Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı

28 iyun, 2022 11:18

“ATƏT-in Minsk Qrupunun həmsədrləri 2016-cı ildə təqdim etdikləri üç təkliflə Qarabağın statusu məsələsində tələbləri aşağı salmağa çağırıblar”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib.

Paşinyan bildirib ki, beynəlxalq tərəfdaşlar Qarabağın statusu ilə bağlı tələbləri aşağı salmaq barədə dəfələrlə çağırış ediblər.

Bu tələblərin hazırda hansı səviyyədə olduğu barədə suala toxunan baş nazir bir müddət öncə parlamentdə etdiyi çıxışı xatırladıb. Həmin çıxışda o, qeyd etmişdi ki, 1998-ci ildən bəri aparılan bütün danışıqlarda Ermənistan tərəfi ya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, ya da heç olmasa, Qarabağın Azərbaycanın tərkibində olmaması ilə bağlı öz prinsipini rəhbər tutmayıb.

Paşinyanın sözlərinə görə, parlamentdəki həmin çıxışından sonra orada göstərilən faktların reallığa uyğun olmadığına dair bircə dənə də əsaslı təkziblə qarşılaşmayıb.

“Bu, reallıqdır, amma başqa məsələdir ki, həm bizim hökumət, həm də bizdən əvvəlki hökumət bu barədə danışmamışdı. Baxmayaraq ki, digər tərəfdən bu, dolayısı ilə qeyd olunub. Mən də bu dolayı çıxışlardan danışdım”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, 1998-ci ildə Dağlıq Qarabağın tərəf kimi danışıqlar prosesindən çıxarılması statusla bağlı tələbin aşağı salınmasına çağırış demək idi.

Baş nazir 1996-cı ildə keçirilmiş Lissabon sammitini də xatırladıb. “Ermənistan, düzdür, o zaman veto qoydu, bəs niyə veto qoymuşdu? Ermənistan "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir" ifadəsinə veto qoyub. Bundan sonra Ermənistan qərara veto qoyduğu üçün ATƏT sədri beynəlxalq ictimaiyyətin mövqeyini ifadə edən bəyanatla çıxış edib”. 

Paşinyan xatırladıb ki, həmin çıxış tələbləri aşağı salmağa yönələn çağırış idi. Baş nazir BMT Təhlükəsizlik Şurasının qətnamələrinə də diqqət yetirib.

“Onların məzmunu nə idi? Bu gün cəmiyyətimizin bundan xəbəri varmı? Beynəlxalq təhlükəsizliyin ən yüksək instansiyasının qəbul etdiyi qətnaməni xatırlatmamaq üçün yazılmamış qanun var idi ki, bu da bizim üçün əlverişsizdir”, - deyən baş nazir beynəlxalq ictimaiyyətin bunu unuda bilməyəcəyini vurğulayıb.

Paşinyan deyib: “Bizə elə gəldi ki, bizə rəğbət bəslədiyini düşündüyümüz və ya yaxşı münasibətlərimiz olan bütün ölkələr Qarabağın Azərbaycanın bir hissəsi olmamasına inanırlar, lakin bu belə deyil. Bu barədə birbaşa danışan sənədlər, faktlar, hətta ictimai bəyanatlar var. Başqa bir şey də odur ki, biz bunu hiss etməmiş kimi davrandıq”.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR