Qiymət artımı davam edir, qarşısını almaq asan deyil - Vahid Əhmədov

04 avqust, 2022 13:32

İqtisadiyyat naziri Mikayıl Cabbarov "yüksək qiymətlərdən sonrakı böhran"a hazır olmağın vacibliyindən danışıb.

Onun sözlərinə görə, nə vaxt baş verəcəyi dəqiq bilinməsə də, planlarımızı buna uyğun qurmalıyıq.

Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov açıqlama verib.

O, M. Cabbarovun fikirlərində müəyyən həqiqətlərin olduğunu bildirib:

“Yalnız Azərbaycanda deyil, bütün dünyada böhran müşahidə olunur. Böhranın bir neçə səbəbi var. Əsas səbəblərindən biri Ukrayna-Rusiya müharibəsidir. Müharibə faktiki olaraq, ixracda əsas rol oynayan və onlara yaxın olan dövlətlər üçün böhran deməkdir. Hansı ki, kənd təsərrüfatı məhsullarının ixracında Ukrayna, neft və qaz məhsullarında isə Rusiya əsas dövlətlərdəndir. Bu iki dövlət arasında müharibə dünya iqtisadiyyatına öz təsirini göstərib. Azərbaycan da hər iki dövlətlə sıx əlaqədədir. Xüsusilə Rusiyadan müəyyən qədər ərzaq məhsulları idxal edirik. Qiymətlər ilin əvvəlindən artmağa başlayıb və davam edir. Bunun səbəbi Azərbaycana idxalın kifayət qədər yüksək olmasıdır. Çünki idxal etdiyimiz məhsulla bərabər həm inflyasiya, həm də qiymət artımını müşahidə edirik”.

V.Əhmədov Azərbaycanda çox dərin böhranın gözlənilmədiyini diqqətə çatdırıb:

“Ola bilər, müəyyən məhsullarda qiymət artımı olsun. Amma Azərbaycanın kifayət qədər ehtiyatı var. Eyni zamanda ölkəmizin istənilən dövlətlə müqavilə bağlayıb, tapılmayan məhsulları idxal etmək imkanları çoxdur. Əlbəttə, qiymət artımı var və davam edir. Artımın qarşısını almaq o qədər asan məsələ deyil. Bunun da obyektiv və subyektiv səbəbləri var”.

Millət vəkili Azərbaycanın taxıl ehtiyatı barədə də danışıb:

"Müəyyən danışıqlardan sonra Ukrayndan taxılın ixracına icazə verildi. Bu, böyük qələbədir. Ukraynada təxminən 20 milyon tona yaxın taxıl var ki, ixrac olunmalıdır. Azərbaycanın da müəyyən qədər ehtiyatı var. Eyni zamanda, Azərbaycan hökuməti digər dövlətlərlə danışıqlar aparır ki, taxılla əlaqədar heç bir problem olmasın. Müəyyən qiymət problemi ola bilər. Lakin taxılın alınması, maliyyə məsələsində ciddi problem gözləmirəm”(bakupost.az).

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR