5 ildə büdcədən 2,5 milyard alıb, ancaq... - Cavid Qurbanovun dövrü "Azərbaycan Dəmir Yolları" QSC-də hansı pozuntulara yol verilib?

29 iyun, 2022 11:47

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə qarşı qaldırılan işlə bağlı qərar qəbul edib. Bu işdə ADY vaqonların icarəyə verilməsi, dəmiryol daşımaları, eləcə də tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulmasında suçlanırdı.

"Azadlıq" radiosu xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırması ittihamların əsaslı olduğunu üzə çıxarıb. Qurumun açıqlamasında bildirilir ki, işə baxılarkən cəmiyyətin özəl şirkətlərin fəaliyyətinə maneələr yaratması ortaya çıxıb. Eyni zamanda, dəmir yolları ilə yükdaşıma xidmətləri üzrə sifarişlərin qəbulu, yükdaşımanın icrası, vaqonların icarəyə verilməsi, tarif və güzəştlərin müəyyənləşdirilməsində ayrıseçkiliyə yol verilib və rəqabət prinsipləri pozulub.

Qərara əsasən, "Azərbaycan Dəmir Yolları"na bu göstərişlər verilib:

- Quruma məxsus törəmə müəssisələrin ekspeditor fəaliyyətinin dayandırılması;

- Vaqonların müsabiqə əsasında və şəffaf şəkildə qısamüddətli dövr üzrə real qiymətlərlə icarəyə verilməsi;

- Güzəşt və tariflərin daşınan yükün növlərinə uyğun sahibkarlıq subyektləri arasında ayrıseçkilik yaradılmadan, sağlam rəqabət prinsipləri qorunmaqla vahid, şəffaf, əlçatan və proqnozlaşdırıla bilən şəkildə müəyyənləşdirilməsi;

- Tariflər üzrə güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi və bu məqsədlə güzəşt tətbiq edilən yüklərin siyahısının təsdiqlənməsi;

- Yükgöndərənlər, daşıyıcılar və ekspeditorlar arasında münasibətləri tənzimləyən sənəd layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi;

- Sahibkarlıq subyektlərinin xidmətlərə daha asan çıxışının təmin edilməsi üçün elektron platformanın istifadəyə verilməsi;

- Sərnişindaşıma fəaliyyətində istehlakçıların ehtiyacının nəzərə alınması və sərnişin vaqonlarından daha səmərəli istifadə məqsədi ilə müvafiq təkliflərin hazırlanaraq razılaşdırılması üçün Xidmətə təqdim olunması.

Bu göstərişlərin yerinə yetirilməsi ilə bağlı ADY-nin qarşısında konkret tarixlər müəyyənləşdirilib.

Qərarda eləcə də ADY-nin təbii inhisar fəaliyyətinin təkmilləşdirilməsi, yükdaşıma xidmətlərinin göstərilməsi sahəsində rəqabətin, eləcə də istehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin təmin edilməsi istiqamətində müvafiq addımların atılmasına dair tələblər əksini tapıb.

Daha bir diqqətçəkən məqam odur ki, qərar 7 il ADY-nin sədri çalışmış Cavid Qurbanovun vəzifədən azad edilməsindən az sonra açıqlanıb. 2015-ci ildən quruma rəhbərlik edən Cavid Qurbanov may ayında bu vəzifədən azad edilərək Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.

ADY-nin fəaliyyətini müstəqil ekspertlər də tez-tez tənqidə tutur. Sözügedən qurum uzun illər dövlət büdcəsindən böyük həcmlərdə vəsait alsa da, zərərlə işləməkdə davam edir.

ADY-nin fəaliyyəti ilə bağlı əsas tənqidlər hesabatlılığın və şəffaflılığın yetərsizliyi, eləcə də maliyyə göstəricilərinin zəif olmasıdır. 2014-2019-cu illərdə dövlət büdcəsindən şirkətə toplam 2 milyard 481 milyon manat ödənilib. Cəmiyyətin həmin dövr ərzində büdcəyə ödədiyi vəsaitin həcmi cəmi 83 milyon manat olub. Başqa deyimlə, 2014-2019-cu illərdə ADY-nin dövlət büdcəsindən aldığı vəsait qurumun büdcəyə ödədiyindən 30 dəfə çox olub. Həmin müddətdə şirkətin öhdəlikləri 4.3 dəfə artdığı halda, kapitalı 40 faizə yaxın azalıb.

ADY-nin fəaliyyəti ilə bağlı diqqətçəkən daha bir məqam ondan ibarətdir ki, 2010-cu ildən bəri Azərbaycanda yük vaqonlarının sayı 2.5 dəfə, sərnişin vaqonlarının sayı 3.3 dəfə, konteynerlərin sayı 8 dəfəyə yaxın azalıb. 2015-2020-ci illər ərzində şirkətin işçilərinin 30 faizə yaxını ixtisar edilib.

"Azərbaycan Dəmir Yolları" xarici borcların ödənilməsi üzrə də risk qrupuna daxil edilib. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşsə də, ADY QSC-nin yükdaşıma strukturunda tranzit daşımaların payı 25 faizə, sərnişin daşımalarında beynəlxalq daşımaların payı isə cəmi 6 faizə yaxın olub. Qurumun nizamnaməsinin tələbinə baxmayaraq, ADY fəaliyyət və maliyyə hesabatlarını ictimaiyyətə açıqlamır.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR