Laçındakı 200 erməni hara köçəcək?

10 avqust, 2022 19:08

Laçın rayonunun Zabux kəndindəki qanunsuz erməni icmasının rəhbəri Andranik Çavuşyan “Hraparak” qəzetinə müsahibəsində hazırkı vəziyyətdən danışıb.

Andranik Çavuşyan avqustun 25-nə kimi erməni “sakinlər”in boşaldacağı kənddə təxliyyə işlərilə məşğul olduqlarını söyləyib.

“Sakinlər”in hələ ki kəndi tərk etmədiklərini deyən icma sədrinin sözlərinə görə, artıq məktəbi boşaltmaq üçün onlara maşın ayırıb.

Kənddən köçəcək hər adam üçün 40 min dram təzminat ödəniləcəyi məsələsindən danışan Andranik Çavuşyan deyib:

“Həmin pul sertifikat məsələsi həll olunana qədər icarə əsasında veriləcək. İrəvana köçənlərə şəhadətnamə verilməlidir ki, 10 milyon dram ekvivalentində pul xərcləsinlər”.

Kəndin 200-dən çox sakini - 54 ailə olduğunu deyən icma sədri onlardan neçəsinin Qarabağa, neçəsinin isə Ermənistana köçəcəyinə aydınlıq gətirib:

“54 ailədən yalnız 7-si “Artsax”da (Qarabağda-red.) qalacaq, qalanları müxtəlif istiqamətlərdə Ermənistana köçəcək, İrəvana, Sünikə və s”. Qarabağda qalmaq istəyən həmin 7 ailənin harada yaşayacağına gəlincə A.Çuvaşyan “hələ bəlli deyil, sabah o işlərlə məşğul olacağıq, yəqin ki, tikilməkdə olan evlərin məsələsi həll olunana qədər müvəqqəti olaraq qonaq evlərində yaşayacaqlar” deyib.

Özünə gəlincə, A.Çuvaşyan Xankəndidə yaşayacağını vurğulayıb.

İcma sədri onu da deyib ki, Zabuxu tərk edəcək ermənilərin indiyə kimi yaşadıqları evləri yandıracağına inanmır.

06 oktyabr

20:37 - "Rusiya sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təqdim edib" - Zaxarova20:30 - "2-3 ay ərzində İrəvan Donbas və ya Dəməşqin taleyini təkrarlaya bilər" - Erməni politoloq17:15 - Əliyev, Ərdoğan və Paşinyan bir arada: Tarixi görüş - FOTOLAR 17:14 - Ərdoğan Makronu "Türk Birliyi"nə dəvət etdi - "Səni də "Türk Birliyi"nə alaq17:12 - Praqada Zirvə Toplantısı başladı - FOTOLAR 14:10 - Bu gün sülh müqaviləsi imzalanacaq? - Amerikalı ekspertlər "yox" deyir13:06 - Edilli kəndindəki mənzərəyə Fransa parlamentindən reaksiya...12:15 - Ermənistan parlamenti növbədənkənar sessiya çağırdı10:53 - Praqa görüşü tamamilə fərqli olacaq10:51 - Bu gün Praqada Ərdoğanla Paşinyan görüşəcək - Gözlər Praqada10:48 - İrəvanda ən ağıllı siyasətçi kimdir?00:54 - "Sarkisyan masada təslim kağızı qoyub getdi" - Paşinyan ittiham etdi00:49 - "Tərtər işi" ilə bağlı bəraət almış 18 nəfərin  - Adı və rütbələri

05 oktyabr

15:55 - Ukrayna İran PUA-larını niyə çətinliklə vurur?15:54 - Rusiya səfirliyi qarşısında aksiyaya icazə verilmədi15:51 - "Biz Minsk qrupunun yenidən canlandırılması səylərini dəstəkləyə bilmərik" - Prezident13:49 - "Ermənistan Azərbaycanı lazımınca qiymətləndirmədi və bunun əvəzini ödədi" - Prezident12:50 - İran narkotacirləri ilə müəyyən dövlət qurumlarındakı əlaqəli şəxslər ifşa olunmalıdırlar - Bakı narkotikdən təmizlənir, bəs bölgələr?12:23 - "Ermənilər Cümə məscidini bu məqsədlə tam dağıtmayıblar" - İlham Əliyev11:26 - "Çin Sibiri ələ keçirə bilər" - "The Hill" nəşri09:47 - Rusiya ilə Qazaxıstan arasında diplomatik qalmaqal - SƏBƏBLƏR09:44 - "Bakı bu məsələdə israr edir, İran hazır olmalıdır" - Hidayəti09:35 - Lotereyada qalib olan şəxsin sevincdən ürəyi getdi: "Güclə ayıltmışıq" - VİDEO 08:12 - "Sülh müqaviləsində "Artsax" sözü olmamalıdır" - Simonyan01:27 - Üçtərəfli telefon danışığı ilə bağlı XİN-dən  - AÇIQLAMA

04 oktyabr

16:51 - "Zəngəzur dəhlizi məhz Rusiyaya lazımdır" - Paşinyan ailəsinin qəzeti15:56 - Deputat oğlunun oğurlanmasının yaratdığı şok - Ölkədən aparılan milyonları kimlər "yeyəcək"?15:53 - Pəhləvinin oğlu Rza Pəhləvi: "İrandakı rejim devrildikdən sonra..." - "Yerusəlim Post" nəşri14:02 - Qarabağda hakimiyyətin Ruben Vardanyana ötürülməsi prosesi başlayıb13:58 - Xocavənddə kütləvi məzarlıq - FOTOLAR