Səfirlikdə işləyən azərbaycanlı gənc qadının lüks oteldə başına gələnlər...

07 sentyabr, 2020 10:18

Rumıniyanın paytaxtı Buxarestdən anasının müalicəsi üçün İstanbula gedən azərbaycanlı gənc qadın yerləşdiyi lüks oteldə pulunun oğurlanmasından şikayət edib. Əvəzində onu “oteldən çölə atmaqla” hədələyiblər.

 Azsiyasət.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Rumıniya səfirliyinin katibi olan Azərbaycan vətəndaşı gənc qadın” N.M. anasının müalicəsi ilə bağlı İstanbula gəlib. Anası və atası ilə birlikdə səhər saatlarında lüks otellərdən birinə yerləşiblər. (Xəbərin bu məqamı xeyli dolaşıqdır-qadının Azərbaycan vətəndaşı olduğu göstərilsə də onun Rumniyanın səfirliyində necə işlədiyi aydın deyil. Virtualaz.org dəqiqləşdirib ki, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları arasında N.M. hərfləri ilə başlayan ad-soyada malik qadın yoxdur-red.) Ona ayrılan otağın hazırlanmasını gözləyən N.M. bu arada valideyinlərinin otağında dincəlib. Yanlarında gətirdikləri 27.500 avronu otel nömrəsindəki şifrəli kassaya qoyub. Otel əməkdaşına kassanın nə dərəcədə etibarlı olduğu haqda suallar verib.  Ailə bir neçə saat sonra xəstəxanaya gedib və geri qayıdanda kassanı yoxlayıblar. Bu zaman pulun əksik olduğunu görüblər.

N.M. pulları sayanda 2 min avronun çatmadığını görüb. Təlaşa qapılan gənc qadın valideyinləri ilə birlikdə resepsiona enib otel əməkdaşına bu haqda bildirib, pullarının oğurlandığını deyib. Lakin otel əməkdaşı qadına kassanı öz şifrəsi ilə açdığı halda onları oğurluqda ittiham edə bilməyəcəyini deyib. Mübahisə yaranıb və otel inzibatçısı qadını onları müştərilərin yanında alçaltdığını deyib, “sizi bu gecə oteldən atarıq” deyə hədələyib.

N.M. polisə zəng vurub, kamera görüntülərinin araşdırılmasını istəyib və otel rəhbərliyinin, habelə kassadan 2 min avronu oğurlayan şəxsdən şikayətçi olduğunu bildirib.

29 iyun

11:59 - İngiltərə Türkiyədə ikinci çevrilişə hazırlaşır? 11:51 - İrəvandan Zəngəzur dəhlizi açıqlaması...11:47 - 5 ildə büdcədən 2,5 milyard alıb, ancaq... - Cavid Qurbanovun dövrü "Azərbaycan Dəmir Yolları" QSC-də hansı pozuntulara yol verilib?01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?