Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...

25 iyun, 2022 12:25

Azərbaycan hökuməti bir neçə gün əvvəl ətin ucuzlaşacağını anons etdi. Eyni zamanda, maliyyə naziri Samir Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik Toplantısında qeyd etdi ki, ölkə Prezidentinin tapşırığı ilə müəyyən antiinflyasiya tədbirləri hazırlanır.

Nazirin sözlərinə görə, bu tədbirlər əsasən Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə gömrük rüsumlarının və vergilərin aradan qaldırılmasından ibarətdir: “Onların icrasının nəticəsində qiymətlərdə bir qədər azalma baş verəcək”.

Ancaq bu anons vətəndaşlar arasında gözlənilən rezonansı doğurmadı. Niyə ölkə vətəndaşları qiymətin aşağı enəcəyinə inanmır? Onların insamsızlığı nədən qaynaqlanır?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məsələ ilə bağlı danışıb.

Deputat mövsümlə əlaqəli bazara çıxarılmayan bəzi məhsulların qiymətinin enəcəyini düşünür:

"İdxal olunan məhsulların rüsumları yüksəkdir, amma rüsumları azaltmaq imkanı var. İdxal olunan məhsullar 0-dan 15-ə qədər hökümətin qərarı ilə rüsumdan azad edilə bilər. Buna görə də bəzi məhsullarda qiymət azalması gözlənilir”.

V.Əhmədov ümumilikdə qiymətlərin yüksək olduğunu vurğulayıb:

“Hələlik bazarda mövsümü və qeyri-mövsümü mallarda enmə hiss etmirəm. Maliyyə naziri Samir Şərifovun antiinflyasiya tədbirlərinin hazırlanması ilə bağlı söylədikləri haqqında da məlumatım var. Bir həftə, 10 gün gözləyək görək qiymətlərdə nə kimi azalmalar olacaq. Qərarlar verilsin. Sonra onların icra olunub-olunmayacağını gözləyək. Yəqin ki, vətəndaşlar da qiymətlər ucuzlaşanda, onu reallıqda hiss edəndə inanmağa başlayacaq”.

Deputat söyləyib ki, insanların inamsızlığı artan qiymətin bir daha enməməsindən qaynaqlanır:

"Mən də ev üçün bazarlığı həmişə özüm etmişəm, görməmişəm ki, hansısa, məhsulun qiyməti qalxandan sonra aşağı ensin. Az sayda ola bilər ki, müəyyən bir məhsulun bolluğu yaransın və qiymət enməsi müşahidə edilsin. Bu problemləri həll etmək üçün ən əsası antiinflyasiya tədbirləri ciddi şəkildə nəzarət altına alınır. Antiinflyasiya tədbirlərini bütün sahələrdə həyata keçirmək lazımdır ki, insanlarda müəyyən qədər inam yaransın ki, məhsulların qiymətində enmə olacaq".

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR