Oqtay Əsədovun eks kürəkəni Londonun meri olmaq istəyir

22 sentyabr, 2020 17:48

Bu gün İngiltərə mediasında azərbaycanlı Kamran Balayevin London meri postuna namizəd olması barədə məlumat yayımlanıb. 39 yaşlı Kamran Balayevin namizədliyinin "Renew" partiyasından irəli sürüldüyü bildirilir.

Azsiyasət.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Kamran Balayev Milli Məclisin keçmiş spikeri, hazırkı deputat Oqtay Əsədovun sabiq kürəkənidir. Oqtay Əsədovun qızı Nərminə Əsədova Kamran Balayevlə 2002-ci ildə rəsmi nikaha girib. Onların evliliyi 10 il sürüb.

K.Balayev və O.Əsədov 2012-ci ildə mülk davalarına görə uzun müddət məhkəmə salonlarında çəkişiblər. Belə ki, Azərbaycanda Ədliyyə Akademiyasının rektor əvəzi və prorektoru olan Kamran Balayev O.Əsədovun qızından boşandıqdan sonra ailəsi ilə mübahisəli vəziyyətə gəlib. Çünki K.Balayev sabiq spikerin bir çox işlərinə nəzarət edib. O, həmçinin 2010-cu ildə parlament seçkiləri öncəsi Oqtay Əsədovun seçki qərargahının rəhbəri olub. 

Bu arada qeyd edək ki, 2012-ci ildə Nərminə Əsədova boşanma üçün müraciət edəndən sonra anası Zemfira Əsədova da Səbail rayon məhkəməsinə müraciət edərək Kamran Balayevə qarşı iddia qaldırmışdı. Əsədovlar ailəsi K.Balayevdən birgə nikah dövründə əldə olunan bütün əmlaklardan imtina etməsini və maddi təzminat ödəməsini tələb edirdi. Qanuna görə isə birgə nikahda əldə edilən, N.Əsədova ilə K.Balayevanın adına olan əmlaklar bölünməli idi. 

Məlumata görə, Oqtay Əsədov o zaman bir çox mülkünü də kürəkəninin adına keçiribmiş.

Daha sonra eks-kürəkənin ölkədən İngiltərəyə qaçdığı haqda məlumatlar da yayılmışdı. K.Balayev Kembric, Harvard Universitetlərində, Beynəlxalq Antikorrupsiya Akademiyasında və London İqtisadiyyat və Siyasi Elmləri Məktəbində təhsil alıb.

K.Balayev hazırda Londonda fəaliyyət göstərən "INTERNATIONAL RISK LTD" şirkətinin direktorudur.

O, 2010-cu ildə Azərbaycan Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktor müavini kimi Avropa Şurasında çıxış edib.

2011-ci il yanvarın 4-də K.Balayev və N.Əsədova cütlüyünün adına ofşor zonalarda “Stanway Management Limited” adlı şirkət də yaradılıb. 2013-ci il oktyabrın 31-də, yəni boşanmadan sonra şirkət fəaliyyətini dayandırıb.

12 may

00:43 - BMT sülhməramlıları Donbasa yeridiləcəkmi? - BMT Baş katibi cavab verir

11 may

21:34 - Prezidentin Naxçıvan səfərinin əhəmiyyəti nədən ibarətdir? - Deputat şərh edir... 19:20 - Paşinyanın təyyarəsi ilə növbəti pirat əməliyyatı: - Qanunsuz hərbi yük İrəvana necə çatdırıldı? 19:13 - Rusiya daha bir ölkənin diplomatını ölkədən çıxarr14:32 - "Minalanmış ərazilərin xəritələrinin verilməsi Yerevanda müzakirə edilib" - Rusiya XİN rəhbəri 13:58 - "Ermənistan sülh prosesini pozur" - Azərbaycan XİN başçısı13:55 - İlham Əliyev xalqı təbrik etdi13:52 - "Normallaşma üçün 10 noyabr bəyanatının şərtlərinə əməl edilməlidir" - Sergey Lavrov 11:06 - Zaxarovanın Bakı paylaşımı marağa səbəb oldu - FOTO10:29 - Prezidentin Naxçıvan səfərinin mühüm mesajları... 01:05 - Qəzzadan dəhşətli görüntülər: İsrail HƏMAS-ın mövqelərini vurdu - VİDEO 01:02 - Lavrov İlham Əliyevlə görüşdə: - "Qorxuram nəyisə unudum"01:00 - "Bizdə olan bütün hərbi əsirləri vermişik" - İlham Əliyev00:52 - Mübarizi öldürmək üçün deputatın otelinə gətirilən Quli niyə qətlə yetirildi? - VİDEO

10 may

22:16 - İlham Əliyev Lavrovla görüşdü - FOTOLAR19:38 - Dövlət başçısı Naxçıvanla bağlı təəssüratlarını bölüşdü17:59 - İran Qarabağa yük daşıyıbmı? - Səid Xətibzadə açıqlama yaydı 17:02 - Əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular - VİDEO 16:59 - "Tarixi Zəfərdən sonra mütləq ulu öndərin Vətənində olmalı idim" - İlham Əliyev16:50 - "Space"in yeni rəhbəri istefa verib?16:47 - "Yapı Kredi Bank Azərbaycan” zərərlə işləyir - Bağlana bilərmi?16:35 - 98 yaşlı Heydər Əliyev irsi və gənclər siyasətinin ideoloji konturları - "DAVAM" sədri yazır...16:29 - Davamçılar Fəxri xiyabanda və "Şöhrət" muzeyində olub - FOTOLAR 15:59 - Qüdrətli Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin sayəsində dünyada öz layiqli yerini tutur14:57 - Lukaşenko terror nəticəsində ölərsə, Belarus prezidenti kim olacaq? 14:50 - Lavrov Bakıya niyə gəlir? - Detallar açıqlandı 13:39 - Heydər Əliyev niyə ümummilli liderdir?   - Xalqın yaddaş kitabı...12:57 - "Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun müqəddəs arzusu reallaşıb" - Mehriban Əliyeva 12:55 - ""Tərtər işi” ilə bağlı əsassız hay-küy yaratmaq absurddur" - Baş prokuror11:42 - Rusiya SSRİ kimi dağılacaq - Aleksey Venediktov