Azərbaycan Arayik Arutunyanı niyə həbs edə bilmir?

18 noyabr, 2020 16:19

Qarabağ separatçılarının başçısı Arayik Arutunyan haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi açılıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib. A.Arutunyanın istintaqa cəlb edilmələri barədə müvafiq qərar qəbul edilib. Onun həbs edilməsi üçün İnterpola məlumat verilib.
Amma Arayik Arutunyanın həbsini hələ ki gerçəkləşdirmək mümkün olmayıb. O, Xankəndində əlini-qolunu sallayaraq gəzməkdə, az qala hər gün bölgədəki Rusiya sülhməramlılarının rəhbərlərilə görüşlər keçirməkdədir. Separatçıların lideri Azərbaycan Respublikasına qarşı pozuculuq əməllərini davam etdirir...

Bəs onu necə həbs etmək olar?

Azsiyasət.com xəbər verir ki, “Konstitutsiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev modern.az-a bu prosedur barədə açıqlama verib:
“Baş Prokurorluq tərəfindən seperatçıların rəhbəri Arayik Arutunyana qarşı cinayət işi açılıb. Mən inanıram ki, cinayət işinin başa çatdırılmasında problem olmayacaq. Arayik Arutunyana müharibə cinayətlərinin baş verməsinin ən birinci səbəbkarlarındandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “İnsanlıq əleyhinə” adlı fəsildə bu barədə nəzərdə tutulmuş maddələr var.  

Qanunsuz hərbi əməliyyatların hazırlanması və həyata keçirilməsi prosesində birbaşa Arayik Arutunyan məsuliyyət daşıyır. O, Cinayət Məcəlləsinin 100-cü maddəsinə əsasən, quldurların, muzdlu döyüşçülərin Azərbaycana gətirilməsi prosesində iştirak etməsinə görə də məsuliyyətə cəlb oluna bilər. Həmçinin,  humanitar hüququn pozulması ilə bağlı, eyni zamanda 120-ci maddəyə görə ailə, uşaq, qadınların kütləvi qətlində bilavasitə iştirakına görə də haqqında cinayət işi açıla bilər.

Gəncə və digər şəhərlərimizə atəş açaraq, insanların məhv edilməsinə Arahik Arutunyan əmr verib. Bildiyim qədər ilə bu barədə Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdı”.
 

Hüquqşünasın sözlərinə görə, Araik Arutunyanın Dağlıq Qarabağda fəaliyyətinin davam etdirilməsi yol verilməzdir:


“Ümumiyyətlə, bu şəxs hərbi canidir, uşaq qatilidir. Cinayət Məcəlləsinin müvafiq maddələrilə həmin şəxsi məsuliyyətə cəlb etmək mümkündür. Azərbaycan Respublikası bu istiqamətdə müvafiq strukturlarla yaxın zaman çərçivəsində hərəkətə keçəcək. Dövlətimiz Araik Arutunyanın həbs edilməsi ilə bağlı hər bir addımı atacaq. Arayikin qanunsuz fəaliyyətini Dağlıq Qarabağda davam etdirməsinin qarşısı alınmalıdır.

Sülhməramlılar və onların rəhbərləri də bu barədə çox diqqətli olmalıdırlar. Sülhməramlıların digər vəzifəsi də hərbi cinayətə yol verən şəxsləri məsuliyyətə cəlb etməkdir.

Mən hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələni sülhməramlılar qarşısında qaldıracaq və onlar da Arayik Arutunyanın həbs edilməsinə dəstək verəcək”.

01 dekabr

22:27 - “Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək? - RƏSMİ22:23 - Qazaxın işğal olunmuş 7 kəndi nə vaxt qaytarılacaq? - ŞƏRH21:58 - İtkin düşmüş hesab olunan hərbi qulluqçularla bağlı - AÇIQLAMA 21:51 - "Moskva dondurulmuş vəziyyəti sevir..." - Rusiyanın sülhməramlı rolu ilə bağlı rəylər21:45 - “Hər hansı böhrandan söhbət gedə bilməz” - VÜQAR ORUC17:49 - “Paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi xəbəri yalandır” - DÖVLƏT KOMİSSİYASI17:42 - "Bakcell" MMC-nin alt sütunlarında nələr baş verir? 17:07 - "Laçın rayonu Azərbaycana verildi" - Rusiya MN 14:56 - Bu şəxslər dekabrın 2-dən hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM 13:38 - “İlham Əliyevlə 3 saat söhbət etdik, ən xırda detalları bilirdi” - Liparityan12:41 - “Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ12:36 - “Xalq bu məlumatı məndən eşitsin…” - Prezident danışıqlardakı sirləri açdı12:24 - “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir” - Rusiya səfiri12:19 - İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM 09:46 - Moskvada Paşinyana əvəz axtarırlar: Nikol Kremlin bütün şərtlərinə hazırdır00:21 - Bu gün Laçın Azərbaycana QAYTARILIR

30 noyabr

22:13 - Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ22:07 - "Moskva ona sadiq qalan Bakıya xəyanət etdi" - Maksim Şevçenko 17:11 - Erməni hərbi əsirlər Bakıda parada çıxarılacaq? 17:04 - BDP sədri Mirkazım Seyidov: “Türk sülhməramlılarının Azərbaycana gəlməsi tarixi zərurətdir” - VİDEOMÜSAHİBƏ16:56 - Ter-Petrosyan Paşinyanı “ümummilli bəla” adlandırdı15:10 - Rusiya prezidentinin şəxsi mühafizəçisi Kremldə intihar etdi - FOTO14:30 - "Türkiyə və Rusiya birləşərək Fransanı Cənubi Qafqazdan qovub" - ""Müharibə bitdi, Türkiyə dayandı" məsələsi yoxdur"13:09 - İcra başçısından Ali Baş Komandanın əsgərinə sayğısızlıq - FOTO12:59 - Şuşalı alim rəssam: “Prezident elan etdi və mən bayrağı çəkib, əsəri tamamladım” - VİDEO12:33 - Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd - Ukrayna ordusu da sınaqdan keçirir10:38 - Azərbaycan yenidən sərt karantin rejiminə qayıdır - AÇIQLAMA10:35 - Xocalı aeroportu ilə bağlı yeni XƏBƏR01:05 - İranın nüvə alimi uzaqdan idarə olunan silahla öldürülüb01:01 - Bayrağa görə qovulan tələbə BDU-ya BƏRPA OLUNDU