Azərbaycan - İran sərhədində daha bir insident

03 oktyabr, 2022 15:24

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidməti tərəfindən 26 kiloqram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, oktyabr ayının 2-də saat 03:14-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə 2 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram 660 qram narkotik vasitəyə (13 kq 90 qram “heroin”, 4 kq 570 qram “metamfetamin”) bənzər maddə aşkar olunaraq götürülüb.

Oktyabr ayının 2-də saat 11:00 radələrində “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Aparılmış axtarış tədbirləri nəticəsində kolluq və qamışlıq ərazidə gizlədilmiş 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 340 qram narkotik vasitəyə (“marixuana”) bənzər maddə aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...