Fərhad Əhmədovun atası niyə güllələnib?

22 noyabr, 2022 13:53

Kremlin ən sadiq nökərlərindən hesab olunan milyarder Fərhad Əhmədovun Azərbaycan qarşı xüsusi nifrəti var və bu nifrətin kökündə baş vermiş bir hadisə dayanır. 

Belə ki, onun atası Teymur Əhmədov 1969-cu ildə Göyçay Konserv Zavodunun ilk direktoru kimi fəaliyyətə başlayır. Ancaq 1971-ci ildə "sosialist əmlakının talanması" maddəsi ilə ittiham olunur, haqqında güllələnmə hökmü çıxarılır və hökm 1973-cü ildə icra olunur. F.Əhmədov öz atasının məzarını 2012-ci ildə tapa bilir. 

Məlumata görə, o, ciddi biznesmenə çevriləndən sonra arxivləri açdırır, atasının ölümündə əli olan şəxsləri, onların ailə üzvlərini araşdırmağa başlayır. Bu işdə əli olan şəxsləri, onların ailə üzvlərini tapıb cəzalandırır və atasının "qisası"nı alır. 

Xaraktercə kinli və aqressiv adamdır. Əsas hobbisi silahdan istifadədir. Onun yüz milyonlarla dollar dəyərində silah kolleksiyasının olduğu bildirilir. 

Atası T.Əhmədov güllələndə F.Əhmədovun 18 yaşı var idi. Sovet "KQB"sinin spesifik iş üslublarından biri bu idi ki, xüsusilə, dövlət əmlakını taladığına görə haqqında ölüm hökmü çıxarılan şəxslərin ailə üzvləri də nəzarətə götürür, onların içərisindən ən perspektivli olan adamı "KQB"nin agentinə çevirirdilər. Belə də oldu. 

Atasının məhkumluğu səbəbindən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil ola bilmir, amma qısa müddət sonra ali təhsil alır, zəngin biznes yolu keçərək Rusiyanın ən nəhəng neft maqnatlarından birinə çevrilir. Məlumata görə, o, Azərbaycana 200 milyon dollar sərmayə qoyub. ABŞ-ın Kremlə yaxın şəxslərə qarşı tətbiq etdiyi sanksiyalarda F.Əhmədovun da adı var idi. 

Frəhad Əhmədov Azərbaycanda xeyli sayda iş adamlarının pulunu da mənimsəyib, bağ evində işlətdiyi fəhlələrin pulunu verməyib. 

Yaxın ətrafı ilə söhbətləri zamanı özünü siyasi cəhətdən Azərbaycanda ən yetkin adam adlandıran F.Əhmədovun əsas iş istiqamətlərindən biri yüksək rütbəli hərbçilərlə münasibətlər qurmaq olub. Xüsusilə, milli kadrlar hesab olunan hərbçilərlə səmimi münasibətlər yaradıb, onların milli səmimiyyətindən istifadə edərək ordu əleyhinə danışdırıb və səslərini yazıb. 

Şübhəsiz ki, daha sonra həmin səs yazılarını Rusiya xüsusi xidmət orqanlarına ötürüb, lazım olanda isə rezonans yaratmaq üçün həmin səs yazılarını sosial şəbəkələrdə dövriyyəyə buraxıb. 

F.Əhmədov media və xaricdə yaşayan blogerlərlə də ciddi əlaqələr qurmuşdu. Onun bu istiqamətdə ayda 100 min dollar pul xərclədiyi əldə etdiyim məlumatlar sırasındadır. Pis münasibətdə olduğu iş adamlarını, məmurları, qurumları mediada və sosial şəbəkələrdə "vurur", eksklüziv mənbə kimi gündəmi dəyişə bilirdi.

Müəllif: Samir Feyruzov

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...