Zəfər tarixinin qəhrəmanları ilə möhtəşəm görüş - FOTOLAR

19 iyun, 2022 11:33

44 günlük zəfər tarixini yazan Laçın rayonunun Minkəndli qəhrəmanları ilə möhtəşəm görüş baş tutdu. 41 nəfər Minkənd kəndinin sakinlərindən 44 günlük Vətən Müharibəsində iştirak edən döyüşçülərdən 29 nəfəri Prezident İlham Əliyevin sərəncamı ilə medallarla təltif olunmuşdur.

Müəllifi olduğum “Zəfər Tarixinin Qəhrəmanları” kitabını da tədbirdə qəhrəmanlara təqdim elədik. Xatırladım ki, “Zəfər Tarixinin Qəhrəmanları” kitabında görüşünə gəldiyimiz hər bir qəhrəman haqqında geniş məqalə vardır. Həmçinin kitabda Minkənddən olan birinci Qarabağ savaşında şəhid olmuş 17 nəfər və həmin illər qızğın döyüşlərdə şücaət göstərmiş 43 nəfər döyüşçü, Laçının ermənilər tərəfindən vandalizmə məruz qalmış tarixi abidələr haqqında yazılar yer almaqdadır.

Tədbiri kəndimizin ziyalısı, uzun illər ŞƏHİD Bayram Məmmədov adına orta məktəbin direktoru və Minkənd icra nümayəndəliyinə rəhbərlik eləmiş Əsəd İsmayılov açaraq, şəhidlərimizin ruhuna ehtiramla 1 dəqiqəlik sükut elan elədi. Tədbirdə çıxış edən Millət vəkili Mahir Abbas Qarabağda aparılan quruculuq işlərindən söz açaraq, böyük qayıdışın tezliklə baş tutacağını əminliklə ifadə etdi.

Qazilərimizlə qürur duyduğunu , onlarla görüşdən məmnun olduğunu bildirdi. Laçın YAP-ın sədri İlqar İyasov da tədbirdə çıxış edərək bir daha torpaqlarımızı işğaldan azad edən döyüşçülərə Laçın raton YAP kollektivi adından təşəkkürünü bildirdi. Tədbirdə Səfər Səfərov, tarix elmləri doktoru Ələmdar Şahverdiyev, ŞƏHİD Bayram Məmmədov adına Minkənd tam orta məktəbinin direktoru İlqar Şahverdiyev, Fəxrəddin Əliyev, Abdulla Səfərov, Yusif Əliyev, Varaşil Məmmədov, Vidadi Şahsuvarov və seyid Mirələm çıxış etdilər.

Bu tədbirdə qazilərimizin ataları Xanoğlan, Əfəndi, Seyfəddin, Cəmil, Allahverdi, şəhid İsrafil Hübbətovun oğlu Vasif, Nəsir də ürək sözlərini söylədilər. Əliabbas müllimin kövrək çıxışı xüsusi ilə yaddaqalan oldu. İş adamı Hafiz Rüstəmov əsgərlərimizlə qürur duyduğunu ifadə etdi.

Tədbirdə çıxış edən Yasamal rayon YAP-ın sədr müavini, “İnsan Hüquqları Müdafiəsi və Ekologiyanın Qorunması” mərkəzinin adında mərkəzin sədri Elşən Ağayev, Millət Vəkili Mahir Abbas və Minkənd ziyalıları fəxri fərmanları qazilərə təqdim elədilər.
Görüşün sonunda Minkənd kəndinin ziyalıları qazilərlə xatirə şəkili çəkdirdi. Bu görüşdə hər kəs qürurlu idi. Torpağı vətən edənlərlə bir arada olmadan şərəf duyduq.

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı