Soçi masasında Qarabağ: Putin-Ərdoğan görüşündən gözləntilərimiz

05 avqust, 2022 15:55

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə Putinlə görüşəcək. Danışıqların mövzuları arasında ikitərəfli münasibətlər, Ukrayna müharibəsi və taxıl məsələsi, Suriya və Suriyada edilə biləcək əməliyyat və Qarabağ məsələsi daxildir”.

Bu fikirləri terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

O bildirib ki, Soçidə müzakirə olunacaq əsas qaynar mövzulardan biri də məhz Qarabağdır:

“Onlar bu mövzuda mütləq danışacaqlar. Məsələ təkcə baş verən münaqişələr, rus ətəyi altındakı ermənilərin Qarabağ bölgələrini istismar etməsi deyil, məncə, kökündə duran əsas məsələ rusların prosesləri istismar etməsi və istismara yol verməsidir. Bu məqamda çox maraqlıdır ki, ruslar Azərbaycan əsgərinin şəhid olmasından sonra antiterror əməliyyatına başlayan Bakını atəşkəsi pozmaqda ittiham edir. Cənab Əliyevin “Putin söz verdi” deməsini yaxşı xatırlayıram. Putin həqiqətən vədinə əməl edəcəkmi? Nə vaxt sözünü tutacaq? Geridə qalan Azərbaycan torpaqları nə vaxt Azərbaycana təhvil veriləcək? Yoxsa Azərbaycanı oyun gözləyir? Axı biz çox maraqlı şeylər görürük, eşidirik”.

A.Ağar qeyd edib ki, Ermənistanın rus sülhməramlılarının nəzarətində ərazilərdə qondarma “Artsax” dövlətini, onun qondarma paytaxtı “Stepanakert”i diriltmək üçün siyasi və hərbi fəaliyyət və ambisiya içərisində olduğu görünür. Artıq mübarizə buradan başlayıb. Təbii olaraq meydana gələn bir sınaqdan. Müharibədən sonra imzalanmış atəşkəs çərçivəsində Azərbaycan üzərinə düşəni edib Laçına yol açsa da, ermənilər niyə Laçını və Zabux kəndini tərk etmirlər? Yoxsa 30 il əvvəl rusların himayəsi ilə Suriyadan gətirdikləri ermənilərlə yanaşı, Laçın və Zabuxu hələ də Ermənistanın mülkü kimi görürlər?” - ekspert vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib. Türkiyə dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə təkbətək, daha sonra isə heyətlərarası görüş keçirəcək.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR