Ramin Hacılı məhkəmədə qalmaqal salıb - Zaldan çıxarılıb

22 iyun, 2022 17:25

Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs bir neçə vəsatət qaldırıb.

O, vəsatətində heç bir mütəşəkkil cinayətkar dəstə yaratmadığını bildirib: "Cinayət işi yenidən ibtidai istintaqa qaytarılmalıdır".

R.Hacılının vəkili Rəşad Əliyev müvəkilinin vəsatətini müdafiə etdiyini söyləyib.

Prokuror isə vəsatəti əsassız hesab edib. R.Hacılı ikinci vəsatətində barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Müşavirədən sonra məhkəmə vəsatəti təmin etməyib. Daha sonra zərəçəkmiş Azər Əliyev ifadə verib. O deyib ki, R.Hacılı Şengen vizası almaq adı ilə ona 22 min manat zərər vurub.

Təqsirləndirilən şəxs A.Əliyevin ifadəsinə münasibət bildirib. O qeyd edib ki, zərərçəkmişə Şengen vizası alandan sonra həbs olunub.

Bu zaman R.Hacılı məhkəmədə əsəbiləşərək şüşə qəfəsə yumruq vurub. Daha sorna o, məhkəmə zalından çıxarılıb. Proses təqsirləndirilən şəxsin iştirakı olmadan davam etdirilib. R.Hacılının vəkili R.Əliyev iclası təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilməsinə etiraz edib. Hakim isə vəkilə xəbərdarlıq edib.

Məhkəmədə ifadə verən digər zərərçəkmiş Pənah Hüseynli söyləyib ki, 2016-cı ilin yay aylarında ABŞ-a təhsil vizası üçün R.Hacılıya müraciət edib. O, bunun üçün təqsirləndiirlən şəxsə 800 dollar verdiyini deyib: "Ora gedə bilmədiyim üçün Ramin həmin məbləği mənə geri qaytardı".

Məhkəmənin növbəti iclası iyunun 27-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?