Məhv etdiyimiz S-300-ün özəllikləri və qiyməti

30 sentyabr, 2020 17:46

Dünən Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin bir ədəd S-300 zenit-raket qurğusu məhv edilib.

Azsiyasət.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan öncə nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirmişdi ki, əldə edilən kəşfiyyat məlumatına əsasən, İrəvanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz istiqamətində hərəkət edir:

"Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir. S-300-lər işğal olunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək”.

Ermənistana məxsus S-300-ün vurulması xəbəri dünya mediasında da geniş yer aldı.

Bəs S-300 zenit raket sistemi nədir? Hansı özəlliklərinə görə seçilir? Niyə dünyanın diqqətini bu qədər cəlb edir? Qiyməti nə qədərdir?

S-300 Rusiyada istehsal edilən uzun radiuslu zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlanılıb. 1978-ci ildə sistemin sınağı başa çatıb. 1979-cu ildən ilk S-300 hərbi polku xidmətə götürülüb.

S-300 zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit-raket kompleksindən ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur.

İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındadır. Əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək imkanına malikdir. İlk çoxkanallı zenit raket sistemi kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir. Eyni zamanda 36 hədəfi məhv etməyə qadirdir. MAZ tipli nəqliyyat vasitələrinin şassisi üzərində quraşdırılmış bu ZRK-lər mobilliyə və manevrliyə malikdir. Atəşdən sonra sürətlə yerini dəyişən maşının yenidən döyüş vəziyyətinə gətirilməsi üçün cəmi beş dəqiqə zaman tələb olunur. Raketinin uzunluğu 7.5 metr, diametri 0.519 metr, çəkisi 1480-1500 kq arasında, kalibri 515 mm, döyüş başlığının çəkisi isə 180 kq olur.

Bu raketlər modifikasiyasından asılı olaraq hədəfləri 47 km-dən 150 kilometrə qədər məsafədə vurma imkanına, hava obyektlərini isə 120 km-dən 300 km-ə qədər məsafədə aşkar etmək imkanına malikdir. Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir. Hədəfin məhv edilməsi yüksəkliyi isə maksimum 27 km-dir. Bu raketlər saniyədə 2800 metrə kimi sürətlə hərəkət edən hədəfləri məhv etməyə qadirdirlər. Sistem eyni zamanda aktiv və passiv bir maneələrə qarşı qoruma imkanına malikdir. Hazırda "S-300" kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən postsovet dövlətlərdən Ermənistan, Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasında mövcuddur. Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion "S-300 PMU2" kompleksini alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyun ayının 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub.

Qiyməti 115 milyon dollardır.

29 iyun

11:51 - İrəvandan Zəngəzur dəhlizi açıqlaması...11:47 - 5 ildə büdcədən 2,5 milyard alıb, ancaq... - Cavid Qurbanovun dövrü "Azərbaycan Dəmir Yolları" QSC-də hansı pozuntulara yol verilib?01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir