Nazir Anar Kərimov dövlət vəsaitlərini belə mənimsəyir: Şəhərin mərkəzində xanımına 3 milyonluq ofis alıb - FAKTLAR

22 noyabr, 2022 10:14

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi bu nazirlikdə baş verənləri, daha doğrusu, ciddi korrupsiya hallarına yol verilməsi, eləcə də nazir Anar Kərimovun postuna adekvat olmayan fəaliyyətini gündəmə gətirdi.

Mədəniyyət adına daha çox “maneken qızlarla” foto çəkdirməsi ilə yadda qalan Anar Kərimov sələfi Əbülfəz Qarayevdən heç də geri qalmır. Əbülfəz Qarayevin postundan getməsinə səbəb də korrupsiya halları və DTX-nın keçirdiyi əməliyyat nəticəsində ortaya çıxan faktlar idi. Əslində Anar Kərimov sələfindən dərs çıxarmalı, fəaliyyətini şəffaf qurmalı, mədəniyyət adına işləməli idi. Lakin o nazir postuna keçən kimi Əbülfəz Qarayevin izi ilə getməyi seçdi.

Ortaya çıxan faktlar da bunu açıq şəkildə göstərir. Məlumdur ki, Anar Kərimovun nazirliyi dövründə dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə milyonlarla vəsait ayrılıb. Məqsəd mədəniyyətimizin, incəsənətimizin inkişafına nail olmaqdır. Lakin Anar Kərimov bu vəsaiti doğru istiqamətdə xərcləmək əvəzinə, mənimsəmək, oğurlamaq yolunu seçdi. Sanki onu nazir ona görə qoyublar ki, dövlət vəsaitini “yeyib talasın”.

Şuşa və Hacıkənd festivallarındakı biabırçılıqlar hər kəsin yadındadır, bu tədbirlərin keçirilməsi üçün ayrılan milyonlarla vəsaitin necə “yoxa çıxdığı”nı da hamı xatırlayır. Bu bir yana, sən demə Anar Kərimov Vətən müharibəsi haqda filmin çəkilməsinə ayrılan vəsaiti də mənimsəyibmiş.

Mədəniyyət Nazirliyinin 44 günlük Vətən müharibəsi haqqında 8 seriyalı bədii filmin çəkilməsi üçün elan etdiyi tenderin qalibi Türkiyənin “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti olmuşdu. Seriyalın çəkilişi üçün dövlət büdcəsindən 3 milyon vəsait ayrılmışdı. Bəs bu pullar haradadır? Bəlli deyil. Çünki bu filmin ilk seriyasının nümayişi bu il noyabrın 8-də Zəfər Günündə nəzərdə tutulsa da, ancaq Türkiyəli çəkiliş qrupu filmi yarımçıq qoyaraq, Azərbaycandan gedib. 

Məlumatlara görə, buna səbəb Mədəniyyət Nazirliyindəki korrupsiya hallarıdır. Nazirlik filmin çəkilməsi üçün ayrılan 3 milyon vəsaitin 2,2 milyonunu Türkiyə şirkətinə hələ də ödəməyib.

Mədəniyyət Nazirliyinin dövlət büdcəsini talaması barədə yazılanlar ilk hal deyil, bu yaxınlarda baş tutan Azərbaycan Yazıçılar Birliyinin Qurultayından Mədəniyyət Nazirliyinin “pul silməsi” iddia olunur. Məlum 203 min söhbəti də hər şeyin açıq etirafı kimi qəbul edilə bilər.

Əldə etdiyimiz məlumata görə, dövlət büdcəsindən ayrılan milyonlarla vəsait Anar Kərimovun yaxın çevrəsinin adına təsis etdiyi və həyat yoldaşı Mehriban Kərimova tərəfindən idarə olunan “Cultural Network House” və digər şirkətlər üzərindən mənimsənilir. 


Təsadüfi deyil ki, Anar Kərimov həyat yoldaşı Mehriban Kərimova üçün paytaxtın mərkəzi küçələrindən birində son bir ildə əldə etdiyi, ümumi sahəsi 400 kvadrat,  dəyəri təqribən 3 milyondan çox olan ofis alıb. Bu pulların mənbəyi haradır? Əlavə şərhə ehtiyac yoxdur...

Hazırda Mədəniyyət Nazirliyinin üzərinə düşən işləri Anar Kərimovun yerinə Heydər Əliyev Fondu həyata keçirir. Özü də tam şəffaf və narazılıq yaratmadan. Elədirsə, bəs illik büdcəsi 600 milyona qədər olan Mədəniyyət Nazirliyi, o cümlədən Anar Kərimov nə işlə məşğuldur? Dövlət büdcəsindən ayrılan milyonlarla vəsait hara xərclənir? Niyə Anar Kərimov çıxıb bunun hesabatını vermir? Mədəniyyət Nazirliyində mütəmadi olaraq baş verən həbslər və bu qurumun yarıtmaz fəaliyyəti bir daha sübut etdi ki, Anar Kərimov nazir postunda özünü doğrultmadı!

Demokrat.az

Vaqif Hüseynli

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...