Adil Əliyev oğlunun maşın kolleksiyası haqda xəbərdən danışdı

24 sentyabr, 2020 13:28

Xaricdə yaşayan bloqer Həbib Müntəzir Milli Məclisin vitse-spikeri Adil Əliyevin oğlu Əli Əliyevin maşın kolleksiyasının olduğu haqda məlumat yayıb. 

Azsiyasət.com xəbər verir ki, onun iddiasına görə, 23 yaşlı  Ə.Əliyev 99-HA-999 dövlət nömrə nişanlı bir neçə maşına sahibdir: “Bildiklərim bunlardır: “BMW X5 M”, “Porsche Panamera GTS” və “Jiquli VAZ-2107” (avtoşluq üçün). Dövlət nişanlı 10-KO-555 nömrə ilə isə “Cadillac Escalade” sürür. Bəzən nömrəni “BMW X5 M” dəyişərək də qanunsuz olaraq istifadə edir”. 

Adil Əliyev də öz növbəsində Həbib Müntəzirin iddialarına cavab verərək bu xəbəri təkzib edib:
 
“Dostlar, Almaniyada yaşayan Həbib Müntəzirə yazdığım cavabı təqdim edirəm. Mənə qarşı küləyin hansı istiqamətdən əsdiyininə özünüz qərar verin. Həbib Müntəzir, əvvəla avtomobil istifadə etmək nə vaxtdan qanunsuzluq olub?

O ki qaldı nömrəyə, bəli nömrə mövcuddur. Ancaq avtomobil kolleksiyası mövcud deyil. Mən çox heyfslənirəm ki, kütlə psixologiyası ilə idarə olunan bəzi həmyerlilərimiz var. Təsəvvür edə bilmirəm ki, bir nömrəni necə bir neçə avtomobilə vurmaq olar? Bir az ağıllı düşünmək lazımdır. Başınız ilə fikirləşsəydiniz, başa düşərdiniz ki, nömrə əvvəl bir avtomobildə olub, sonra o avtomobil satılıb, başqa avtomobil alınıb və nömrə də üstünə vurulub. 

Cəmi iki köhnə avtomobil. Bu qədər bəsit. Bu gün Azərbaycanda kiçik bizneslə məşğul olan insanların da “BMW”si var. Küçələr doludur köhnə, işlənmiş avtomobillərlə. Hamısı da kreditə verilir, buyurun ağlınız və imkanınız varsa, siz də alıb sürə bilərsiniz. 

Heç olmasa, məlumatı verən adamlardan soruşardınız. Hə, əgər bu avtomobillər dövlətdən və xalqdan  oğurlanan pullarla alınıbsa, onda mən sizinlə razıyam. Yazmağa və işıqlandırmağa haqqınız var. Əks-təqdirdə belə yalan məlumatlarla camaata özünü ağıllı göstərirsənsə, böyük səhv edirsən. 

Mən və ailəm heç vaxt büdcə təşkilatında işləməmişəm ki, əlimdən hər hansı maliyyə keçsin, mən də əliəyrilik edim. Bu günə qədər maliyyə ilə bağlı, hər hansı tenderdə, alqı-satqıda, təmir tikintidə iştirak etməmişik. Ona görə də bu yazını sifariş verənlər, öz çirkin əməllərini ört-basdır etməkdən ötrü, sizin vasitənizlə həyata keçirirlər. Siz də bu yalanların alətinə çevrilirsiniz. Mən öz əməllərimə görə hər yerdə və hər zaman cavab verməyə hazıram. Ancaq yalan üzərində qurduğunuz oyunlar cinayətdən başqa bir şey deyil. 

Bir də burada kütlə təfəkkürü ilə yaşayanlara demək istəyirəm ki, yazdığınız şər və böhtana görə, mütləq Allah qarşısında cavab verəcəksiniz. Bir tək Allah şahidimdir ki, mən çox rahatam, çünki sizdən yox, Allahdan qorxuram”.

 

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb