Bank VTB internat evində böyüyən döyüşçünün ailəsini aldatdı

18 noyabr, 2020 12:50

Bank VTB hazırda döyüş bölgəsində olan Elçin Əhmədovun ailəsini aldadıb.

Azsiyasət.com musavat.com-a istinadən xəbər verir ki, bank döyüşçünün banka olan borcunu bağlayacağını desə də, sonradan krediti sadəcə dondura biləcəyini bildirib.

Oxucularımız yəqin ki, Elçin Əhmədov barədə məlumatlıdır. Elçin Əhmədov könüllü olaraq Vətən müharibəsində iştirak edən döyüşçülərimizdəndir. O, işğaldan azad edilmiş torpaqlarımızda tikilinin üzərinə yazdığı "Maştağa, 1 nömrəli İnternat" şəkli ilə gündəm olmuşdu.

Elçin Əhmədov və iki qardaşı internat evində böyüyüb. Qardaşlar valideynlərini kiçik yaşları olan zaman avtomobil qəzasında itiriblər.

Bu foto sosial şəbəkələrdə geniş yayıldıqdan sonra hər kəs Elçini axtarmağa başladı. Elə biz də Elçin Əhmədovla, onun ailə üzvləri ilə danışdıq. Elçin Əhmədov kimi qəhrəmanlarımızı hər kəsin tanımasını istədik və onun ailəsindən videoreportaj da hazırladıq. Həmin videoreportajı aşağıdakı linkdə izləyə bilərsiniz.

Elçinlə, onun ailə üzvləri ilə danışdığımız zamanı hər hansı xüsusi bir istəkləri, ehtiyacları olmadı. Amma həmin ərəfədə sosial şəbəkələrdə Elçin Əhmədovun banka borcunun olması söhbəti də yayıldı.

Elçin isə bizimlə danışığı zamanı bildirdi ki, borcunu özü qayıtdıqdan sonra ödəyə bilər. Amma sosial şəbəkə istifadəçiləri bankın təşəbbüs göstərərək borcu bağlaması üçün paylaşımlar və müraciətlər etdilər. Sosial şəbəkələrdə hətta Elçinin banka olan borcunu kampaniya təşkil edərək vətəndaşlar tərəfindən ödənilməsi də təklif edildi. Elçin isə buna etiraz etdi və bildirdi ki, hərbi xidmətə yola düşüənə qədər SOCAR-da işləyib və indi də maaş alır. Elçin borcunu özünün ödəyə biləcəyini dedi.

Amma sosial şəbəkələrdə borcun bağlanması üçün banka müraciətlər davam etdi. Bundan əvvəl isə Elçin Əhmədovun qardaşı Rəşad Əhmədov kreditin dondurulması üçün banka müraciət etmişdi.

Bank VTB nə etdi?

Noyabrın 14-də Rəşadla danışan zaman bildirdi ki, bankdan onunla əlaqə saxlayıblar və bildiriblər ki, döyüşçümüzün krediti silinəcək.

Buna görə də Rəşad Əhmədov noyabrın 16-da banka dəvət olunduğunu dedi. Amma Rəşad dünən banka gedən zaman başqa mənzərənin şahidi olub. Bankda Rəşada bildiriblər ki, onu banka dəvət etməkdə məqsədləri kreditin dondurulması imiş.

Rəşad isə noyabrın 14-də edilən zəngi xatırladıb. Lakin bank nədənsə belə bir zəngin olmadığını deyib. Rəşad bankdan çıxan zaman ona həmin gün 16:00-dək xəbər gözləməyi məsləhət biliblər. 16:00-da edilən zəngdə də Rəşada kreditin yalnız dondurulacağı deyilib.

Rəşadla danışandan sonra bankın bu qərarını və ya qərarsızlığının səbəbini düşünürəm. Əvvəl ictimai qınağı, sosial tələbi nəzərə alan bank krediti bağlayacağını deyirsə, iki gün sonra qərarı niyə dəyişir?

01 dekabr

21:58 - İtkin düşmüş hesab olunan hərbi qulluqçularla bağlı - AÇIQLAMA 21:51 - "Moskva dondurulmuş vəziyyəti sevir..." - Rusiyanın sülhməramlı rolu ilə bağlı rəylər21:45 - “Hər hansı böhrandan söhbət gedə bilməz” - VÜQAR ORUC17:49 - “Paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi xəbəri yalandır” - DÖVLƏT KOMİSSİYASI17:42 - "Bakcell" MMC-nin alt sütunlarında nələr baş verir? 17:07 - "Laçın rayonu Azərbaycana verildi" - Rusiya MN 14:56 - Bu şəxslər dekabrın 2-dən hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM 13:38 - “İlham Əliyevlə 3 saat söhbət etdik, ən xırda detalları bilirdi” - Liparityan12:41 - “Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ12:36 - “Xalq bu məlumatı məndən eşitsin…” - Prezident danışıqlardakı sirləri açdı12:24 - “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir” - Rusiya səfiri12:19 - İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM 09:46 - Moskvada Paşinyana əvəz axtarırlar: Nikol Kremlin bütün şərtlərinə hazırdır00:21 - Bu gün Laçın Azərbaycana QAYTARILIR

30 noyabr

22:13 - Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ22:07 - "Moskva ona sadiq qalan Bakıya xəyanət etdi" - Maksim Şevçenko 17:11 - Erməni hərbi əsirlər Bakıda parada çıxarılacaq? 17:04 - BDP sədri Mirkazım Seyidov: “Türk sülhməramlılarının Azərbaycana gəlməsi tarixi zərurətdir” - VİDEOMÜSAHİBƏ16:56 - Ter-Petrosyan Paşinyanı “ümummilli bəla” adlandırdı15:10 - Rusiya prezidentinin şəxsi mühafizəçisi Kremldə intihar etdi - FOTO14:30 - "Türkiyə və Rusiya birləşərək Fransanı Cənubi Qafqazdan qovub" - ""Müharibə bitdi, Türkiyə dayandı" məsələsi yoxdur"13:09 - İcra başçısından Ali Baş Komandanın əsgərinə sayğısızlıq - FOTO12:59 - Şuşalı alim rəssam: “Prezident elan etdi və mən bayrağı çəkib, əsəri tamamladım” - VİDEO12:33 - Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd - Ukrayna ordusu da sınaqdan keçirir10:38 - Azərbaycan yenidən sərt karantin rejiminə qayıdır - AÇIQLAMA10:35 - Xocalı aeroportu ilə bağlı yeni XƏBƏR01:05 - İranın nüvə alimi uzaqdan idarə olunan silahla öldürülüb01:01 - Bayrağa görə qovulan tələbə BDU-ya BƏRPA OLUNDU

29 noyabr

21:41 - "Araik dedi ki, müharibəni dayandırmaq lazımdır, mən Putinə zəng etdim, o isə Əliyevə..." - Paşinyandan SENSASİON açıqlama20:50 - Ermənistan prezidenti də Paşinyanı İSTEFAYA ÇAĞIRDI