"Qarabağ erməniləri Azərbaycan vətəndaşlarının malik olduğu bütün imtiyazlardan istifadə edəcək"

03 avqust, 2022 00:09

“Əslində, onlar Qarabağ məsələsini Azərbaycan-Ermənistan münasibətlərindən ayırmağa çalışmırlar. Sadəcə olaraq, bunlar Ermənistan tərəfindən ortaya atılan termin oyunlarıdır”.

Bu sözləri açıqlamasında siyasi şərhçi Oktay Qasımov deyib.

Politoloq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil və Baş nazir Nikol Paşinyan da Milli Məclisdəki çıxışında vurğulayıb ki, onun Qarabağ məsələsini Azərbaycan-Ermənistan münasibətlərindən ayırmaq ideyası var” açıqlamasına münasibət bildirib.

Öz növbəsində O.Qasımov əlavə edib:

“Bir tərəfdən, Armen Qriqoryan, Baş nazir Nikol Paşinyan və digər hakimiyyət komandasının üzvləri bildirirlər ki, guya 1991-ci ildə MDB-yə daxil olarkən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qəbul edib və tərəflər bir-birinə ərazi iddiasında olmayıblar. Onlar bildirirlər ki, qanunvericilik səviyyəsində də bu məsələlər öz həllini tapıb”.

Müsahibimiz onu da vurğulayıb ki, Ermənistan hakimiyyəti üçün prioritet olan məsələlərdən biri də Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlik məsələsidir:

“Bu da, əslində, başqa bir formada Azərbaycana ərazi iddiası və Azərbaycanın daxili işlərinə qarışmaq hərəkətidir. Çünki, əgər siz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsini bağlanmasını mümkün hesab edirsinizsə, eləcə də Azərbaycanın irəli sürdüyü təkliflərlə razılaşmısınızsa, buna da əməl etməlisiniz. Azərbaycan irəli sürdüyü təkliflər konkretdir: 1. Ərazi bütövlüyünün tanınması; 2. Bundan sonrakı dövrdə qarşılıqlı ərazi iddialarının irəli sürülməməsi və 3. Hüquqi öhdəliklərin götürülməsi və digər məsələlər”.

Siyasi şərhçi iddia edib ki, Armen Qriqoryanın irəli sürdüyü bu tezis heç də Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olmadığı anlamına gəlmir:

“Biz də bu məsələlərə dəqiq baxmalıyıq. Bu baxımdan, əlbəttə ki, gələcəkdə Qarabağ məsələsinə ayrıca baxılması kimi bir anlam yoxdur. Azərbaycan tərəfinin bəyan etdiyi mövqe ondan ibarətdir ki, Qarabağ məsələsi Azərbaycan üçün bitib. Hə, orada təxminən 25-30 min erməni millətindən olan insanlar yaşayır ki, onlara da zamanla Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq imkanları yaradılacaq, onlara Azərbaycan vətəndaşı statusu veriləcək və onlar Azərbaycan vətəndaşlarının malik olduğu bütün hüquq və imtiyazlardan istifadə edəcəklər. Azərbaycanın təklifi açıq və netdir. Sadəcə olaraq, bu, bir daha qeyd edirəm ki, termin oyunundan başqa bir şey deyil”(yenisabah.az).

12 avqust

01:11 - "Amnesty İnternational" dağılır?00:55 - Bakıda həbsxanada 5 məhkum ölüb - Penitensiar Xidmət "ölüm adası"na çevrilir00:49 - Şahdəniz"dən rekord mənfəət: Yeddi aya 1 milyard dollar - Bəs bu, xalqın sosial rifahına necə təsir edəcək?00:47 - İran Rusiyaya PUA göndərərsə, nə baş verəcək?00:45 - Sülhməramlılar Zaporojye AES-də yerləşdirilə bilərmi?00:43 - İran Qafana konsul təyin etdi

11 avqust

14:26 - Moskvadan Paşinyana sərt cavab - "İddiaları əsassızdır"14:15 - Təşəbbüs qrupları arasında "Futbol Çempionatı"na start verilib - FOTOLAR 13:32 - "Məktəblərdə Prezidentin portretinin birini 495 manatdan sənədləşdiriblər" - Ekspert13:27 - NATO-nun bu addımı Rusiyanı təşvişə saldı - Nüvə silahı işə düşür?13:19 - İnternetin qiyməti qaldırıldı - "Bu, cinayətdir, nazirlik məhkəməyə verilməlidir"12:00 - İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir - Rəisi Paşinya nələr danışdı?11:52 - YAP-ın fırıldaqçı yetirmələri - Aytac və İlknur bacıları qazidən də rüşvət alıblar 11:12 - Rusiya FSB Zəngəzurda yeni postlar qurur?11:09 - SEPAH-a qarşı ittiham - İranın gizli planı...11:04 - Azərbaycanda yaşamaq daha da çətinləşir: İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər - VİDEO 00:02 - İslam Əməkdaşlıq Təşkilatı Ermənistana çağırış etdi00:00 - Azərbaycan, İran və Rusiya nəyi müzakirə edəcək?

10 avqust

19:15 - Qərb Asiyada "NATO-nun şərqə doğru genişlənməsi" konsepsiyasını tətbiq edir?19:11 - Sülh danışıqları niyə aparılmır? 19:08 - Laçındakı 200 erməni hara köçəcək?19:07 - Türkiyə Ukraynada "Bayraktar" zavodu tikməkdən niyə imtina etdi?19:05 - Avropa Birliyinin dağılması qaçılmazdır: Macarıstan və Polşa Brüsselə tabe olmur - "Daily Express" nəşri15:58 - Krımdakı partlayışı kimlər törədib? - "The Washington Post" 15:53 - "Dünənki uşaqları gətirib o vəzifələrə qoyanda..." - Keçmiş nazirdən mühüm açıqlamalar15:51 - Kreml Krıma endirilən zərbəyə necə cavab verəcək? - Kiyevdəki "hökumət məhəlləsi" etibarlı qorunur12:42 - "Azəriqaz" və Ədliyyə Nazirliyi Elektron hökumətlə bağlı Prezidentin sərəncamına məhəl qoymurlar12:40 - Azərbaycanda illik inflyasiya 13%-ə çatıb - RƏSMİ11:42 - Rusiya hərbçiləri İran dronları ilə təlimlərə başladı 11:36 - Putinin NATO-dakı dostları kimlərdir? - "Politico" nəşri