Falçının 1 milyon aldığı xanım Kərəm Həsənovun bacısı imiş - ŞOK detallar

14 sentyabr, 2020 12:30

Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı 1 milyon manata yaxın dələduzluğun qurbanı olub.

AZSİYASƏT.COM unikal.org-a istinadən xəbər verir ki, Bakıda fala baxmaq adı ilə xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın 201900094 saylı cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Novruz Kərimovun icraatına verilib.

Cinayət işində zərərçəkmiş qismində Ağarzayev Sənan Məhərrəm oğlu və Ağarzayeva Reyhan Əvəz qızı tanınıb. 

Qeyd edək ki, bu ilin fevral ayında 31 yaşlı Ceyhun Şahin oğlu Zeynallı və onun qısa müddət həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş, 1976-cı il təvəllüdlü Reyhan Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

İttiham aktına görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib və 2017-ci ilin əvvəllərində "İnstagram” sosial şəbəkəsində "baxıcı” adlı səhifə açıb.

O, özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib. Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib.

Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvəllərinə kimi  xüsusilə külli miqdarda pulunu ələ keçirib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4. (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddə 500 min manatdan yuxarı olan məbləğləri nəzərdə tutur. 

Xatırladaq ki, Reyhan Ağarzayeva Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısıdır. 

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb