Futbolumuz “başsız” qalan kimi qələbə qazandı - Elxan Məmmədov problemi...

21 noyabr, 2022 21:40

Ötən gün dünya və Azərbaycan futbolunda tarix yaşandı. Futbol üzrə dünya çempionatının Qətərdə açılışı keçirildi, bir ay müddətində davam edəcək futbol bayramına starrt verildi.

Azərbaycan isə Şimali Makedoniya ilə qarşılaşmada 3:1 hesabı ilə qalib gəldi.

Xeyr, Azərbaycanın Şimali Makedoniyaya qalib gəlməsinin dünya çempionatına aidiyyəti yoxdur. Qətərdə baş tutan açılış mərasimi ilə bizim Şimali Makedoniyanın qapısınan 3 top keçirməyimiz arasındakı bağlantı AFFA rəhbərliyinin ölkədə olmamasıdır. 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) sabiq baş katibi Elxan Məmmədov Qatarda dünya çempionatının açılış mərasimində iştirak edir. Elə həmin gün Azərbaycanın milli yığması qələbə qazandı, özü də düz üç qolla.

Bu qələbə Qarabağ klubunu çıxmaq şərtilə futbolumuzda yaşanan nadir hadisələrdəndir. Dünənə qədər Mozambikdən də geri qalan, cırtdan ölkələrə məğlub olan millimizin 3 qollu qalibiyyəti, özü də bunun dünya çempionatının açılışı mərasimində baş verməsində bir kəramət olmamış deyil.

Cavab elə Qətərdəki açılış mərasimindədir. Çünki Elxan Məmmədov Qətərdə idi, başı dünya çempionatının açılışına tamaşa etməyə qarışmışdı, “başsız” qalan futbolumuz da belə demək mümkünsə, rahat nəfəs aldı və qələbə qazandı. Ümumiyyətlə, Elxan Məmmədov AFFA-dan kənarlaşdırılandan sonra milli komandamız özünə gəlməyə başlayıb. 

Əslində Azərbaycan futboluna “baş” yox, “başsızlıq” lazımdır, yəni bu gün futbolun problemini başqa yerdə yox, elə onu uzun illər idarə edən Elxan Məmmədovda axtarmalıyıq.

15 ilə yaxındır AFFA-ya rəhbərlik etmiş Elxan Məmmədov Azərbaycan futboluna etmədiyi pislik qalmayıb. Bunu futbol cameəsi də, idman jurnalistləri də dəfələrlə gündəmə gətirib, saydıqca bitməyən faktlar ortadadır, uşaq futbolunu məhvindən tutmuş klublarımızın qarşısının kəsilməsinə qədər...

Bircə Qarabağ istisnadır, çünki Elxan Məmmədovun rəsmi və qeyri-rəsmi formada müdaxilələri bu klubda keçmir və məhz klubun Avropa səviyyəsinə yüksəlməsinin əsas səbəblərindən biri də budur.

Dünən bunun – Elxan Məmmədovun müdaxiləsinin verdiyi nəticənin bir daha şahidi olduq. AFFA-nın keçmiş rəhbərliyinin (Elxan Məmmədovun hələ də AFFA-nı qeyri-rəsmi idarə etməsi barədə fikirlər var - red) başı qarışdığı üçün diqqəti bircə günlüyə Azərbaycan futbolundan kənarda qaldı, nəticədə milli komandamız 3:1 hesabı ilə möhtəşəm nəticə əldə etdi. Deməli problem futbolumuzda, futbolçularımızda yox, AFFA-da, Elxan Məmmovdadır.

Burada haşiyəyə çıxaraq bir məsələni də diqqətinizə çatdırmaq istəyirik. Futbolumuzu ağlar günə qoyan Elxan Məmmədovun qardaşı Emin Məmmədov ötən il “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edildi. Bu bir ildə “Azərxalça”dan nə xəbər var, nə ətər. Sanki ölkədə nəinki belə bir qurum, ümumiyyətlə belə bir sahə yoxdur. Elxan Məmmədovun futbolumuza verdiyi “töhfə” fonunda qardaşının xalçaçılığı ümumiyyətlə gündəmdən çıxarması o qədər də təəccüblü deyil. Onların bacardığı bir iş var ki, o da məsul olduqları sahəni yerli-dibli “gözəgörünməz” etməkdir.

Elxan Məmmədov illərdir Azərbaycan futbolunu gözdən-könüldən iraq vəziyyətə salmaq üçün əlindən gələni edir. Belə etməsi də səbəbsiz deyil, çünki gündəmdən nə qədər uzaq olsa, bir o qədər rahat “qazana bilər”. İdarəçilik prinsipləri belədir.

Cəmi bir neçə aydır ki, futbolumuzun AFFA-nın keçmiş rəhbərliyinin – Elxan Məmmədovun gözündən uzaq olması möhtəşəm qələbə ilə nəticələndi ki, bu da çıxış yolunu bir daha aydınlaşdırır. Yaxşı olar ki, Elxan Məmmədovun futbolumuzdan tamam izi itsin, indiyə qədər “gözdən-könüldən iraq” tutmaq istədiyi futbolun əvəzinə, bundan sonra özü futboldan tam uzaq dayansın. Yalnız o halda uğur qazana bilərik.

Azərbaycan-Şimali Makedoniya: 3-1

Bu nəticə və oyunun oynanıldığı gün AFFA rəhbərliyinin başının Qatarda dünya çempionatının açılış mərasinə qarışması hər şeyi özündə ehtiva edir və məlum olur ki, problem elə rəhbərliyin özüdür.

Vaqif Hüseynli
Demokrat.az

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...