Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı

27 iyun, 2022 18:11

AXCP-nin Bərdə rayon təşkilatının sədri Çapay Sadıqlının qətlinin təfərrüatları məlum olub. 

AXCP fəalı ötən gün Bərdə rayonunun Samux kəndində həmyerlisi Xazər Məmmədov tərəfindən öldürülüb. Hadisə torpaq üstündə baş verib

Mərhumun qohumları saytımıza bildiriblər ki, X.Məmmədovla 68 yaşlı Çapay Sadıqlı arasında torpaq mübahisəsi bir ilə yaxın davam edib:

“Torpaq üstündə mübahisə 1 ilə yaxın idi ki, davam edirdi. Çapay müəllimlə Xazər arasında mübahisə son həftələrdə daha da şiddətlənmişdi. Xazərin kənd ərazisində pay torpağı var, Çapay Sadıqlıya məxsus bələdiyyə torpağı ona bitişikdir. Xazər Çapay müəllimin torpağını mənimsəmək istəyirdi. Həmin torpağın ona məxsus olduğunu iddia edirdi. Lakin qanunla həmin torpaq Çapay müəllimə məxsusdur. Beləcə, aralarında münasibətlər pisləşmişdi”.

Kənd sakinləri bildiriblər ki, qətl baş verən gün tərəflər yenidən mübahisə ediblər. Lakin sonda onların torpaq davası birinin ölümü, digərinin həbsi ilə nəticələnib:

“Çapay Sadıqlı ora taxıl biçdirmək üçün getmişdi, Xazər Məmmədov da yaxınlıqda öz heyvanlarını otarırmış. Əlində dəryaz olub. Onlar yenidən mübahisə ediblər. Xazər əlindəki dəryazla Çapay Sadıqlıya zərbələr endirib. Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb. Heyif, kaş belə hadisə olmayaydı”.

Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 1968-ci il təvəllüdlü Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR