Bakıda satışa çıxarılan milyonluq villalar - FOTOLAR

15 sentyabr, 2020 01:06

Bakıda fantastik qiymətə villalar satılır.

Azsiyasət.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar.

Xüsusən də topraq sahəsi daha geniş olan villaların qiyməti bahadır. Bu villalar lüks və dəbdəbəli şəraiti ilə seçilir.

Məsələn, Badamdarda yerləşən bu villanı satışa çıxaran sahibi 14 milyon manat tələb edir.

3 mərtəbədən, 14 otaqdan ibarət olan villanın sahəsi 1500 kvm-dir.

Şıxda yerləşən bu villanın satış qiyməti isə 8 milyon manatdır. 30 sot torpaq sahəsi olan villanın sahəsi 1500 kvm-dir. 8 otaqdan ibarətdir. 

Xəzər rayonu, Şüvəlan bağlarında yerləşən bu villanın qiyməti 6,8 milyon manatdır.

1 hektarın içərisində tikilən villa 4 mərtəbədən, 11 otaqdan ibarətdir. Villanın daxilində masaj, sinema salonu da var.

Villaların daha çox olduğu Badamdarda yerləşən bu sarayın isə qiyməti 4,4 milyon manatdır. Villa 18 sot torpaq sahəsinin içində tikilib. 7 otaqdan ibarət villanın öz sahəsi isə 920 kvm-dir. 

Bilgəh qəsəbəsində yerləşən bu villa üçün isə 4,7 milyon manat tələb olunur.

48 sot torpaq sahəsində yerləşən villanin ümumi sahəsi 2500 kv.m-dir, 13 yataq və 2 qonaq otağından ibarətdir.

Lifti olan villada ayrıca sauna, türk hamamı və əlavə bir qapalı hovuz da mövcuddur.

Mərdəkənda 25 sot torpaq sahəsi olan villa 3 mərtəbə, 6 otaqdan ibarətdir. Qiyməti 3 milyon manat olan villanın həyətində futbol meydançası da var.

Badamdarda 15 sot torpaq sahəsi olan villa şəhər və dəniz mənzərəsi ilə seçilir. Villanın ümumi sahəsi 1600 m2, 8 otaqdan ibarətdir. Qiyməti 4,6 milyon manatdır.

Qeyd edək ki, seçib sizə təqdim etdiyimiz villalar elan saytlarında ən baha qiymətə satılanlardır. Bu villaların hər biri lüks şəraiti ilə digərlərindən fərqlənir.

29 iyun

11:47 - 5 ildə büdcədən 2,5 milyard alıb, ancaq... - Cavid Qurbanovun dövrü "Azərbaycan Dəmir Yolları" QSC-də hansı pozuntulara yol verilib?01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"