"Siz 35 milyon soydaşımızın hüquqlarını tapdadınız, məhv etdiniz!" - Vahid Əhmədov

21 noyabr, 2022 12:48

“Əli Əkbər Vilayətidən başqa İran prezidentinin müşaviri də oxşar çıxışlar etdi. Habelə İranın xarici işlər naziri və Azərbaycandakı səfirinin çıxışı da var idi”.

Azsiyaset.com xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili İranın sabiq XİN rəhbəri, İran İnqilabının lideri Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Azərbaycanla bağlı məqaləsinə şərh verib.

Xatırladaq ki, Vilayəti müsahibəsində bəyan edib ki, İran İslam Respublikası həmişə qonşularının qayğısına qalıb və heç vaxt Azərbaycan Respublikasına təcavüz etmək və onun nəzarəti altına almaq niyyətində olmayıb. Hətta o, özünün belə azərbaycanlı olduğunu etiraf edib və bildirib ki, hər bir iranlı azərbaycanlı, hər bir azərbaycanlı isə iranlıdır.

Öz növbəsində, məsələyə münasibət bildirən V. Əhmədov qeyd edib ki, İranla Azərbaycan arasında problem Azərbaycan asılı deyil:

“Ümumiyyətlə, heç vaxt bizim aramızda belə ciddi problemlər olmayıb. Nə ediblərsə, əl altından onlar ediblər. 44 günlük müharibədə Ermənistana yardımçı oldular, silah-sursat, geyim verdilər. Hətta 13-14 sentyabr döyüşlərində belə məlumat getdi ki, onlara kömək ediblər. Həmçinin, Paşinyanla ardıcıl və isti münasibətləri var.

İkincisi də bizim orada soydaşlarımız var, bunu unutmaq lazım deyil. Siz 35 milyona yaxın soydaşımızın hüquqlarını tapdaladınız, məhv etdiniz. Onların öz dillərində bir məktəbi, səhiyyə ocağı, mədəniyyət mərkəzi, bir sözlə, heç nəyi yoxdur. Əgər onlar Azərbaycanla normal münasibət qurmaq istəyirsə, bunu həll etsinlər”.

V.Əhmədovun sözlərinə görə, İrandakı mitinqlər, tətillər, aksiyalar və s. bunların Azərbaycana heç bir dəxli yoxdur:

“Çünki Azərbaycan yenə də münasibətləri yüksək səviyyədə qoruyub, saxlayır. Bu yaxınlarda Prezidentin köməkçisi Hikmət Hacıyev də iranlı səfirlə görüşdü və dedi ki, biz münasibətləri yüksək səviyyədə saxlamağa maraqlıyıq. Onlar isə istəyirlər ki, daxili problemlərini xaricə çıxarsınlar. Gətirib, Xudafərin körpüsünün ətrafında panton körpü atdılar, havaya təyyarə, dron qaldırdılar və s. Axı bunlar kimə lazımdır? Özləri edirlər və özləri narahatdırlar ki, birdən bizim cənubdakı soydaşlarımız müstəqillik əldə edərlər və s.”

Deputatın fikrincə, İran hakimiyyəti cənubi azərbaycanlıların bütün problemlərini həll etməlidir: “Onlara baxmaq lazımdır, belə biganə münasibət olmaz. Əlbəttə, cənab Prezidentin qeyd etdiyi kimi, biz soydaşlarımızı müdafiə edirik və edəcəyik. Özü də türklər harada varsa, onlar bizim dostumuzdur və orada heç bir problem ola bilməz. Necə ola bilər ki, sən, müsəlman dövləti bizimlə dostluq etmək istəyirsən, amma gedib, arxada bütün işlərini Ermənistanla görürsən. Mümkün deyil axı? Əsas problemlər bunlardır.

Ona görə də onlar indi vəziyyətin gərgin olduğunu başa düşürlər, habelə insanlar orada tətillər, mitinqlər edirlər. Amma bizim soydaşlarımıza orada sərbəstlik verilməlidir, yuxarıda sadaladığım problemlər həll olunmalıdır. Yenə deyirəm, 35 milyon əhalidən söhbət gedir. Özü də onların problemi bizimlə deyil, onların problemi ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və s.dir. Gedib, orada axtarsınlar. Azərbaycandan nə istəyirlər?!”

Milli Məclisinin deputatı aydınlaşdırıb ki, İran Azərbaycanın 44 günlük müharibədəki qələbəsini həzm edə bilmir:

“Amma Azərbaycanın dövlət başçısı artıq bu barədə öz fikrini bildirib, dövri mətbuatda müəyyən məsələlər müzakirə obyektinə çevrilib. Ona görə də burada problem onlarındır, bizə aidiyyəti yoxdur.

Amma onu da deyim ki, mən münasibətlərin bundan sonra düzələcəyinə inanmıram. Çünki onlar həmişə üzdə normal danışıb, şərait yaradırlar, amma arxada əleyhimizə olan işlərlə məşğuldurlar. Bizim İkinci Qarabağ savaşı, o cümlədən ondan sonrakı bu 2 ildə olan münasibətimiz həmişə yaxşı olub. Baxmayaraq ki, İran bizə qarşı bu cür naxələflik edib, amma bizim hökumət münasibətləri həmişə yüksək səviyyədə qurub. Qısası, mən onlara inanmıram”.

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...