Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...

26 noyabr, 2022 11:26

Qarabağın dağlıq hissəsinə müvəqqəti nəzarət edən Rusiya sülhməramlı qüvvələri Azərbaycana qarşı açıq-aşkar təxribatçı mövqe sərgiləyir. Belə ki, sülhməramlılar onlara Qarabağın yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahı və xəritə verilməsinə baxmayaraq, rəsmi press-relizlərdə Azərbaycana məxsus əraziləri qondarma erməni adları kimi təqdim edir. 

Azərbaycanın Müdafiə Nazirliyi ardıcıl iki dəfə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib. Bildirilib ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilib. Diqqətə çatdırılıb ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut “Mardakert” və "Martuni" yaşayış məntəqələri istiqaməti kimi göstərilib.

"Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, məlumatda onların “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq Ağdərə və Xocavənddir.

Bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq", - Müdafiə Nazirliyi sülhməramlılara etirazını çatdırıb.

Şübhəsiz ki, Rusiya tərəfi Azərbaycanı qıcıqlandırmaq və Qarabağda vəziyyəti gərginləşdirmək məqsədi ilə qəsdən belə addımlar atır. 

05 fevral

12:52 - Rusiya Qərb silahları ilə vurulmayacaq - Şolts12:49 - Ermənistanı Rusiya ilə birləşdirən yol bağlandı 

03 fevral

13:13 - Lənkəranda gözəllik salonundan külli miqdarda narkotik vasitə və saxta pul çıxdı 13:09 - "Azercell"dən rüsvayçılıq: Şəhidi məhkəməyə verdi - FOTO10:40 - Prezident nazirlərin iclasında çıxış edib - FOTOLAR10:36 - Quldur Akif Çovdarovla bağlı bazar qarşıdurması böyüyür10:34 - Azərbaycan və Rumıniya enerji təchizatı üzrə yeni saziş imzalayacaqlar

02 fevral

11:12 - Xameneinin hakimiyyəti məhdudlaşdırıla bilər11:08 - ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib11:04 - Banklardakı puldan vergi tutmaq... - Hansı risklər var?

01 fevral

11:41 - Azərbaycan və İsrailin müdafiə nazirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər11:39 - Qarabağda bərpa işlərinə nə qədər vəsait xərclənib?11:38 - Daha 36 İran casusu saxlanıldı

31 yanvar

18:35 - Vasif Talıbovun general qohumu siyasi partiya funksionerinə necə "atıb"? - VİDEO18:10 - ""Vasif Talıbovun adamı" deyib hamını işdən çıxarmaq olmaz" 18:09 - Qiymətlərin birdən-birə 33 faiz qaldırılması... - Hökumət bu sistemdən imtina etməlidir18:07 - "Avropa İttifaqı Laçın yolundakı vəziyyətə görə Azərbaycana qarşı sanksiya planlaşdırmır" - Josep Borrel18:06 - DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi - 7 nəfər saxlanıldı18:04 - "SOCAR Turkey"in Baş icraçı direktoru vəzifədən çıxarıldı - Ciddi nöqsanlar aşkarlandı

30 yanvar

11:20 - Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ11:11 - İrana endirilən zərbələrin məqsədi nədir?11:07 - "İrana qarşı hərbi əməliyyatlar istisna deyil" - ABŞ dövlət katibi11:06 - İranın silah daşıyan maşınları PUA-larla vuruldu

28 yanvar

12:11 - Ermənilər Zaxarovanı hədələdilər - Rus polkovnik sərt cavab verdi12:03 - İrana Şuşa Bəyannaməsini xatırladıram - Hülusi Kılıç12:01 - "İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar" - ABŞ institutu

27 yanvar

13:00 - Basqınlara məruz qalan Azərbaycan səfirlikləri... - SİYAHI12:58 - Səfirliyə hücumla bağlı yeni təfərrüatlar - Azərbaycan diplomatları istintaqda iştirak edir12:56 - "Azərbaycanın İrandakı səfirliyinə hücum məni dəhşətə gətirdi" - Avropa İttifaqının nümayəndəsi12:55 - "Azərbaycan səfirliyinin əməkdaşı şir kimi vuruşdu" - Zaxarova