Lavrov Bakıya niyə gəlir?  - Bıstritski

23 iyun, 2022 10:02

Sergey Lavrovun Bakıya gözlənilən səfəri saatların sinxronlaşdırılması və hər iki tərəfin ictimai bəyanatları baxımından çox önəmlidir.

Bu fikirləri “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri, rusiyalı politoloq Andrey Bıstritski deyib.

“Bu ilin fevral ayında Rusiya və Azərbaycan liderlərinin Moskvadakı görüşündən, Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə imzalandıqdan sonra beynəlxalq aləmdə çox şey baş verib. Gözümüzün önündə tektonik sürüşmələr, proseslər gedir. Hər kəs buna fərqli reaksiya verir. İndi Rusiya və Azərbaycanın hansı istiqamətə baxdığını, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin necə inkişaf etdiyini rəsmi səviyyədə müəyyən etmək Moskva və Bakı üçün çox vacib olardı. Münasibətlərimizin necə inkişaf etdiyini, danışıqları necə apardığımızı anlamaq həqiqətən də mühümdür”, - deyə o bildirib.

Bıstritskinin fikrincə, bu gün beynəlxalq arenada baş verənlər bir münaqişə ilə kifayətlənmir:

“Bu, öz iyerarxiyasına malik münaqişələrdir - Şərqlə Qərb arasında, mədəniyyətlər, dəyər sistemləri arasında gedir. Məhz bu səbəbdən Moskva və Bakının müzakirə etməli olduğu çoxlu məsələ var. Beynəlxalq vəziyyət fonunda, sanksiyalar dünyasında yaşadığımız zaman bu, iki ölkə arasında praktiki, konkret qarşılıqlı fəaliyyət mövzusudur. Çünki nəticədə nəinki konkret sanksiyalara məruz qalan dövlətlər əziyyət çəkir, həm də tamamilə bitərəf ölkələr və insanlar da proseslərin təsiri altına düşür”(axar.az).

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı