"Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu

23 iyun, 2022 16:21

Mənə elə gəlir ki, Səfər Mehdiyevin dediyi məsələlər, Səfərin bilavasitə özünün rəhbərliyi altında olan işçilərin fəaliyyəti ilə bağlıdır”.

Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O, gömrük general-mayoru Ehtiram Xəlilovun həbsi ilə yanaşı S.Mehdiyevin bir zamanlar “Gömrükdə rüşvət olsa, istefa verəcəyəm” açıqlamasına da münasibət bildirib.

Tarixə ekskursiya edən ADP sədri vurğulayıb:

“Siz bilirsiniz ki, uzun illər gömrük xidməti Kəmaləddin Heydərovun nəzarəti altında olub, orada da kadrların bir çoxu onun şəxsi təşəbbüsü ilə yerləşdirilib və onun tərəfindən də idarə olunub. Yəni bir çox hallarda Dövlət Gömrük Komitəsinin sədrləri sadəcə formal olaraq o adamlara rəhbərlik edib. Bu baxımdan, Səfər özünün təyin etdiyi və nəzarət etdiyi işçilərə görə istefa verə bilər. Əgər hər hansı bir general onun tabeçiliyindədirsə, lakin faktiki olaraq Kəmaləddin Heydərova bağlıdırsa, onun əməlinə görə niyə Səfər Mehdiyev istefa verməlidir?! Yox, əgər doğrudan da o işçilər Səfərə tabedirsə, buna görə bəli, o, cəzalandırılacaq. Çünki bundan əvvəl də bu cür əməliyyatlar aparıldı, amma Səfərə “gözünün üstündə qaşın var” deyən olmadı. Ona görə ki, o adamlar başqa qüvvələr tərəfindən idarə olunurdu”.

Azərbaycanda istefa mədəniyyətinin olmamasına toxunan müxalifətçi deyib:

“O ki qaldı istefa mədəniyyətinə, təbii ki, Azərbaycanda dövlət orqanlarında elə yüksək səviyyəli insanlar təmsil olunmalıdır ki, onların istefa ərizəsi və istəyi hakimiyyəti narahat etsin. İndi adamlar vəzifəyə getmək üçün 50 cür qabıqdan çıxırlar. Biri arvadını boşayır, gedib başqasının arvadını alır, rüşvət verir, onu edir, bunu edir və s. Bax, ona görə də Azərbaycanda istefa mədəniyyəti yoxdur. Çünki bir daha qeyd edirəm ki, dövlətin ehtiyacı olan kadrlar hakimiyyətdə yoxdurlar ki, onlar istefa verəndə dövlət narahat olsun. Bu, istefa mədəniyyəti yalnız kadrların dövlət hakimiyyətində iştirakının əhəmiyyətliliyi ilə bağlıdır. İndiki halda elə bir məmur yoxdur ki, onun dövlət hakimiyyətində iştirak edib-etməməsi məsələyə hansısa formada təsir etsin. Ona görə də istefa mədəniyyəti Azərbaycanda formalaşmayıb”(yenisabah.az).

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?