Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə

24 iyun, 2022 15:17

ABŞ prezidenti Co Bayden növbəti dəfə erməniləri qəzəbləndirib.

Co Bayden Azərbaycana yardım göstərilməsi ilə bağlı qadağanı - "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi bu il də dayandırmaq qərarına gəlib.

Bu barədə Amerika Erməni Milli Komitəsinin (ANCA) məlumatında deyilir.

ANCA-nın icraçı direktoru Aram Hamparyan deyib ki, bu, Prezident Baydenin ilk belə qərarı deyil və atılan addım ABŞ-ın Azərbaycanın dövlət başçısı Əliyevə inamını artırır.

Onun sözlərinə görə, Amerika Erməni Milli Komitəsi 907-ci düzəlişlə bağlı təsir etmək və Azərbaycana hərbi yardımı neytrallaşdırmaq üçün ABŞ Senatı və Nümayəndələr Palatasının rəhbərliyi ilə əməkdaşlığı sürdürəcək. Aram Hamparyan deyib ki, ABŞ prezidenti və Konqresi “Azadlığa Dəstək Aktı"nın postsovet və digər ölkələrə yardımı nəzərdə tutan 907-ci maddəsini dəstəkləməyə çağırmaq üçün kampaniyanı gücləndirəcək. “Prezident Baydenin hər hansı əks hərəkəti onun mövqeyinə və “erməni soyqırımını” tanımaq ruhuna ziddir", - Hamparyan narazı şəkildə bildirib.

Xatırladaq ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək Aktı”nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycana  Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyub.

Nəhayət 2002-ci ildə 907-ci düzəlişin qüvvədə olması ABŞ prezidenti tərəfindən dayandırılıb. Prezidentin bu qərarına ABŞ Konqresi də etiraz etməyib.

Amerika Erməni Milli Komitəsi narazı şəkildə bildirib ki, Azərbaycana yardımın göstərilməməsi ilə bağlı 907-ci düzəliş dayandırılandan sonra - 2002-ci ildən bəri Bakı Vaşinqtondan 800 milyon dollardan çox yardım alıb.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR