə Ordusunun F-16 təyyarələri də hələ müharibə dövründən buradadır. Bu, bizə mənəvi dəstəyin göstəricisidir və Azərbaycan-Türkiyə birliyini nümayiş etdirir. Bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisi Azərbaycanda türk əsgərlərinin xidməti ilə bağlı qərar qəbul etdi və bu qərar artıq təsdiqlənib. Məhz bu qərarın ortaya çıxması da Türkiyə-Azərbaycan dostluğu hansı səviyyədə olduğunu açıq şəkildə göstərir”.

01 dekabr

17:49 - “Paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi xəbəri yalandır” - DÖVLƏT KOMİSSİYASI17:42 - "Bakcell" MMC-nin alt sütunlarında nələr baş verir? 17:07 - "Laçın rayonu Azərbaycana verildi" - Rusiya MN 14:56 - Bu şəxslər dekabrın 2-dən hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM 13:38 - “İlham Əliyevlə 3 saat söhbət etdik, ən xırda detalları bilirdi” - Liparityan12:41 - “Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ12:36 - “Xalq bu məlumatı məndən eşitsin…” - Prezident danışıqlardakı sirləri açdı12:24 - “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir” - Rusiya səfiri12:19 - İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM 09:46 - Moskvada Paşinyana əvəz axtarırlar: Nikol Kremlin bütün şərtlərinə hazırdır00:21 - Bu gün Laçın Azərbaycana QAYTARILIR

30 noyabr

22:13 - Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ22:07 - "Moskva ona sadiq qalan Bakıya xəyanət etdi" - Maksim Şevçenko 17:11 - Erməni hərbi əsirlər Bakıda parada çıxarılacaq? 17:04 - BDP sədri Mirkazım Seyidov: “Türk sülhməramlılarının Azərbaycana gəlməsi tarixi zərurətdir” - VİDEOMÜSAHİBƏ16:56 - Ter-Petrosyan Paşinyanı “ümummilli bəla” adlandırdı15:10 - Rusiya prezidentinin şəxsi mühafizəçisi Kremldə intihar etdi - FOTO14:30 - "Türkiyə və Rusiya birləşərək Fransanı Cənubi Qafqazdan qovub" - ""Müharibə bitdi, Türkiyə dayandı" məsələsi yoxdur"13:09 - İcra başçısından Ali Baş Komandanın əsgərinə sayğısızlıq - FOTO12:59 - Şuşalı alim rəssam: “Prezident elan etdi və mən bayrağı çəkib, əsəri tamamladım” - VİDEO12:33 - Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd - Ukrayna ordusu da sınaqdan keçirir10:38 - Azərbaycan yenidən sərt karantin rejiminə qayıdır - AÇIQLAMA10:35 - Xocalı aeroportu ilə bağlı yeni XƏBƏR01:05 - İranın nüvə alimi uzaqdan idarə olunan silahla öldürülüb01:01 - Bayrağa görə qovulan tələbə BDU-ya BƏRPA OLUNDU

29 noyabr

21:41 - "Araik dedi ki, müharibəni dayandırmaq lazımdır, mən Putinə zəng etdim, o isə Əliyevə..." - Paşinyandan SENSASİON açıqlama20:50 - Ermənistan prezidenti də Paşinyanı İSTEFAYA ÇAĞIRDI20:40 - Yeni yaradılan partiyanın sədri Mirkazım Seyidov: “28 ildə Azərbaycan üçün 17 milyon dollar pul xərcləmişəm...” - VİDEOMÜSAHİBƏ19:58 - “Böyük bir müharibə başlaya bilər...” - Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım18:23 - “Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir” - Türkiyə Müdafiə Nazirliyi