Qiymət artımı "pandemiyası": Un da bahalaşacaq - SƏBƏBLƏR

20 iyun, 2022 12:58

İnsanlar meyvə və tərəvəzə üstünlük verir. Hər kəs bu məhsulları almaq üçün bazar və marketlərə üz tuturlar. Artıq yay fəslindəyik. Yayda isə meyvə-təvəzlərin qiyməti ucuz olur. Lakin bu il vəziyyət bir az fərqlidir. İstehlakçıların çoxu pomidorun və digər tərəvəz məhsullarının qiymətlərinin baha olmasından şikayət edirlər. Bu tendensiya isə təkcə pomidora aid deyil.

Meyvələrin qiyməti də olduqca bahadır.

Buna səbəb nədir? Qiymətləri bahalaşdıran kəndlidir, yoxsa ayrı-ayrı sahibkarlar? Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli belə deyib. 

O, daxili bazardakı qiymət artımını 2 amillə əlaqələndirib:

“Qiymət artımında 2 səbəb var. Birinci səbəb odur ki, kənd təsərrüfatı məhsullarının ixracatında artım var. Çünki Rusiyanın sanksiyalarla qarşılaşması Rusiya bazarında və digər ölkələrdə sanksiyalara qoşulan ölkələrdən gələn məhsulların həcmini azaldıb. Rusiya zaman-zaman Azərbaycandan gələn məhsullara müəyyən qadağalar qoyub. İndi o qadağaların tamamını aradan qaldırıb ki, daxili bazarda qıtlıq olmasın, qiymətlər sürətlə artmasın. Ona görə də tərəvəz və meyvələrin Rusiyaya ixracının həcmi artıb. Lakin daxili istehsal isə artmayıb. Bizdə daxili istehsal artmalıdır ki, daxili bazarı qane edəcək səviyyədə olsun, həm də ixracata yönəlsin. İxracat artan kimi məhsulun daxili bazarda həcmi azalır. Bu da qiymət artımına səbəb olur. İkinci daha vacib olan amil isə, kənd təsərrüfatı ilə məşğul olan insanların xərclərinin artmasıdır. Ölkədə kəskin qiymət artımı var. Bu gün pomidor satan qiyməti artırmağa məcburdur ki, əldə etdiyi vəsaitlə bitki yağı, düyü ala bilsin. Bunların da qiyməti artır. Paralel olaraq, digər sahələrdə də qiymət artımı var deyə aqrar sahədə çalışanlar da məcbur qiyməti artırırlar ki, xərclərini ödəyə, ailələrini dolandıra bilsinlər. Ona görə də, bu iki amil çox ciddi təsir göstərir. Həm ixracatın artımı, həm də daxildəki kəskin inflyasiya bu sahələrdə qiymətin azalmasına mane olur”.

İqtisadçı, idxal inflyasiyası məsələsinə də toxunub:

“Dünyada indiki proseslər səbəbilə müəyyən qıtlığın olmasını, yol xərclərinin artmasını nəzərə alsaq, bu yaxınlarda inflyasiyanı cilovlamağın mümkün olacağını düşünmürəm. Çünki Azərbaycanda idxal inflyasiyası da var. Özümüz-özümüzü təmin edə bilmirik. Ərzaq məhsullarını götürsək, rəsmi rəqəmlərə görə ən yaxşı halda yarımçıq təmin edirik. Rəsmi rəqəmlərdə də müəyyən problemlər var. Məsələn, çay, şəkər, süd məhsulları statistikada yüksək göstərilir. Amma biz orada qablaşdırma ilə məşğuluq, istehsalla yox. Çay xaricdən alınır, burada qablaşdırılır. Bazarda yerli məhsul kimi təqdim olunur. Amma o yerli məhsul deyil. Yerli məhsul odur ki, burada istehsal olunsun. Yerli istehsalın az olması və idxaldan asılılığımız xaricdəki qiymət dəyişikliklərinin Azərbaycana təsir göstərməsinə səbəb olur”. 

N.Cəfərli problemin həlli yolları ilə bağlı da danışıb:

“Bunun həm qısamüddətli, həm də uzunmüddətli həlli var. Uzunmüddətli həlli illərdir dediyimiz məsələdir ki, yerli istehsal artmalıdır, ona təşviq proqramları, dəstəkləyən addımlar olmalıdır. Təəssüf ki, bu illərdir deyilir, amma ləng həyata keçirilir. Atılan addımlar yetərli deyil. Qısamüddətli həll yolu isə hökumətin strateji qərar verməsi olmalıdır. Xaricdən gətirliən ərzaq məhsulları gömrük rüsumu və əlavə dəyər vergisindən ən azı ilin sonuna qədər azad olmalıdır. Çünki Gömrük Komitəsinin və Vergilər Nazirliyinin yığdığı gömrük rüsumları və vergi dərəcələri istər-istəməz məhsulun qiymətinin üzərinə gəlir. Bu da Azərbaycanda bahalaşmaya gətirib çıxaran faktora çevrilir”.

N.Cəfərli qıtlıq ehtimalları haqqında da fikirlərini bildirib:

“Qıtlığın olmasını düşünmürəm. Azərbaycanın kifayət qədər maliyyə imkanları var. Amma bahalaşma davam edəcək. Növbəti artımda da yəqin ki, un məhsullarının qiymətində artım görəcəyik. Çünki dünya bazarında da 1 ton buğdanın qiyməti 440-450 dollara çatıb. 2-3 il bundan əvvəl 180 dollara idi. Xaricdən asılı olduğumuz məhsulların qiymətində kəskin artım görəcəyik. Rusiyadan gətirilən məhsullar da bahalaşıb. Rubl da dəyər qazanır deyə bu artım müşahidə olunur. Bahalaşma dalğası olacaq, amma ciddi bir qıtlığın olacağını düşünmürəm”(bakupost.az). 

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı