Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...

25 noyabr, 2022 03:15

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Buna baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir.

Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir.

Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı Çardaqlıdır. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb.

Eyni zamanda onu da bəyan edirik ki, son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır.

Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş Ermənistan istehsalı olan PMN-Э markalı piyada əleyhinə mina sahəsinə noyabrın 23-də baxış keçiriblər.

Baxış zamanı bildirilib ki, ərazidən təkcə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э markalı piyada əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Təəssüflər olsun ki, bu barədə də Rusiya sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilməyib.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq",- deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.

05 fevral

12:52 - Rusiya Qərb silahları ilə vurulmayacaq - Şolts12:49 - Ermənistanı Rusiya ilə birləşdirən yol bağlandı 

03 fevral

13:13 - Lənkəranda gözəllik salonundan külli miqdarda narkotik vasitə və saxta pul çıxdı 13:09 - "Azercell"dən rüsvayçılıq: Şəhidi məhkəməyə verdi - FOTO10:40 - Prezident nazirlərin iclasında çıxış edib - FOTOLAR10:36 - Quldur Akif Çovdarovla bağlı bazar qarşıdurması böyüyür10:34 - Azərbaycan və Rumıniya enerji təchizatı üzrə yeni saziş imzalayacaqlar

02 fevral

11:12 - Xameneinin hakimiyyəti məhdudlaşdırıla bilər11:08 - ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib11:04 - Banklardakı puldan vergi tutmaq... - Hansı risklər var?

01 fevral

11:41 - Azərbaycan və İsrailin müdafiə nazirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər11:39 - Qarabağda bərpa işlərinə nə qədər vəsait xərclənib?11:38 - Daha 36 İran casusu saxlanıldı

31 yanvar

18:35 - Vasif Talıbovun general qohumu siyasi partiya funksionerinə necə "atıb"? - VİDEO18:10 - ""Vasif Talıbovun adamı" deyib hamını işdən çıxarmaq olmaz" 18:09 - Qiymətlərin birdən-birə 33 faiz qaldırılması... - Hökumət bu sistemdən imtina etməlidir18:07 - "Avropa İttifaqı Laçın yolundakı vəziyyətə görə Azərbaycana qarşı sanksiya planlaşdırmır" - Josep Borrel18:06 - DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi - 7 nəfər saxlanıldı18:04 - "SOCAR Turkey"in Baş icraçı direktoru vəzifədən çıxarıldı - Ciddi nöqsanlar aşkarlandı

30 yanvar

11:20 - Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ11:11 - İrana endirilən zərbələrin məqsədi nədir?11:07 - "İrana qarşı hərbi əməliyyatlar istisna deyil" - ABŞ dövlət katibi11:06 - İranın silah daşıyan maşınları PUA-larla vuruldu

28 yanvar

12:11 - Ermənilər Zaxarovanı hədələdilər - Rus polkovnik sərt cavab verdi12:03 - İrana Şuşa Bəyannaməsini xatırladıram - Hülusi Kılıç12:01 - "İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar" - ABŞ institutu

27 yanvar

13:00 - Basqınlara məruz qalan Azərbaycan səfirlikləri... - SİYAHI12:58 - Səfirliyə hücumla bağlı yeni təfərrüatlar - Azərbaycan diplomatları istintaqda iştirak edir12:56 - "Azərbaycanın İrandakı səfirliyinə hücum məni dəhşətə gətirdi" - Avropa İttifaqının nümayəndəsi12:55 - "Azərbaycan səfirliyinin əməkdaşı şir kimi vuruşdu" - Zaxarova