Hansı deputat "əfv alveri" ilə məşğul olub? - Şübhəli deputatların siyahısı

17 sentyabr, 2020 16:31

Deputat Elman Nəsirov Prezident yanında Əfv Məsələləri Komissiyasının millət vəkili olan üzvlərindən bir haqqında sensasiyalı ittiham irəli sürüb. O, bu gün parlamentdə bildirib ki, həmkarlarından birinin sürücüsü kimlərisə əfv siyahısına saldırıb.

Onun bu bəyanatını Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc daha da inkişaf etdirib və medianı araşdırma aparmağa çağırıb: 

“Əgər bir sürücünün əfv siyahısı ətrafında bu qədər səlahiyyəti olubsa, bunu müəyyənləşdirmək lazımdır. Mən həmin adamın özünün daha sonra əfvinin necə olacağını bilmirəm. Hər halda jurnalistlər də bu məsələni araşdıra bilər”.

Zahid Orucun sözlərindən belə anlaşılır ki, əgər bir sürücünün əfv siyahısı ətrafında bu qədər səlahiyyəti olubsa, onda görün Komissiyanın üzvlərinin özləri, ailələri, yaxın qohumları hansı imkanlara malik olub.

Doğrudan da əgər Əfv Komissiyasının üzvü olan deputatın sürücüsü əfv siyahısına adam saldırırsa, onun həyat yoldaşının, qardaşının, övladının, yaxın qohumlarının da bu prosesdə iştirak etdiyi şübhə doğurmur. Yəni, belə çıxır ki, əfv siyahılarına Komissiya üzvlərinin şəxsi maraqları əsasında adlar salınıb...

Qeyd edək ki, Nəsirovun açıqlaması əfvetmə prosesində rüşvətin rol oynadığına dair ictimai rəydə uzun illərdir mövcud olan iddiaları da təsdiqləyir. Deputat, həm də ona konkret faktın məlum məlum olduğunu deyir.

Azsiyasət.com xəbər verir ki, Elman Nəsirov azpolitika.info-ya açıqlamasında söhbət Əfv Komissiyasının keçmiş üzvlərinin birindən getdiyini bildirib. O, qeyd edib ki, həmin millət vəkilinin sürücüsü bu haqda ona məlumat verib. Ancaq E.Nəsirov ad çəkməkdən imtina edərək, “əfv alveri” ilə məşğul olan həmkarının adını açıqlamayıb...

Bununla belə, Əfv Komissiyasındakı deputatların sayı elə də çox olmadığından, şübhə altına düşən millət vəkillərini müəyyənləşdirmək elə də çətin deyil.

Xatırladaq ki, hökumətdə aparılan kadr dəyişikləri ilə bağlı Əfv Komissiyasının tərkibi dəyişdirilib. Sentyabrın 8-də Prezidentin imzaladığı sərəncama görə, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri, Fuad Ələsgərov, Gündüz Kərimov, Fikrət Məmmədov, Vilayət Eyvazov, Əli Nağıyev, Allahşükür Paşazadə, Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev, Sədaqət Vəliyeva, Aynur Sofiyeva, Rəşad Məcidov, Əliməmməd Nuriyev, Bəyimxanım Verdiyeva, Mehriban Vəliyeva üzvləri təyin olunublar. Komissiyanın katibi dəyişməyib, bu vəzifə yenidən Kəmalə İsmayılova həvalə olunub.

8 sentyabra qədər Komissiyanın üzvü olmuş millət vəkilləri Səttar Mehbalıyev, Bəxtiyar Əliyev, Məlahət İbrahimqızı və Elmira Axundova müxtəlif səbəblərdən yeni tərkibdə yer almayıb.

Nəzərə alaq ki, Elman Nəsirov cəmi 5 ildir deputatdır, onun məhz son illərdə Əfv Komissiyasının üzvü olan deputatı nəzərdə tutduğunu söyləyə bilərik. 

O, həmin deputatin artiq Əfv Komissiyasının üzvü olmadığı dediyindən, şübhə altında 4 nəfər qalır - Bəxtiyar Əliyev, Səttar Mehbalıyev, Məlahət İbrahimqızı, Elmira Axundova.

Beləliklə, Elman Nəsirovun irəli sürdüyü ittiham adıçəkilən deputatlardan birinə ünvanlanıb. Həmin deputat kimdir, demək çətindir. 

Onlardan hələlik yalnız Məlahət İbrahimqızı Elman Nəsirovun fikirlərinə reaksiya verib. 

M.İbrahimqızı açıqlamasında millət vəkilinə "bu cür məsuliyyətsiz" fikirlər səsləndirməyin yaraşmadığını bildirib: 

"Birincisi, millət vəkili qeybət, dedi-qodu ilə rəsmi tədbirlərdə fikir səsləndirirsə, bu deputat adına yaraşmaz.

İkincisi, əgər faktı bilirsə, beləsi varsa və adını bilirsə, o millət vəkilinin adını çəkməlidir. Çünki Əfv Komissiyasına təkrar salınmayan cəmi 3 deputat var. Tələb edirəm ki, ya adı və faktı səsləndirməli, ya da sözünü geri götürməlidir".

Qeyd edək ki, Elman Nəsirovun irəli sürdüyü ittiham həm də hüquqi məsuliyyət yaradır. Belə məlum olur ki, Prezidentə təqdim olunan siyahılara subyektiv maraqlardan dolayı adlar da daxil edilib. Yəni, əfvə düşməli olanların əvəzinə bir başqası siyahıya salınaraq, azadlığa buraxılması təmin edilib.

Buna görə də Baş Prokurorluğun Elman Nəsirovun açıqlaması ilə bağlı araşdırma aparacağı istisna olunmur.

28 noyabr

01:26 - Ukrayna generalları Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini öyrənir00:08 - Paşinyan Moskvaya səfər edəcək

27 noyabr

21:53 - “Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir” 21:30 - Türkiyədən Fransa Senatının Bakıya qarşı düşmənçilik addımına SƏRT REAKSİYA21:18 - İllərlə qət edilən böyük uğurların izi ilə - FOTOLAR21:12 - Türk əsgəri Qarabağa nə vaxt gəlir? 21:09 - İranda nüvə alimi QƏTLƏ YETİRİLDİ17:04 - "Şuşa əməliyyatı göstərdi ki..." - İqor Korotçenko15:05 - “Paşinyan Zəngəzuru Əliyevə verəcək” - Ermənistanın keçmiş naziri13:35 - Ermənistanın ödəyəcəyi təzminat necə hesablanacaq? - ŞƏRH13:28 - Ararikin Moskva səfərinin pərdəarxası... -"Rusiya separatçı rejimi diriltmək istəyir"12:32 - “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Moldovalı ombudsman11:39 - Sabiq deputatımız ermənilərə un göndərirmiş? - ŞOK DETALLAR10:45 - Yeni nazir Rusiyanın adamıdır: Bakıda təhsil alıb10:40 - Azad olunmuş ərazilərdə dövlət sərhəddi təcili müəyyənləşməlidir, əks halda...00:30 - Erməni qoşunları Xankəndidəki uşaq bağçalarını MİNALAYIBLAR00:26 - Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - BƏYANAT00:21 - "Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu..." - Türk generaldan MÜHÜM AÇIQLAMA

26 noyabr

19:50 - Azərbaycan hərbçiləri Sotk qızıl mədənində? 19:45 - Azərbaycan Fransaya NOTA verdi 18:46 - Ermənistanda deputatlar arasında dava düşdü - VİDEO 16:01 - “Paris prosesi pozmağa, gərginlik yaratmağa cəhd edir” - Leonid Kalaşnikov13:47 - Düşmən Kəlbəcərdən sonra Laçında evləri yandırır... - FOTOLAR13:26 - Laçında nə baş verir? - “Hər şeyi son günə buraxdın ki...”12:47 - "Makron qudurub" - Deputat Aqil Abbas 12:43 - Həbsdəki həmkarlarının aqibətindən dərs götürməyən icra başçısı - Suraxanıda köhnə hamam məsələsidir...10:45 - "Senatın qərarı heç kim üçün faydalı olmayacaq" - Fransa XİN00:51 - "Kreml Qarabağ və Donbas arasında oxşarlıq görmür" - PESKOV00:46 - Ermənilər Xankəndinə niyə qayıdırlar? - Maraqlı açıqlama

25 noyabr

22:11 - "Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil" - Prezidentin köməkçisi